PDF Oxu

Köşə

  • 10

Məqsəd Müsavatı zəif həlqəyə çevirməkdir

Məqsəd Müsavatı zəif həlqəyə çevirməkdir
İ.Qəmbərovun AXC-nin bərpası haqqında verdiyi təklifdən sonra radikal cinahda ikitirəlik yaranmışdı. Birincisi, bu ideyanın gerçəkliyinə inanmayan müxalif əksəriyyət, ikincisi isə, AXC ideyasının gerçəkləşəcəyinə inanan radikal azlıq. Bu iki ideya tərəfdarı arasında bir müddət söz atışması davam etdi. Sonra ideya mübəlliğlərinin hər biri öz küncünə çəkildi.
İ.Qəmbərov öz təklifini əsassız yerə irəli sürməmişdi. O, yaxşı başa düşürdü ki, bu cür qeyri-standart ideyanın ortaya atılması ifrat radikallar daxilində səs-küy yaradacaqdır. Doğrudan da, belə oldu. Bu, bir növ İ.Qəmbərovun çiçəyinin çırtlamasına səbəb oldu. Qəzetlər səs-küy qaldırır, İ.Qəmbərovu tənqid edir, onu qınayır və ideyalarının puçluğunu iddia edirdilər. Başqan isə əlləri ilə başını sıxaraq, xısın-xısın gülürdü.
Siyasi təcrübəsində AXCP-nin bir neçə dəfə parçalanmasını görməyə nail olan AXCP (i) sədri, İ.Qəmbərovun bu təklifini eşidən kimi, ilk əvvəl ürəyi sancdı. Qarşılıqlı ittihamlar şəraitində müxtəlif mülahizələr səsləndirildikdən sonra isə Ə.Kərimovun dalağı sancdı. O, İ.Qəmbərovun AXCP (i)-nin daxilində çaxnaşma yaratmaq istədiyini başa düşmüşdü. Buradan da belə bir nəticə çıxarmaq mümkündür ki, AXCP (i)-nin bir neçə dəfə parçalanmasının ideya ilhamvericisi Müsavat başqanı olmuşdur.
Ə.Kərimov əvvəl mövqeyini dəstəkləyən qəzetlərdə İ.Qəmbərovun təklifinin əsassızlığı haqda bir neçə məqalə yazdırdı. Ancaq Müsavatpərəst qəzetlər bu yazıların cavabını dərhal verdilər. Ə.Kərimov "Yeni Müsavat" qəzetində çıxış etdikdən sonra münasibətlərdə nisbi bərabərlik yarandı. Əks-mövqeli qəzetlər Rauf Arifoğlunu AXCP (i) sədrini dəstəkləməkdə ittiham etdilər. R.Arifoğlu isə İ.Qəmbərov əleyhinə şeytanın özü ilə də münasibət qurmağa hazır idi. Çünki o, qəzetini də götürüb İ.Qəmbərovdan ayrılsa da, müsavatçıların çox az hissəsi onunla getmişdi. Böyük əksəriyyət başqanın ətrafında qalmışdı. Bu məqamlara R.Arifoğlu siyasi potensialının İ.Qəmbərovunkundan az olduğunu dərk etməyə başladı.
Atalarımız qonşun pisdir, köç qutar demişlər. Radikal cinahda isə belə bir analoji misal var: potensialın çoxdursa, qaç qutar. Söhbət adi funksionerin potensialının sədrin potensialındakı çoxluqdan gedir. Ancaq bu halda, sədrdən ayrılmalısan ki, analoji partiya qurmağa nail olasan. R.Arifoğlu da İ.Qəmbərovdan ayrılarkən, potensialının çoxluğuna inanırdı. Çünki o, partiyada başqanın əleyhinə danışdıqda, çoxları onun haqlı olduğunu deyirdilər. Ancaq onun başını dolduranların böyük əksəriyyəti İ.Qəmbərovla qalmağa üstünlük vermişdi. Belə çıxırdı ki, iki ildən bir R.Arifoğlunun İ.Qəmbərov əleyhinə çığır-bağır salması çoxlarını təngə gətirmişdi. Deyəsən, onun Müsavatdan getməsini istəyənlər, qalmasını istəyənlərdən çox idi. Buna görə də, R.Arifoğlu İ.Qəmbərovdan ayrıldıqdan sonra ciddi bir iş görə bilməmişdi. Reytinqinə görə nəinki İ.Qəmbərov, hətta Müsavatın bir çox funksionerləri ondan üstün idilər. Buna görə də, o, qəzetçi sayıqlamalarını bir kənara qoyub, ciddi iş görməli idi.
R.Arifoğlu hərlənib-fırlanıb, Ə.Kərimovla birləşib,ı Müsavat başqanı əleyhinə iş birliyi qurmağı qət etdi. Əgər indiyədək yüksək dərəcəli yaxınlığa nail olmaq mümkün olmurdusa, İ.Qəmbərovun "bərpa şousu"ndan sonra belə bir imkan yaranı. R.Arifoğlunun özü ilə apardığı "Yeni Müsavat" qəzeti də bu ittifaqın yaranmasına şərait yaratdı. Ə.Kərimovun Müsavat başqanı əleyhinə təqdim etdiyi məqalə dərhal "Yeni Müsavat" qəzetində dərc edildi. Hazırda Ə.Kərimov - R.Arifoğlu dueti İ.Qəmbərova qarşı birgə mübarizə aparmaqdadır.
Xatırladırıq ki, bu duetin birgə fəaliyyətindən əvvəl Ə.Kərimovun vəziyyəti o qədər də yüngül deyildi. Ə.Kərimov bir neçə dəfə parçalanmış AXCP (i)-sinə qısılıb qalmışdı. R.Arifoğlu da İ.Qəmbərovdan ayrıldıqdan sonra gözlədiyi siyasi imici qazanmağa nail olmamışdı. Bir çox həmkarları ona kəf gəldiklərindən, o, Müsavat səviyyəli bir partiya yaratmağa nail olmamışdı. Ancaq Müsavatdan ayrılmamış, bir çoxları onu dəstəkləyəcəklərinə söz vermişdilər. İş o yerə çatmışdı ki, R.Arifoğlu, hətta "Yeni Müsavat"ı da keçmiş formatında bərpa etməyə nail olmamışdı.
İndi R.Arifoğlu-Ə.Kərimov birliyi ən azı İ.Qəmbərovun AXC-nin bərpası ideyasına yol verməyəcəkdi. Ə.Kərimovun xidmətində kifayət qədər qəzetin olmasına baxmayaraq, "Yeni Müsavat" qəzetinin AXCP (i) sədrinin mövqeyini müdafiə etməsi kifayət qədər fayda gətirə bilər. Ə.Kərimov ən azı İ.Qəmbərovu bu qəzetdə geninə-boluna tənqid etmək imkanında olacaqdı. Ola da bilər ki, yaxın gələcəkdə Ə.Kərimov və R.Arifoğlu bir partiyada da olmasa, bir qurumda birləşməli olsunlar. Hər halda, onlar ilk addımlarını birlikdə atmağı qət etmişlər. Məqsədləri isə Müsavatı zəif həlqəyə çevirməkdir.

Digər xəbərlər