PDF Oxu

Köşə

  • 9

Səhvləri düzəltmək heç zaman gec deyil

Səhvləri düzəltmək heç zaman gec deyil
Bu günlərdə daha beş partiya öz aralarında danışıqlar apararaq, "Birlik" bloku daxilində, birləşmişlər". "Birlik" bloku üzvləri "Azərbaycan Milli Dövlətçilik" ("AMDP"), "Azərbaycan Milli Hərəkatı" ("AMHP"), "Azad Azərbaycan Partiyası", "Azərbaycan Demokratik Ziyalılar" ("ADZP") və "Azərbaycan Mübarizlər" ("AMP") partiyalarından ibarətdir. "Birlik" bloku üzvləri ölkədə keçiriləcək bələdiyyə, parlament və prezident seçkiləri ilə bağlı məsləhətləşmələr aparacaq, şəhər və rayon təşkilatlarının fəaliyyətini tənzimləməklə məşğul olacaqlar. Yeni blok iqtidar partiyası ilə rəqabət aparmayacaq və ictimai-siyasi proseslərdə dinamizmə nail olmağa çalışacaqdır. Əlbəttə, vaxtilə radikal mövqe sərgiləyən Vəhdət kimi bir çox partiyalar iqtidarın düzgün siyasətini qəbul etməli oldular. Fazil Qəzənfəroğlu, Asim Mollazadə, Qulamhüseyn Əlibəyli ifrat radikal mövqeli partiyaların sıralarını tərk edərək, iqtidarın məqsədyönlü siyasətinə doğru addım atmağı lazım bilmişlər. Artıq gerçəklikdən qaçmaq qeyri-mümkündür. İqtidara doğru addım atmaq dövlətçiliyin bünövrəsini möhkəmləndirmək istəyindən irəli gəlir. Bu cür addım atanlar, həm də xalqa doğru yaxınlaşırlar. Radikal cinahda bu cür yol tutanlar çoxdur və onların sayı günü-gündən artmaqdadır. İqtidarın uzun müddət daxili sabitliyi qoruyub-saxlamaq bacarığı iqtisadi sahədə gördüyü real işlərlə bağlıdır. Əgər AXC-Müsavat iqtidarı dövründə xaos demokratiya hökm sürürsə, iqtisadiyyat böhranla üzləşmişdisə, bu, dövlət başçılarının yürütdükləri səhv siyasətlə, üzləşdikləri problemlərdən baş çıxara bilməmələri ilə əlaqədar olmuşdur. Azərbaycanı süqut və xaos mərhələsindən ümummilli liderimizin uzaqgörən daxili və xarici siyasəti çıxarmışdır. Ötən 16 il ərzində siyasi sabitlik tamamilə bərqərar edilmişdir. Bu da, əlbəttə, müstəqillik dövrünün tələblərinə uyğun yeni Konstitusiyanın qəbul edilməsi və onun müddəaları əsasında ictimai qanunların işləkliyi nəticəsində mümkün olmuşdur. Daxili sabitlik iqtisadi qüdrəti şərtləndirmişdir. Nəticədə, biz bir çox keçmiş müttəfiq respublikalarla müqayisədə, daha çox iqtisadi uğur əldə etməyə nail olmuşuq. Dövlət büdcəmizdə ciddi artım müşahidə edilmiş və bununla da, əhalinin yaşayış səviyyəsi 16 il əvvəlkinə nisbətən dəfələrlə yaxşılaşmışdır. Hərbi büdcəmiz isə Ermənistanın dövlət büdcəsindən iki dəfə çox olmuşdur. Bu da işğal altında olan torpaqlarımızın tezliklə qaytarılacağından xəbər verməkdədir. Sıraları get-gedə seyrəlsə də, radikal mövqeli partiyalar revanş qazanmaq üçün məqam gözləməkdədirlər. Ancaq radikallar o qədər ifratçılığa yuvarlanıblar ki, az qala gözləri ayaqlarının altını görmür. Gözün görmə qabiliyyəti azalanda, deyəsən, şüurda müəyyən tormozlanmalar gedir. Başları tormozlanmış radikallar nə edəcəklərini bilmirlər. Məsələn, yeni blok yarada bilməyən Müsavat başqanı İsa Qəmbərov uzun müddət susduqdan sonra elə bir təklif irəli sürüb ki, ona hətta digər radikal mövqelilərin də gülməyi tutub. İ.Qəmbərov təklif edib ki, 21 il əvvəl yaradılıb on il əvvəl ləğv edilmiş AXC bərpa edilsin və bütün radikallar da onun ətrafında sıx birləşsinlər. Əlbəttə, süni surətdə AXC-ni bərpa etmək mümkündür. Ancaq onun ətrafında toplaşmaqla nəyəsə nail olmaq qeyri-mümkündür. İndiki halda AXC heç bir funksioneri ağ günə çıxarmaq gücündə deyil. Hər dövrün öz tələbatı var.

Digər xəbərlər