PDF Oxu

Köşə

  • 15

Radikal cinahda heç bir dəyişiklik yoxdur

Radikal cinahda heç bir dəyişiklik yoxdur
Radikallar içərisində bələdiyyə seçkilərinə hazırlaşmayanlar hazırlaşanlardan çoxdur. Bu, onların məqsədlərinin daha uca zirvələrə istiqamətləndiyini göstərir. Onlar bələdiyyə seçkiləri ilə uzağa getməyin mümkün olmadığını düşünürlər. Bir vacib məsələ də odur ki, xarici maraqlı qüvvələr bələdiyyə seçkiləri üçün radikallara maliyyə vəsaiti ödəmək istəmir. Çünki radikallar mübarizələrini düzgün qurmurlar. Radikallar gələn ilin payızında keçiriləcəyi nəzərdə tutulan parlament seçkilərinə hazırlaşırlar. Onların fikrincə, nə qədər çox mandat qazansalar, sözləri bir o qədər çox eşidilər. Milli Məclisdə Müsavat deputat qrupuna rəhbərlik edən Pənah Hüseynov son vaxtlar təkbaşına radikal liderlərin hamısından çox iş gördüyünü bildirir. Elə müxalifət qəzetləri də, söz yarışmasında liderlərini qabaqladıqlarını deyirlər. 2010-cu il parlament seçkilərində çox mandat qazanacaqları halda, radikallar fəallıqlarını artıracaqlarını bildirirlər. Ancaq hansı potensialla? Onlara kim inanacaq? Radikal liderlər tərəfdarlarını hansı ifadələrlə inandıracaqlar? Onlar ötən müddət ərzində o qədər yalan danışıblar ki, çətin ki, bundan sonra onlara inanan tapılsın. Radikallar potensial seçicilərini inandıracaqlarına əminliklərini ifadə etməkdədirlər. Onların başlıca arqumentləri xarici ölkələrin maliyyə təşkilatlarının onların hesablarına keçirəcəkləri puldur. Pul nəqd əldən ələ də ötürülə bilər. Radikallara inanacaq adamlara pul vəd edilə bilər. Pul ilməsinin bir forması da piket və mitinqlərdə adambaşına 5-10 manat verilə bilər. Çətini pulu xarici maliyyə dəstəkçilərindən almaqdır. Bu proses uğurla başa çatdıqdan sonra onlar dəstəkçilərə heç nə verməyə də bilərlər. Maliyyə təşkilatlarını qorxudan da məhz budur. Elə ki, pul onlardan qopub radikalların əlinə keçdi, ifratçılar ondan elə yapışırlar ki, məbləğin hamısını sümürməmiş əl çəkmirlər. Radikallar öz işlərini qurmaq üçün başqa forma da tapa bilərlər. Ancaq bu işlərin hamısının başında maliyyə təminatı durur. Pulsuz onların heç bir işləri keçmir. Sözsüz ki, pul verənlər təminat işindən imtina etmək niyyətində deyillər. Ancaq son illər radikalların ləng tərpənişi xarici ölkələrin maliyyə dəstəkçilərini narahat edir. Radikalların altı ildə barmaqlarını barmaqlarının üstünə qoymaq istəməmələri, ancaq pulları havada qamarlamaları xarici maliyyə təşkilatlarının prosesləri ləngitmələri ilə nəticələnmişdir. Hələlik, radikallar dilemma qarşısında qaldıqlarını etiraf edirlər. Bilmirlər vahid bir blokda birləşsinlər, yoxsa bu və ya digər seçkilərə təklikdə getsinlər? Blok dedikdə, söhbət İsa Qəmbərovun təklifilə AXC-nin yenidən bərpa edilməsindən gedir. Bir çox partiyalar bu təklifi əsassız adlandırır və onun heç bir nəticə verməyəcəyini bildirirlər. Buna baxmayaraq, İ.Qəmbərov bu məsələyə ciddi münasibət göstərdiyini və bir addım da olsa, geri çəkilməyəcəyini bildirib. Digər təklif ötən əsrin axırlarında yaradılmış "Milli Müqavimət Hərəkatı"nın bərpası ilə əlaqədardır. Şübhəsiz, AXC və "MMH" bərpaçıları bir-birilərinə kömək etməyəcəklər. Çünki AXC-ni bərpa etmək istəyənlər İ.Qəmbərovun başçılığı ilə işə girişmək istəyən müsavatçılardır. "MMH"-ni isə "DUİ"-çilər bərpa etmək istəyir. Bunu acığa düşüb, işə başlamaq kimi də başa düşmək olar. Məlum olan odur ki, AXC və "MMH" bərpaçıları işlərini qarşıdurma zəminində aparmalı olacaqlar. Bəs AXC-nin hansı baza üzərində bərpası nəzərdə tutulur? Ə.Kərimov AXC-nin AXCP (i) əsasında bərpa edilməsini istəmir. Digər cəbhə partiyaları da İ.Qəmbərovun onların başlarında dəlləklik açmasını istəmirlər. Hamımızın yaxşı yadındadır ki, hər dəfə AXC-çilərin birləşməsi məsələsi ortaya çıxanda, parçalanma daha da dərinləşirdi. Odur ki, AXC hansı AXCP əsasında bərpa edilsə, vay o partiyanın halına. Yəni həmin AXCP dağıla bilər. Bu səbəbdən Ə.Kərimov İ.Qəmbərovun təklifinə mənfi münasibət göstərir. Ola bilər ki, İ.Qəmbərov bu təklifi irəli sürməklə mövcud AXCP-lərin sıralarında parçalanma yaratmaq məqsədi güdür. Digər partiyalarla müqayisədə İ.Qəmbərovun əlində daha bir "kozır" var. Bu, Müsavat başqanının Avropa liberalllarının himayəsində olmasıdır. Milli dəyərləri Avropa liberalizmi ilə eyniləşdirdikdən sonra İ.Qəmbərov N.Nəsibli və R.Arifoğlu kimi Müsavat funksionerlərinin təzyiqi ilə üzləşsə də, Avropa liberalları timsalında güclü bir dəstəkçi qazanmış oldu. İndi həmin dəstəkçi də İ.Qəmbərova deyir ki, səndən hərəkət, məndən bərəkət. Yəni sən bir iş gör, mən də qabağa düşüb yardım edim. İ.Qəmbərov onların şərtlərinə əməl etmək məcburiyyətindədir. Yəni yeri düşəndə dünyanın azlıqda qalan nümayəndələrinə dəstəkçi olmasıdır. Bu nümayəndələr arasında kürd PKK-çıları da var, qomoseksualistlər də. İ.Qəmbərov pul xatirinə bu cür risqə getməyin vacibliyini qəbul edir.

Digər xəbərlər