PDF Oxu

Köşə

  • 7

Etibar Məmmədov İsa Qəmbərova qoşulmaq istəmir

Etibar Məmmədov İsa Qəmbərova qoşulmaq istəmir
Radikallar yavaş-yavaş eyni quruma toplaşmağa cəhd edirlər. Son vaxtlar onların çoxlu Müsavatın "Respublikaçı" təşəbbüs qrupunun tərkibinə daxil olurlar. Bu cür birliyin vaxtı referenduma qədərdir. Yəni uzağı bir ay. Göründüyü kimi, radikallar illərlə əlləşib-vuruşduqdan sonra "birləşməyə" nail olurlar. Ancaq bir-iki aylığına. Müsavatın yaratdığı "Respublikaçı" təşəbbüs qrupunda birləşən radikallar, əlbəttə, referendumun keçirilməsinə mane olmaq istəyirlər. Onlar birləşsələr də, hamını öz ətraflarına cəlb etməyə nail olmamışlar. Yəni bütün radikallar heç də Müsavat başqanının başçılığı altına keçmək istəmirlər. Şübhəsiz ki, bunun da məxsusi səbəbi var. Müsavat başqanı İsa Qəmbərov növbəti yığıncaqlardan birində AMİP liderini ətrafında görmədi. Odur ki, öz qasidini Etibar Məmmədovun yanına göndərdi. Qasid AMİP qərargahından məyus qayıtdı. Onun dediyinə görə, E.Məmmədov "Respublikaçı" təşəbbüs qrupuna qoşulmaq üçün xüsusi şərt irəli sürür. İ.Qəmbərov şərtin məğzini öyrənmək istədiyini bildirdi. Qasid E.Məmmədovun şərtinin mahiyyətini ifadə etdi. E.Məmmədov ötən illər ərzində az da olsa dəyişməmişdir. Ötən illər ərzində AMİP liderinin şərtləri ağır və qəbuledilməz olaraq qalır. İ.Qəmbərov qulaqlarına inanmayıb, stula çökdü. Bircə cümlə deyə bildi: "Bizə qoşulmursan, dünəndən qoşulma, bu gün ikinci gün olsun". Çoxları E.Məmmədovun "Respublikaçı"ların sırasına hansı şərtlə qoşulmaq istədiyini bilmək istəyir. E.Məmmədov istəyir ki, Müsavat təşəbbüs qrupunun sözçüsü İ.Qəmbərov yox, özü olsun. Hər hansı qurumda sözçü olmaq lider olmaq deməkdir. Yəni E.Məmmədov istəyir ki, "Respublikaçı" təşəbbüs qrupu MSK-da qeydiyyatdan keçərsə, qurumun təmsilçisi özü olsun. İ.Qəmbərov isə heç də mindiyi atdan düşüb, yiyənini E.Məmmədovun əlinə vermək fikrində deyil. İ.Qəmbərov E.Məmmədovu ona görə qurumuna cəlb etmək istəyir ki, onun və eləcə də, digərlərinin vasitəsilə bütün müxalifətin liderliyi təşəbbüsünü ələ keçirsin. Bu dəfə də Müsavat - AMİP birliyi ideyası gerçəkləşmədi. 2003-cü il 15 oktyabr prezident seçkiləri ərəfəsində də İ.Qəmbərov - E.Məmmədov dueti razılıq əldə edə bilməmişdi. O, vaxt Müsavat, AMİP, ADP və AXCP (i) liderləri Londonda görüşüb, 2003-cü il prezident seçkilərində iştirak etmək üçün "Demokratik Sabitlik İttifaqı" adlı qurum yaratmışdılar. Ancaq qurumun vahid lideri məsələsini həll etmək mümkün olmamışdı. Hazırda "DSİ" dövrünün Rəsul Quliyevdən başqa liderlərinin hamısı "Respublikaçı" təşəbbüs qrupunda İ.Qəmbərov ətrafında sıxlaşmağı lazım bilmişdir. Ancaq "DSİ" yaradılarkən Əli Kərimov və Rəsul Quliyev Etibar Məmmədov ətrafında birləşmişdi. İsa Qəmbərov təklikdə qalmışdı. Ancaq o, əsla özünü sındırmaq istəmirdi. "DSİ" liderliyini əldən vermək imtəmirdi, vəssəlam. Üç nəfər istəyirdi ki, E.Məmmədov "DSİ"-nin vahid namizədi olsun. İ.Qəmbərov isə "üçlüy"ə qarşı çıxıb, özünün vahid namizədliyini möhkəmləndirmək istəyirdi. Bir nəfər üç nəfərə qarşı çıxa bilərdimi? Bu, uğursuzluğa yozula bilərdi. Ancaq İ.Qəmbərov uduzmaq istəmirdi. Odur ki, hiyləyə əl atmalı oldu. O, kölgə kabinetində Pənah Hüseynov üçün saxladığı baş nazir postunu o vaxtkı ADP sədri Rəsul Quliyevə həvalə etməklə, onu öz tərəfinə çəkmək istədi. R.Quliyev bu tilova düşdü. Ancaq bu razılıq E.Məmmədov və Ə.Kərimov kimi müttəfiqləri satmaq bahasına başa gəldi. Nəticədə narazılıq yarandı. İ.Qəmbərovdan ən çox inciyən P.Hüseynov oldu. 2003-cü il 15-16 oktyabr iğtişaşlarından dərhal sonra E.Məmmədov tək bir İ.Qəmbərovdan yox, bütün radikallardan ayrıldığını bəyan etdi. O, bu gün də radikallara qoşulmaq istəmir. Qoşulduqda isə öz birincilik şərtini irəli sürür. O, bu cür şərt irəli sürməklə nə Ayaz Mütəllibov, nə də AXC itidarında vəzifə postu tuta bilmədi. Bu gün İ.Qəmbərovla razılaşmaması yenə də məlum şərtini irəli sürməsidir.

Digər xəbərlər