Sərdar Cəlaloğlu:
İndi ADP-ni önə göndərin,
Müsavatı siz arxaya döndərin,
Dövrü tamamlanıb İsa Qəmbərin,
Liderliyə meylim formalaşıbdı.
İqbal Ağazadə:
Mənəm ki, yanmışam onun oduna,
Liderlik yaraşmaz "Yurd"un adına,
Müsavat getməkdə "İP"-in badına,
Liderlik "Ümid"də normalaşıbdı.
Sərdar Cəlaloğlu:
Radikal baharı dönübdü qışa,
İnanmıram kimsə gedib barışa,
Homoseksuallar çıxıb yarışa,
"Yurd" da, Müsavat da pornolaşıbdı.
İqbal Ağazadə:
Deyirlər ifratda guya tül artıb,
Əslində, xılt artıb, zibil, kül artıb,
İsada xarici təmayül artıb,
Əli bəy bosslarla zurnalaşıbdı.
Sərdar Cəlaloğlu:
İfratlar içində alkaş, piyan çox,
İndi bəzisinə dəstək, həyan çox,
Özünü müxalif ana sayan çox,
Radikal kişilər analaşıbdı.
İqbal Ağazadə:
At-eşşək azalıb, çoxalıb qatır,
Çoxları başını başlara qatır,
İsanın, Əlinin qoynunda yatır,
Cümlə radikallar xornalaşıbdı.
Sərdar Cəlaloğlu:
İsası, Əlisi aranı qatar,
Arada axsağı məqsədə çatar,
Liderlər havaya qalxıb bir qatar,
Xaricə uçmaqda-durnalaşıbdı.
İqbal Ağazadə:
Lider var qazancdı qolu-sağrısı,
Yoxdu içlərində bircə doğrusu,
Lider var gətirir ürəkağrısı,
Lider var öz halı fənalaşıbdı.
Sərdar Cəlaloğlu:
Bosslara yalmanan dolub-şişibdi,
Yada casuslar var, lap ilişibdi,
Düşüncəsi darlar öküzləşibdi,
Kəl olub, mal olub, danalaşıbdı.
İqbal Ağazadə:
Bosslardan bir sent də barat görmədim,
Əli, İsa kimi pirat görmədim,
Mənaca durulan ifrat görmədim,
Azğın liberal var zinalaşıbdı.
Sərdar Cəlaloğlu:
Köhnə liderlərdə qalmayıb əzm,
Onlardan cavanam, məndə var dözüm,
Gələcəyin ifrat lideri özüm,
Mənim öz ADP-m mənalaşıbdı.
İqbal Ağazadə:
Çox da dindirməyin ifrat naqqalı,
Onlar andırmaqda mənfur çaqqalı,
Çoxunun ağarıb saçı-saqqalı,
Sığal verənləri hənalaşıbdı.
Sərdar Cəlaloğlu:
Hökm də verirlər Allah yerinə,
Əli soxulubdu Pənah yerinə,
Partlayıb bəzisi silah yerinə,
Bombaya dönübdü, minalaşıbdı.
İqbal Ağazadə:
Köhnə liderlərin gözləri dolub,
Nə xata olubsa onlara olub,
Xarici vəsait dərdindən solub,
Xəyala qapılıb xülyalaşıbdı.
Sərdar Cəlaloğlu:
Keçmiş liderlərin bir çoxu avam,
İfratlar iflasa uğrayıb tamam,
Özüm liderliyə layiq adamam,
İsa da, Əli də qabalaşıbdı.
İqbal Ağazadə:
Çoxu soyuq qışdan çıxmadı yaza,
Çıxanlar da qane olmadı aza,
Radikallar çıxıb qapaz-qapaza,
Sərdar da mənimlə yavalaşıbdı.
Sərdar Cəlaloğlu:
İndi hər radikal danışır boş-boş,
Boss da tənbəllikdən dönüb olub loş,
Liderlərin üzü olubdu padoş,
Zəncir tək bərkiyib halqalaşıbdı.
İqbal Ağazadə:
İndi "İP"-də belə düşgünlük labüd,
İstəyirsən məqsəd güdmə, ya da güd,
Əlinin, İsanın sifəti kobud,
Hətta təfəkkürlər palkalaşıbdı.
Sərdar Cəlaloğlu:
Bu gün lazım bizə kalan radikal,
Artıq olub iflas, talan, radikal,
Dünən xoruz, toyuq olan radikal,
Bu gün cırtdanlaşıb, çolpalaşıbdı.
İqbal Ağazadə:
Əli də, İsa da gedib qocalsın,
Qoy "Ümid" bayrağı göyə ucalsın,
Rayon liderləri rayonda qalsın,
Hətta qaradskoylar çuşkalaşıbdı.
Sərdar Cəlaloğlu:
Küçə-meydanlarda döyülməliyik,
İsaya, Əliyə çox gülməliyik,
İndi kresloya biz gəlməliyik,
Radikal liderlər yaman çaşıbdı.
İqbal Ağazadə:
İfratlar pul daman deşikdən aciz,
Onlar içdən aciz, eşikdən aciz,
İsa, Əli olub pişikdən aciz,
Mən qaynamaqdayam, Sərdar coşubdu.