PDF Oxu

Köşə

  • 10

Əli Əliyev və Əhməd Oruc radikal liderlər haqqında

Əli Əliyev və Əhməd Oruc radikal liderlər haqqında

"Azadlıq" bloku üzvləri bələdiyyə seçkilərində iştirak edəcəklərini bildirirlər. Qəti qərar qəbul etmək üçün isə nəsə çatışmır. Qarşılıqlı ittihamlar isə bu niyyətin gerçəkləşdirilməsinə mane olur. "DUİ"-də isə vəziyyət tamamilə başqa məcrada davam etdirilməkdədir. Əvvəl radikalların təmsil olunduqları blok və birliklərdəki daxili durum araşdırılır. Əgər bu qurumlar müəyyən məsələdə konkret mövqe sərgiləməyə başlayırlarsa, bunlar dərhal alternativ variantla çıxış edəcəklərini bəyan edirlər. Bugünkü qonaqlarımız "Azadlıq" blokunda təmsil olunan "VİP" sədri Əli Əliyev və "DUİ" təmsilçisi, "Azadlıq" partiyasının sədri Əhməd Orucdur. Papaq qafiyəsi belədir:

Bilinmir radikal ölüdür-diri,
Ağlına gələni edir hər biri.

Əli Əliyev:

Dedim qismətimə daş-baş düşəydi,
Tutaq ki, göz çıxıb, bir qaş düşəydi,
Gələndə başıma bir daş düşəydi,
Həm ağır olaydı, həm də ki, iri.

Əhməd Oruc:

Faydalı iş görmək burda xətadı,
İşgüzar adlanan nadan, gədadı,
Mitinq də, piket də, adi sədadı,
Burda xeyir yoxdu, görəsən şəri.

Əli Əliyev:

Gecəli-gündüzlü çalırlar çəpik,
Gələnə-gedənə atırlar təpik,
Laləsi, Əlisi olmaz bir qəpik,
Funksioner qrupu anlaqsız sürü.

Əhməd Oruc:

Gülür çöhrələri içki deyəndə,
Boykot qışqırırlar seçki deyəndə,
Sağlam ol demirlər həpçi deyəndə,
Yoxdu heç birində sözün kəsəri.

Əli Əliyev:

Mirmahmud birliyə hopmaq istəmir,
Əli bəy heç bir iş yapmaq istəmir,
Pənah Müsavatdan qopmaq istəmir,
Nə qədər getsə də, qayıdır geri.

Əhməd Oruc:

Burda nəzərləri gəmirməkdə şər,
Getməkdə hər lider ölümə qənşər,
Siyasəti sevmir burda bir nəfər,
Onlarçün qrantdı çərxin məhvəri.

Əli Əliyev:

Ayrıldım Etibar süst olan zaman,
Əli də, Lalə də tozanaq, duman,
İsanı məhv etdi onillik plan,
Uddu dibsiz quyu bu rəhbərləri.

Əhməd Oruc:

Bunlar nə istəyir, özləri bilmir,
Heç biri münasib sözləri bilmir,
Qrant almayanda, gözləri gülmür,
Gözdən yaş axıdır dolu tək iri.

Əli Əliyev:

Tərsməzhəb yönünü tanıyıram mən,
Damarda genini tanıyıram mən,
Babbaqda gönünü tanıyıram mən,
Bir sözlə, onlara bax, utan, əri.

Əhməd Oruc:

Coşqun tamahlarda bir hədd görmədim,
Xalqa və dövlətə diqqət görmədim,
Bunlardan bir xeyir, mədəd görmədim,
Yoxdu siyasətdə onların yeri.

Əli Əliyev:

Çıxıb hədəqədən bunlar, nəhayət,
Basıb hər birini nifrin, qəbahət,
Hər biri törədib saysız cinayət,
Ancaq bir deyən yox, məhbəsdə çürü.

Əhməd Oruc:

Xarici donorlar adi qulluqdu,
Reytinqlər aşağı, işlər şuluqdu,
Qrantlar ölçüsüz dibsiz tuluqdu,
Zibildən doymazlar yüz süpür, kürü.

Əli Əliyev:

Vəsait verəni gəmirir, sökür,
Qrant verənlərin abrını tökür,
Bunların yanında Etibar şükür,
O, fili fil bilir, şir bilir şiri.

Əhməd Oruc:

Bunları görəndə əsir bədənim,
Olub önlərində yesir bədənim,
Bunlara bir ağam Mirmahmud qənim,
Birində olmamış duyğu bəşəri.

Əli Əliyev:

Seçkidə İsaya az səs olubdu,
Əlini fırladan həvəs olubdu,
Laləni incidən Əvəz olubdu,
Olmamış onlarda sözün kəsəri.

Əhməd Oruc:

"Azadlıq" sel üstə tabaqda gedir,
"QRUH" hamısından uzaqda gedir,
"DUİ" bloklardan qabaqda gedir,
Həm də bölüşməkdə dərdi-kədəri.

Digər xəbərlər