PDF Oxu

Köşə

  • 13

ADP İsa Qəmbərovun sifarişi ilə parçalanıbmış

ADP İsa Qəmbərovun sifarişi ilə parçalanıbmış
AXCP-nin parçalanmasında başlıca məsuliyyət onun funksionerlərinin üzərinə düşür. Ancaq pərdə arxasında durub dirijor çubuğunu tərpədən bir qərəzkar adam olanda, dalaşan tərəflərin hamısı fərqinə varmadan hər bir sirlərini ona açır və bununla da, problemin daha da dərinləşməsinə bais olurlar. AXCP parçalandıqdan sonra onun müxtəlif qanadlarında təmsil olunanların da bu cür hərəkət etdikləri ehtimal edilir. Radikal mövqeli ekspertlər belə hesab edirlər ki, AXCP-nin parçalanmasında Müsavat başqanı İsa Qəmbərov böyük canfəşanlıqlar göstərmişdir. Belə olmasaydı, AXCP (k)-nı ləsil AXCP" kimi tanıyıb, AXCP (i) ilə əməkdaşlıq etməyi Müsavat başqanı səviyyəsində heç kəs bacarmazdı. Əgər düşünsək ki, AXCP-ni nə Mirmahmud Fəttayev, nə Əli Kərimov, nə də İsa Qəmbərov parçalamayıb, bəs məsuliyyət yükünü kimin çiyinlərinə yükləyərdik? Atalarımız da, məhz bu məqamlarda çox yaxşı deyiblər ki, sən vurmadın, mən yıxılmadım, bəs nə səbəbə mən tir-tap yerə sərilmişəm.
Deməli, hər bir nəticə müəyyən səbəblərlə bağlıdır. Biz bugünkü radikalların bələdiyyə seçkiləri ərəfəsindəki fəaliyyətsizliklərinə bir də toxunub, qanımızı qaraltmaq istəmirik. Bu cür hərəkət etməklə, biz xor-xor yatmışların yuxularına haram qatmış olardıq. Biz başqa məsələni gündəliyə gətirmək istərdik. Hazırda həm ADP, həm də lACP" daxilində birlikdə olduqları vaxtdakı fəallıq müşahidə edilmir. Bu halda, görəsən, ADP-ni iki yerə parçalamaq kimə lazım idi? Gəlin, xatırlamağa çalışaq. lAzadlıq" seçki bloku daxilində cəmi üç partiya birləşmişdi: Müsavat, AXCP (i) və ADP. 2005-ci il 6 noyabr parlament seçkiləri ərəfəsində Müsavat başqanı və AXCP (i) sədri İ.Qəmbərov və Ə.Kərimov ADP-nin baş katibi Sərdar Cəlaloğlunun vasitəsi ilə partiya sədri Rəsul Quliyevlə əlaqə yaratmaqdan bezdiklərini bildirmişdilər.
lAzadlıq" seçki blokunun növbəti yığıncağında İ.Qəmbərov və Ə.Kərimov S.Cəlaloğlunun qarşısına belə bir vəzifə qoymuşdular ki, tezliklə R.Quliyevin Bakıya qayıtmasını təmin etsin. S.Cəlaloğlu da həmkarlarının təkliflərini selektor əlaqəsi ilə R.Quliyevə çatdırmışdı. Bundan başqa neyləyə bilərdi ki, daha okeanın o tayına gedib, ADP-nin qiyabiçi sədrini sürüyə-sürüyə gətirməli deyildi ki, R.Quliyev bir müddət düşünüb-daşındıqdan sonnra Bakıya qayıdacağını bəyan etdi. lAzadlıq" bloku lüçlüyü" R.Quliyevin oktyabrın 16-da gəlməsini məsləhət görürdü. R.Quliyev isə üzr istəyib, bir gün sonra qayıdacağını bildirdi. Deyəsən, oktyabrın 17-si münasib gün deyildi. Çünki Londondan çarter reysi ilə Bakıya istiqamət götürən R.Quliyev Krıma Simferepol şəhərində yerə enməyə üstünlük vermişdi. ADP sədrinin paytaxta dönüşü indiyədək rişxəndlə xatırlanmaqdadır. R.Quliyev isə sağ-salamat geriyə dönməsinə də şükür etmişdi.
O vaxt müxalifət qəzetləri R.Quliyevi qorxaqlıqda ittiham edirdi. R.Quliyev isə lAzadlıq" bloku ltrio"sunu onu iqtidara satmaqda ittiham edirdi. Bir sözlə, qarşılıqlı ittihamlar uzun müddət səngimədi. S.Cəlaloğlu isə blok həmkarlarının təzyiqi ilə əks-həmləyə keçməyə məcbur edildi. O da, R.Quliyevə mesaj göndərib, tezliklə paytaxta qayıtmasını tövsiyə etdi. Ancaq ADP sədri nə tezliklə, nə də sonralar Bakıya qayıtmayacağını bəyan etdi.
Bundan sonra S.Cəlaloğlu blokun təhriki ilə məsələni dərinləşdirməli oldu. Yəni tez-tez ADP-nin iclaslarını çağırıb, R.Quliyevin sədrlikdən çıxarılması məsələsini müzakirəyə çıxardı. ADP-də bölgü məsələsini ortaya gətirməyə xüsusi ehtiyac yox idi. Bu partiyada bir ADP yaradıcıları, bir də R.Quliyevin ordan-burdan partiyaya gətirdiyi llegionerlər" fəaliyyət göstərməkdə idi. Bu iki qruplaşma bir müddət didişdikdən sonra, ayrılmağı qərara aldı. ADP yaradıcıları Sərdar Cəlaloğlunun ətrafına toplaşdılar. Yığıncaqlardan birində S.Cəlaloğlu sədr seçildi. lLegionerlər" isə okeanın o tayı ilə selektor əlaqəsi yaradıb, R.Quliyevə başqa partiya yaratmağın vacibliyini bildirdilər. Partiyanın adını R.Quliyev təklif etdi: lAçıq Cəmiyyət Partiyası". lACP"-nin lideri seçilən R.Quliyev Akif Şahbazovu sədr təyin etdi.
Bu gün lACP"-də sədr postu boş qalmaqdadır. R.Quliyev Nizami Məmmədovu müvəqqəti sədr əvəzi seçdi. Günün başlıca məsələsi odur ki, ADP-ni kim parçaladı? Bizim şərhimiz şəxsi mülahizəmiz kimi başa düşülməlidir. Ancaq radikal şərhçilərin proqnozlarına görə, ADP-nin parçalanmasının başlıca məsuliyyəti İ.Qəmbərovun üzərinə düşür. Bəs bu məsələdə lAzadlıq" blokunun digər üzvü Ə.Kərimovun məsuliyyət dərəcəsi hansı həddədir? Radikal şərhçilər İ.Qəmbərovun üzərində dayanmağı lazım bilirlər. lAzadlıq" blokunun sıralarını ilk olaraq Müsavat tərk etmişdi. Bu faktı Ə.Kərimovun ADP-yə düşmən münasibətinin olmamasına yozulur. İ.Qəmbərovun blokdan getməsini S.Cəlaloğlu ilə üz-üzə gəlmək istəməməsinə yozurlar. Bu da ADP-ni parçalayan şəxsin Müsavat başqanı olmasına işarədir.

Digər xəbərlər