PDF Oxu

Köşə

  • 11

“QRUH” üçlükləri arasında ikitirəlik

“QRUH” üçlükləri arasında ikitirəlik

"Azadlıq bloku üzvlərinin meyxanalarından sonra "QRUH"un üç üzvü - Müsavat, ADP və "Ümid" liderləri İsa Qəmbərov, Sərdar Cəlaloğlu və İqbal Ağazadə, Lalə Hacıyeva, Əli Kərimov və Əli Əliyev "üçlüy"ünü təxribatçılıqda qınamağa başladılar. Çünki bu "üçlük" "Azadlıq" blokundan başqa, həm də "QRUH"-da təmsil olunurlar. Birinci "üçlük" həmkarlarının onlarla bir qurum daxilində olub, İ.Qəmbərovu sıxma-boğmaya salmalarından narahat olmuşdular. Buna görə də, üçlükdə xəlvəti ADP qərargahına toplaşıb, münasibətləri aydınlaşdırmağa cəhd etmişlər. Qafiyəni Sərdar Cəlaloğlu tutmuşdu:

"QRUH"-dan qoy uzaq olsun xata-şər,
Onun uğurları xeyir gətirər.

İsa Qəmbərov:

"Azadlıq"da iki Əli, bir Lalə,
Əvəzlə birləşib etdilər nalə,
Beləcə çatdılar onlar finala,
Ancaq hamısını sıxdı qanlı tər.

İqbal Ağazadə:

"QRUH" bələdiyyə seçkilərində,
Onlar rəqiblərdən daha dərində,
Özü də bənzəyir müxalif rində,
Həm də üzvlərə gətirməz xətər:

Sərdar Cəlaloğlu:

"QRUH"-un nüfuzu, adı, böyükdü,
Həm də musiqidə ladı böyükdü,
Bir də bir az istedadı böyükdü,
Bunu radikallar bilirlər əzbər,

İsa Qəmbərov:

Ancaq bu oyunda biz uda billik,
Məğlub kəlməsini unuda billik,
Seçkidə daha çox yer tuta billik,
Heç kəs deyə bilməz bizə dəyib çər.

İqbal Ağazadə:

Başlar dumanlanar içkidən sonra,
Çoxu irəlidə, sənlə mən sonra,
Qalib ayrılarıq seçkidən sonra,
Gələr hamımıza güclü bir təpər.

Sərdar Cəlaloğlu:

Sizin işinizmi bizi pisləmək?
Cüt Əli, tək Lalə, əllərini çək,
"QRUH"-un uğuru heç doğurmaz şəkk,
Nə də yaxın düşməz ona bədnəzər.

İsa Qəmbərov:

Müsavat "QURUH"-un daxilindəsə,
Heç bir qurum girməz onunla bəhsə,
Əgər seçkilərdə uğrasaq nəhsə,
Bir neçə mandat da gətirər bəhər.

İqbal Ağazadə:

Əvvəllər Ayaza quyruq buladım,
İtlər dəftərində çəkildi adım,
Dostlar qoymadılar qəmimlə batım,
"Ümid"ə qısıldım bir nurlu səhər.

Sərdar Cəlaloğlu:

İz qoydum qurumda nazik qıl kimi,
Sonra da tanındım müti qul kimi,
Lideri atmışam mən Rəsul kimi,
Boğmamış bir an da məni yaş, qəhər.

İsa Qəmbərov:

Bir an da olmamış xülyalarım xam,
Daim nuş olubdu badə dolu cam,
Mən Məsih cildinə girmiş İsayam,
Məni təhdid edir üç altılıq şər.

İqbal Ağazadə:

Meylimi Ayaza bağladım bir vaxt,
Çifayda gülmədi gül çöhrəmə baxt,
Bir ildə altımda çilikləndi taxt,
Bu, mənim halıma eylədi əsər.

Sərdar Cəlaloğlu:
Zəri cütləməmiş qoşa çıxartdım,
Raufla İlyası boşa çıxartdım,
Sonra hərifləyib faşa çıxartdım,
Məni qınamadı, nəsə bir nəfər.

İsa Qəmbərov:

Bir vaxt əzizləndim təndə can kimi,
Həm də tanınmışam bir başqan kimi,
Nəhayət, atıldım tərs çuşqan kimi,
Atımdan yıxıldım, sınanda yəhər.

İqbal Ağazadə:

Hara səfər etdim mən üzüqara,
Siyasi dərdimə tapmadım çara,
Oldu son nəticə iqbalım qara,
Dalana dirəndi mindiyim kəhər.
Sərdar Cəlaloğlu:

Olsa da azman div, nər bədxahımız,
Qoy getsin "QRUH"-dan hər bədxahımız,
Özümüz də şərik, şər-bədxahımız,
Bizim kimilərə, vallah, gülərlər.

Bu deyişmə "QRUH" daxilində qarşıdurma yaranmasına işarə kimi də başa düşülə bilər.

Digər xəbərlər