PDF Oxu

Köşə

  • 16

Vaqif Mahmudovun sorğusuna cavab

Vaqif Mahmudovun sorğusuna cavab

Rəsul Quliyev Sovet İttifaqının süqutu ərəfəsində oğurladığı pullar vasitəsilə xaricdə dəbdəbəli həyat keçirdiyi bir vaxtda, Azərbaycanda müxalifətçi qüvvələr saxlamaqla, nə vaxtsa hakimiyyətə gələcəyi ümidinin üstündən qələm çəkmək istəmir. ADP onun bu inamını gerçəkləşdirmədiyindən, o, son ümidini "ACP"-yə dikmişdir. Nurəddin Məmmədlinin ardınca Akif Şahbazov da R.Quliyevi partiyadan getməsi ilə məyus etmişdir. Özünü "ACP" lideri elan etmiş R.Quliyev sədr postunu kiməsə həvalə etməyə ürək qızdırmır.
Biz "ACP" sədrinin müşaviri Zəminə Dünyamalıyeva ilə meyxana münasibəti yaratdıqdan sonra, "ACP"-nin sədr əvəzi Vaqif Mahmudovun qınağı ilə üzləşdik. Bu sayımızda onun göndərdiyi meyxanaya cavab verməli olduq. Əlbəttə, qafiyə haqda telefon vasitəsilə ümumi razılıq əldə etdik. Qafiyə belə idi:

Biz Rəsulu siyahıdan silmirik,
Sözsüz, mövqeyini yarı bölmürük.

Mən suallara cavab verdiyimdən, şübhəsiz ki, ilk sözü də "ACP"-nin sədr əvəzinə verməyə məcburam.

Vaqif Mahmudov:

Qəzetdəki meyxananı izlədim,
Hər hücumu Zəminədən gözlədim,
Mirzə, səndən incidim, nə gizlədim?!
Ancaq sənin addımına gülmürük.

Mirzə Qərənfil:

Yazıda demişəm mən dönə-dönə,
Ancaq xatırladım mən sənə yenə,
Mənə o sözləri dedi Zəminə,
"ACP"-də kişi yoxdu başı dik.

Vaqif Mahmudov:

Partiyada Zəmilər zay məhsul,
Belələri qalıb diqqətsiz, məlul,
Məni siyasətçi saymaqda Rəsul,
Şükür, bu günü də gördük, ölmürük.

Mirzə Qərənfil:

Zəminə, bir il var dedi, buralar,
Olubdu mərəzlər, qarayaralar,
Hər "ACP"-çidə itibdi açar,
Mərəzin səbəbi nədi, bilmirik.

Vaqif Mahmudov:

Onu kimsə saymayıb ellər qızı,
Zəminənin nə var sözünün duzu,
Nə də aramızda azca nüfuzu,
Onunla biz razılığa gəlmirik.

Mirzə Qərənfil:

Zəminə dedi ki, səsi gəlir gur,
"ACP"-də dönüb olub dişi şir,
Dedi Rəsul qoyub məni müşavir,
Hər bir üzv etməlidi bunu görk.

Vaqif Mahmudov:

O arvadın burda bir dostu yoxdu,
"Dişi şir"sə niyə xvostu yoxdu?
"ACP"-də müşavir postu yoxdu,
Onun üçün münasibdi manej, sirk.

Mirzə Qərənfil:

Rəsulun gözündən dedi qan damır,
Vaqifin üstündə bitibdi mamır,
Dedi Vaqif adlı lider tanımır,
Analar doğmamış hələ belə türk.

Vaqif Mahmudov:

Onun istədiyi puldu-paradı,
Sanmayın bu qadın dərdə çaradı,
Ürəyi xıltıldı, qarayaradı,
Beynində yığışıb söyüş, nifrin, çirk.

Mirzə Qərənfil:

O taydan gəlməkdə Rəsulun adı,
Bəs səni nə üçün sədr qoymadı?
Bəlkə o, bu postu sənə qıymadı?
Bəlkə möhürləyib sənə qoydu fərq?

Vaqif Mahmudov:

Zəminənin yoxdu, hətta bir zəyi,
Heç kəsə xoş gəlmir arvadın rəyi,
"ACP"-də yoxdu məndən böyüyü,
Səncə, etməmişmi Rəsul mənə ərk?

Mirzə Qərənfil:

Zəminə demədi səhv eyləyəcək,
Dedi çoxlarını əfv eyləyəcək,
Ancaq bir Vaqifi məhv eyləyəcək,
Onu qurultayda etməsələr tərk.

Vaqif Mahmudov:

Qurultayı Rəsul selektor ilə,
Aparıb, çoxunu pul ilə ələ,
Zəminə canına salıb vəlvələ,
Onu dalğalarda eyləyəcək qərq.

Mirzə Qərənfil:

Zəminə Rəsula verməyəcək dil,
Deyir ki, lideri udacaq ya lil,
Ya da aparacaq onu daşqın sel,
Xəsarət alacaq Rəsulun, bişkək.

Vaqif Mahmudov:

Zəminənin beyni, qafası yoxdu,
Nə də əlində falçı tası yoxdu,
Odur ki, sözünün əsası yoxdu,
Qəlbini didəcək ələm, qüssə, dərd.

Mirzə Qərənfil:

Qurum dağıldıqca həm yası gedir,
Həm də köhnə-küşkül havası gedir,
"ACP"-də Rəsul davası gedir,
Bu yerdə çətindi qoymaq tələb, şərt.

Digər xəbərlər