PDF Oxu

Köşə

  • 25

Zəminənin zəmanədən şikayəti

Zəminənin zəmanədən şikayəti
Radikal mövqeli qəzetlərin yazdıqlarına görə, "ACP" lideri Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyeva tutduğu vəzifədən azad edilməklə partiya sıralarından uzaqlaşdırılmışdır. Vaqif Mahmudov "ACP"-nin sədr əvəzi təyin edildikdən sonra dilindən "qarayara" ifadəsi düşməyən bu xanım qurultayda partiya sədri olub, mühacirət həyatı keçirən R.Quliyevi liderlikdən uzaqlaşdıracağı ilə hədələyirdi. Zəminə xanımın qoşa qafiyəsi belə idi:

Dəryadan o tayda aləmi qatdı,
Rəsul da axırda bir məni atdı.

Mirzə Qərənfil:

Rəsuldan eşitcək bu xoş xəbəri,
Orta yaş həddiydi-bir sümük, dəri,
Atdın ADP-də qəfil lövbəri,
Dəryadan o tayda aləmi qatdı,
Rəsul da axırda bir səni atdı,
Vaqif Mahmudov da arzuya çatdı.

Zəminə Dünyamalıyeva:

Qəlbimə girməmiş şaman, inandım,
Dərəyə düşməmiş duman, inandım,
Rəsul Quliyevə yaman inandım,
Məni sədr əvəzi Vaqifə satdı.

Mirzə Qərənfil:

Gün Ay hilalını bədr eylədi,
Lider müşaviri fətir eylədi,
Rəsul bəy Vaqifi sədr eylədi,
Həm də Zəminəni yaman aldatdı.

Zəminə Dünyamalıyeva:

Onu tapdalayıb əzər mal-davar,
Bu dünya olacaq mühacirə dar,
Nyu-Yorkda cəmi bir qarayara var,
"ACP" lideri Rəsul bratdı.

Mirzə Qərənfil:

Büküb göy əskiyə döndərdi səni,
Zirvədən girdaba əndərdi səni,
Akifin ardınca göndərdi səni,
O, tabut düzəldən yaxşı xarratdı.

Zəminə Dünyamalıyeva:

Niyyəti bəd oldu, niyyət qanmadı,
Bir şeytan cildində lənət qanmadı,
Hörmət göstərdikcə, hörmət qanmadı,
Nyu-Yorkda qaldıqca kədərə batdı.

Mirzə Qərənfil:

Sizinçün uğur yox, yekun qaydada,
Qazana bilməzsən kiçik fayda da,
Üz sən ümidini qurultayda da,
Adamlardan uzaq şöhrət sən adda.

Zəminə Dünyamalıyeva:

Çox qalmaq istədim dərddən o yana,
Qalmışıq Rəsulla mərddən o yanda,
Mən yazıq düşmüşəm xətdən o yanda,
Rəsulsa xaricdə kefdə-büsatda.

Mirzə Qərənfil:

Getdin ADP-dən məkan daraldı,
"ACP"-dən getdin sifət saraldı,
Dedi bədxahların hürkək maraldı,
Girdin dəyirmana adi Düratda.

Zəminə Dünyamalıyeva:

Rəsul istədi ki, önündən qaçım,
Sandım boğazına dirəndi qayçım,
Onun hüzurunda ağardı saçım,
Mən dözdüm, sınardı möhkəm polad da.

Mirzə Qərənfil:

Salıb ürəyinə dərd, qarayara,
Siyasət səni də atdı kənara,
O taydan Rəsul da vermədi fora,
Yanıb külə döndün kükrəyən odda.

Zəminə Dünyamalıyeva:

Kədərdən ürəyim lap param-param,
Qəlbim qaralıbdı, qaradı yaram.
Qətiyyət qalmamış məndə bir qram,
Rəsul da zay çıxdı ürəyim, partla.

Mirzə Qərənfil:

Rəsulun əsəbi durub tarımda,
Daim böyründədi litr yarım da,
"ACP" özü də mənfi durumda,
Zavallı Zəminə, içini artla.

Zəminə Dünyamalıyeva:

Rəsulun yolunda canımı qoydum,
Ömrümdə orta yaş anımı qoydum,
Bu yolda adımı-sanımı qoydum,
Axırda üzləşdim bu parta-partla.

Mirzə Qərənfil:

Məhrum edilərək reytinq balından,
Döndün mövqeyindən, öz amalından,
Axırda Rəsul da qaçdı dalından,
Qalmısan kənarda bir sınıq pultla.

Zəminə Dünyamalıyeva:

Bir zaman liderdən aldım təlimi,
O yola vermədi mən tək həlimi,
Bu gün Rəsuldan da çəkdim əlimi,
Çox gedə bilmədim hamar açfaltla.

Digər xəbərlər