PDF Oxu

Köşə

  • 9

Rəsul Quliyev məsuliyyətə cəlb olunub

Rəsul Quliyev məsuliyyətə cəlb olunub
İyulun 13-də Mirilend ştatının mərkəzi polis idarəsi Nyu-York şəhər vergi müfəttişliyinə müraciət edərək, Rəsul Quliyev və daha üç digər şəxs tərəfindən törədilən maliyyə fırıldağı ilə bağlı araşdırma aparılmasını xahiş edib. Nyu-York vergi müfəttişliyi dərhal araşdırma aparmağa başlayıb və bu hadisə ilə əlaqədar R.Quliyevi Corc Vaşinqton küçəsində yerləşən idarəyə dəvət edilib.
7-8 saat müfəttişlik əməkdaşları tərəfindən sorğu-suala tutulan R.Quliyevdən izahat alınaraq, qaldığı oteli tərk etməmək şərti ilə sərbəst buraxılmışdır. Yəi R.Quliyev ev dustağı edilib. Nyu-York vergi müfəttişliyinin əməkdaşı Conatan Reykvinin verdiyi məlumata görə, R.Quliyev və üç nəfər dəstəkçisi, bütövlükdə, 17 milyon 400 min dollar məbləğində maliyyə fırıldağı törədib.
İlkin məlumata görə, R.Quliyev və başının dəstəsi öz mənfur niyyətlərini gerçəkləşdirmək məqsədilə İngiltərə, Fransa, Türkiyə, Çin, Səudiyyə Ərəbistanı və Misirdən gətirdiyi sənaye, tikinti və ərzaq məhsullarının vergi ödənişlərini müxtəlif saxta sənədlərlə həyata keçirməkdə ittiham edilir. C.Reykvinin dediyinə görə, vergi müfəttişliyi araşdırmanı başa çatdırdıqdan sonra sənədləri şəhər prokurorluğuna təqdim edəcəkdir.
R.Quliyevin vəkilinin dediyinə görə, maliyyə fırıldağı faktının sübuta yetiriləcəyi təqdirdə, R.Quliyev və üç nəfərdən ibarət dəstəkçisi ABŞ qanunçuluğuna əsasən, 8 ildən 15 ilədək azadlıqdan məhrum ediləcəkdir. Vəziyyətin son dərəcə kritik həddə olduğunu görən R.Quliyev dövlətə dəyən zərəri son sentinədək ödəməyə hazır olduğunu bəyan edib. Hazırda cinayət işinin prokurorluğa təqdim edilməməsi haqda Nyu-York vergi müfəttişliyi və R.Quliyev arasında danışıqlar aparılır.
R.Quliyev bu dəfə də özünün tülkü xəstəliyindən istifadə etməli olub. O, danışıqların yönünü müsbət səmtə istiqamətləndirmək üçün vergi müfəttişliyinə xəstə olması ilə əlaqədar arayış da təqdim etmişdir. Məlum olduğu kimi, bu adam Sovet İttifaqı dövründə xarici ölkələrin banklarına keçirdiyi pulları xilas etmək məqsədilə özünü xəstəliyə vurmuşdu. O, paytaxtımıza qonmaqdan imtina etdikdən sonra, Semferopola uçmuş və orada da sağlamlıq durumundan şikayət etmişdir.
R.Quliyevin ABŞ-da törətdiyi maliyyə fırıldağı "ACP" üzvləri arasında birmənalı qarşılanmamışdı. Əlbəttə, hazırda "ACP"-yə müvəqqəti sədr təyin edilən Vaqif Mahmudov hadisəni şayiə kimi qiymətləndirmiş və onu "ACP" liderini sevməyənlərin uydurması kimi xarakterizə etmişdir. Sədr kürsüsündə gözü olan və hər vasitədən bu niyyətinin gerçəkləşdirilməsi üçün istifadə edən Zəminə Dünyamalıyeva hər hansı konkret şərh verməkdən imtina etmişdir.
Yaxın günlərdə "ACP" sədrliyindən istefa vermiş Akif Şahbazov isə R.Quliyevin başına gələn hadisədən fərəh hissi keçirdiyini bildirmişdir. O, buynuzları gicişənlərin bəlaya düçar olmalarının gerçəklik qanunları olduğunu vurğulamışdır. O, həmçinin, uzaqda da olsa, R.Quliyevin cəzalandırılmasını aldadılmış və təhqir edilmiş "ACP" üzvlərinin istəklərinin reallaşmasına yozmuşdur. "Pis məqsədli adam harda olsa, əqrəb xislətini göstərib, haqlı cəzasını almalıdır" deyə A.Şahbazov bildirib. Xasiyyəti gülüm olanın başına külüm olar. Bu ifadə isə ata-babalarımıza məxsus, oddan keçən sözlərdir.
A.Şahbazov R.Quliyevin cəzalandırılması üçün "ACP" üzvlərinin əksəriyyətinin Nyu-York şəhər prokurorluğuna müraciət edəcəyini də istisna etməmişdir. Ancaq bu hadisə ilə bağlı susmağa üstünlük verənlər də az olmamışdır. ADP, AXCP (i), Müsavat, ALP və AMİP lider və funksionerləri məhz bu cür hərəkət etməyə üstünlük vermişlər. Onların fikrincə, ağıza su alıb sakit oturmağın özü də mövqe nümayişi sərgiləmək deməkdir. Onlar həm də Nyu-York məhkəməsinin işinə təzyiq etmək istəmirlər. Belə hesab edirlər ki, ehtiyatsız deyə biləcəkləri hər hansı ifadə müstəqil və azad ABŞ məhkəməsinə təzyiq kimi qiymətləndirilə bilər.
Atalarımız "qozbeli qəbir düzəldər" demişlər. Göründüyü kimi, sovet dövründə bir həsir, bir də Məmmədnəsir olan R.Quliyev Azərbaycanda olduğu kimi, Qərb ölkələrində, ümumiyyətlə, harda olursa-olsun, qaz vurub, qazan doldurmağa üstünlük verir. Bu xasiyyət ona qanı vasitəsilə keçmişdir. Gendə ki, pozğunluq yarandı, onu bərpa etmək qeyri-mümkündür. R.Quliyevdə də tarixin bu və ya digər dönəmində yaranan dələduzluq və fırıldaqçılıq qanına və iliyinə işləmişdir. Budəfəki fırıldaqçılığın ünvanı isə ABŞ-dır. Atalar demişkən, öyrənən g... tövbə yoxdur.

Digər xəbərlər