PDF Oxu

Köşə

  • 10

Ermənilər nə vaxtsa cəza qılıncımıza tuş gələcəklər

Ermənilər nə vaxtsa cəza qılıncımıza tuş gələcəklər
Ermənilərin 1918-ci ilin 31 martında Bakıda, növbəti günlərdə isə Şamaxıda, Qubada, eləcə də Azərbaycanın digər guşələrində soyqırımlar törətməsi süquta yetirilmişdir. Çəmbərəkənddə dəfn edilənlər Bakı soyqırımının, Qubada aşkar edilmiş kütləvi qəbiristanlıq isə bu ərazidə törədilən qətllərin tarixindən xəbər verməkdədir. O vaxt türk qoşunlarının gəlişi ilə erməni silahlı birləşmələrinin fəaliyyəti məhdudlaşdırıldı. Əlavə olaraq, Bakıdakı erməni silahlıları darmadağın edildi. Daha sonra yerli azərbaycanlılardan ibarət ordu hissələri yaradıldı. Ancaq təəssüf ki, 1918-ci ildə ermənilərin İrəvan quberniyasında rəsmi dövlətlərini qurmalarına maneçilik törədilməmişdir.
1917-ci ildə Rusiyada Oktyabr inqilabının qələbə çalması ilə ermənilər öz mübarizələrinin növbəti mərhələsinə qədəm qoydular. Moskvada bu və ya digər rəsmilərə arxalanan ermənilər Azərbaycan xalqını öz ərazisindən çıxarmaq planını gerçəkləşdirmək istəyirdi. Böyük Vətən müharibəsinin ilk illərində onlar Stalini inandırmışdılar ki, kommunizmin təntənəsinə inanmayan müsəlman azərbaycanlılar faşistlərə yardımçı olmağa hazırlaşırlar. Allah bu bəlanı xalqın üzərindən uzaqlaşdırmaqda Mircəfər Bağırova təpər və iradi qabiliyyət verdi. Stalinlə görüşməyə müvəffəq olan M.Bağırov ciddi arqumentlərlə azərbaycanlıların günahsızlığını sübuta yetirə bildi.
Sovetlərin bütün tarix boyu əlləri bir çirkin arqumentdən çıxan ermənilər digərindən bəhrələnməyi lazım bilmişlər. Odur ki, onlar 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlını Qərbi Ermənistandan deportasiya etməyə nail oldular. Sonrakı illərdə də köçürülmə əməliyyatı dayandırılmadı.
1988-ci ildə sovetlərin çökümü ilə Mixail Qorbaçovun ətrafına toplaşmış ermənilər mübarizələrinin səmtini DQMV istiqamətinə yönəltdilər. M.Qorbaçov isə Əbdürrəhman Vəzirovun maymaqlığından istifadə edərək, ermənilərin mövqeyini xeyli möhkəmləndirdi. M.Qorbaçovdan sonra Rusiya prezidenti postunu tutmuş Boris Yeltsin də ermənilərin bostanına daş atmadı. Ondan tarix üçün "Ya ne pozvolyu vam obijat mirnıx Karabaxskix separatistov" ifadələri yadigar qalmışdır. Təəssüf ki, Ayaz Mütəllibov onun sərəncamlarını can-başla yerinə yetirirdi. Rusiya siyasətçilərinin köməyindən yararlanan ermənilər Dağlıq Qarabağda üstünlüklərini artırmaqda idilər.
Xalqın kəskin nifrəti ilə üzləşən A.Mütəllibov AXC "bəylər"i qarşısından geri çəkilməli oldu. Ancaq AXC-çilər də xalqın etimadını doğrulda bilmədilər. Bir illik hakimiyyətləri ərzində erməni iddialarına sipər çəkmək əvəzinə, onlar Azərbaycanı tərkib hissələrinə ayırmaq üçün bir-birilərinə qənim kəsildilər. Nəticədə torpaqlarımızın 20 faizi işğal edildi, qaçqınlarımızın sayı milyona yaxınlaşdı.
1993-cü ildən etibarən ölkə daxilində sabitlik yaratmaq istəyən ümummilli liderimiz Heydər Əliyev cəbhə bölgələrinin bəzi yerlərində erməniləri məğlubiyyətə uğratdı. Ölkənin iqtisadi qüdrətini artırmaq məqsədilə bir sıra layihələri gerçəkləşdirmək istəyən ümummilli lider 1994-cü ilin 12 mayında Bişkekdə ermənilərlə atəşkəs müqaviləsi imzaladı. Qərarın düzgünlüyünü ötən vaxt ərzində iqtisadi və hərbi-siyasi qüdərtimizin Ermənistanınkını qat-qat üstələdiyi əyani tərzdə nümayiş etdirilməkdədir.
Ermənistan rəhbərliyi ölkəni himayədar xristian dövlətlərin ianəsi hesabına saxlayır. Ancaq bununla belə özlərini tox tutmağa cəhd edirlər. Dağlıq Qarabağda azərbaycanlı qanına susayan sabiq Robert Köçəryan və indiki Serj Sarkisyan hökuməti ötən ilin martında Yerevanda öz soydaşlarının da qanını tökməkdən çəkinmədilər. Xocalı faciəsinə göz yuman AŞPA, ATƏT, BMT kimi beynəlxalq təşkilatlar cinayətkar Ermənistan hakimiyyət dairələrinin başlarının altına yastıq qoymaqda davam edirlər. Bunun adı ikili standartlardır. Hələ ki, ABŞ və Avropa ölkələrinin rəsmi dairələri müsəlman terrorizminə qarşı mübarizə aparırlar. Ermənilər isə xristian olduqları üçün cəzadan yayınmaqdadırlar. Biz Allahın qüdrətinə arxalanıb erməni işğalçılarını özümüz cəzalandırmalıyıq.

Digər xəbərlər