İfrat radikalların Müsavat qərargahına toplaşmaları onların qatı düşmənləri olan "DUİ" -çiləri lYeni Müsavat" partiyasını yenidən bərpa etmək niyyətinə düşən Rauf Arifoğlu ilə dostlaşdırmışdı. Onlar R.Arifoğlunun "Yeni Müsavat" qəzeti redaksiyasında təşkil etdiyi çay süfrəsi arxasına yığışıb rəqiblərinin hər bir hərəkətinə cavab verməyə hazır olduqlarını bildirdilər. Burada da artıq ənənəvi hal olmaqda olan meyxana janrına üstünlük verilmişdi. Papaq qiyafəsini "DUİ"-yə daxil olmuş "Azadlıq" partiyasının sədri Əhməd Oruc elan etdi:
Biz dedik ki, aranı qarışdıraq,
Demədik ki, kimisə barışdıraq.
Bundan sonra söz Mirmahmud Fəttayevə və Rauf Arifoğluna verildi.
Mirmahmud Fəttayev:
Bu gün İsa yaman aşıb həddini,
Həm də xeyli dikəldibdi qəddini,
Bəyənibdi AXC-nin xəttini,
Gülümsəyib eyləyərdik ona lağ,
Biz dedik ki, aranı qarışdıraq,
Demədik ki, kimisə barışdıraq.
Rauf Arifoğlu:
Buladıqca quyruq, basıb ərp sifət,
Bu gün olub çöhrə kədər, dərd sifət,
Bu İsada mən görmədim mərd sifət,
Gərək onu Əliylə vuruşduraq.
Mirmahmud Fəttayev:
Uzun illər gecələr az yatıram,
Qəlp adamı beş qəpiyə satıram,
Gözləməyin "MMH"-ni batıram,
Bu işimdə güc verəcək mənə haqq.
Rauf Arifoğlu:
İsa ilə mən arabir əng vurdum,
Sonra gizli, üsulluca cəng qurdum,
Mən həmişə Müsavata fənd qurdum,
Dünən İsa bayquş idi, indi vağ.
Mirmahmud Fəttayev:
Mandat atcaq o, yolunu azıbdı,
İsa mənə çox quyular qazıbdı,
İflasını Tanrı özü yazıbdı,
Köz götürüb mən çəkərdim ona dağ.
Rauf Arifoğlu:
Qrant artdı, İsa coşdu-çağladı,
Azalanda xısın-xısın ağladı,
Öz könlünü liberala bağladı,
Belə sındı aramızda olan bağ.
Mirmahmud Fəttayev:
Bu Müsavat çox bədəsil partiya,
Saydı bizi özü əsil partiya,
Bir çoxunu saydı o, fil partiya,
Mənə dedi sənsə dur kənardan bax.
Rauf Arifoğlu:
Partiyada əmr verən vəkildim,
Sonra bezib mən vosmoya əkildim,
Mən ağrıdan-əziyyətdən büküldüm,
O, nədənsə, heç çəkmədi bircə ah.
Mirmahmud Fəttayev:
Daim olub rəqiblərin qəlbli dar,
Yəqin bunun xüsusi səbəbi var,
"DUİ" durub hər birinə od qoyar,
Heç bilməzlər qarşıları soldu, sağ.
Rauf Arifoğlu:
Əvvəl İsa azdan-çoxdan pək yedi,
Sonra qapıb qrantları tək yedi,
Lap axırda o, xeyli diltəng yedi,
Üst-başına bulaşdırdı teksun yağ.
Mirmahmud Fəttayev:
Rəqiblərin hər birini yıxardım,
Sonra durub bir kənardan baxardım,
Mən ortaya "MH"-ni çıxardım,
Rəqiblərin çiyinində bitdi tağ.
Rauf Arifoğlu:
Biri seçki, biri boykot bağırır,
Qrantverən sponsoru çağırır,
Bir çoxunun indi səsi çıxır cır,
Yalan deyəndə də lap eyləyir ağ.
Burada da yığıncağı tərk etdik. Qarşıduran tərəflər bundan sonra hələ deyişmələrini daha bir neçə saat davam etdirəcəkdilər.