PDF Oxu

Köşə

  • 54

“İctimai Palata”nı zahirdən parçalamaq cəhdləri

“İctimai Palata”nı zahirdən parçalamaq cəhdləri

Əli Əliyev:


"İP" haqda Sərdara çatanda xəbər,

Qurban Məmmədovu etdi səfərbər,

İqbal da Pənaha saldırdı lövbər,

Palata sınmadı, əyildi ancaq.


Qurban Məmmədov:


Məchul baxışını tez diksə yerə,

Daşı ətəyindən tez töksə yerə,

Dizini qatlayıb "İP" çöksə yerə,

Mənim "VHF"-mə gəlsinlər, sıncaq.


Əli Əliyev:


Xeyrinə çevrilin bossun vərəqi,

İsalar, əlilər tapdadı həqqi,

"VHP", "VHF" edər tərəqqi,

"İP" yıxılan yerə bir paya sancaq.


Qurban Məmmədov:


Bizim hər birimiz olluq Laden bin,

"İP"-ə qəlbimizdə möhkəmlənib kin,

Peşəmiz oduna atmaqdı benzin,

Qaçıb dağılarıq palata yancaq.


Əli Əliyev:


Xeyirə hallanır Qurbanın adı,

Ara qarışdırıb çaxnatmaqdadı,

Pənah bünövrəni laxlatmaqdadı,

Hayqırıb dağılar "İP" bizi qancaq.


Qurban Məmmədov:


İsada, Əlidə bəddi tapşırıq,

Aldım "6-lar"dan yeddi tapşırıq,

Sərdar mənə verib ciddi tapşırıq,

Sevinərəm "İP"-də hərəkət doncaq.



Əli Əliyev:


Qırmasaq, qolları bükülən deyil,

İsa Əli ilə əkilən deyil,

Şestyorka geriyə çəkilən deyil,

"İP" məğlub sayılar uğuru dancaq.


Qurban Məmmədov:


Bizim ətrafımız töhmətdən düşər,

Rəqiblər büdrəyib zəhmətdən düşər,

"İP"-ə çatan pislik Əhməddən düşər,

"6-lar" sevinər ciblərə qoncaq.


Əli Əliyev:


Bu gün çağırmasaq təcili şaman,

Başımız üstünə çökərdi duman,

Əlimiz-qolumuz bağlanar yaman,

"İP"-ə yardım etsə daşnaklar, "Qnçaq".


Qurban Məmmədov:


Xalaxətrin tez-tez həm dəyər bizə,

Hər gizli sirrini söyləyər bizə,

Div kimi itaət eyləyər bizə,

Əgər "İP" üstünə sancılsa sancaq.


Əli Əliyev:


Çox badalaq gəldik sərsəm, gicinə,

Biz qalib gələrik "İP"-in bicinə,

Partlayıcı qurğu qoyub içinə,

Qoyarıq altına tələni yoncaq.

Qurban Məmmədov:


Qarğanın ağzından qapdıq pendiri,

"6-lar" çatıbdı artıq təndiri,

Kəsilsin quyuda "İP"-in kəndiri,

Dolsun problemlə hər künc, hər bucaq.


Əli Əliyev:


İsalar hay-həşir qoparmaqdadı,

Axar üzvlərini aparmaqdadı,

"İP"-də münaqişə qabarmaqdadı,

"6-lar" içində iş rəvan, sıcaq.


Qurban Məmmədov:


Bərkidərik qısa vaxta sütunu,

"6-lar" dağıdır saxta süqutu,

Yanmaqda "İP"-in də taxta sütunu,

Mənim "VHF"-mdə çatılıb ocaq.


Əli Əliyev:


Radikal durumda talandan sonra,

"İP"-də də vəlvələ salandan sonra,

Bosslardan qonorar alandan sonra,

"6-lar" xaricə açacaq qucaq.


Qurban Məmmədov:


"İP"-in uğurları gəlir məzəli,

Suqutla başlayıb, təəssüf, əzəli,

Bossla razılaşıb İsayla Əli,

Dollar əvəzinə alır qab-qacaq.

Əli Əliyev:


Çoxlu yamaq, yırtıq sönükləşməkdə,

Orada səy, sırtıq sönükləşməkdə,

"Narıncı" "İP" artıq sönükləşməkdə,

Gərək altımız da nur, şəfəq saçaq.


Qurban Məmmədov:


İsa da, Əli də əsil yarasa,

"Yurd" Əli az qalır burda qan qusa,

"İP"-ə hökmranlıq edərək İsa,

İstəyir əlində qalsın baş rıçaq.


Əli Əliyev:


"İP"-də yapışıblar Sur tütəyindən,

Həm də göz çəkmirlər bal pətəyindən,

Əlləri çıxmaqda Qərb ətəyindən,

Qorxurlar bossların yanına qaçaq.


Qurban Məmmədov:


Lideri çərənçi, ötən yetkili,

"İP"-in üzvləri çökən yetkili,

"6-lar" bünövrə sökən yetkili,

"İP"-i xilas etməz təyyarə, uçaq.


Əli Əliyev:


Onlar maska taxar daim üzünə,

Əlinin nur düşər iki gözünə,

İsa yalnız o vaxt gələr özünə,

Gərək "İP"-ə bossdan şəbəkə açaq.


Qurban Məmmədov:


Dərhal da köməyə bossu çağırdı,

"İP"-in üzvləri qorxaq, fağırdı,

Bizim "6-lar"ın zəhmi ağırdı,

İsa da, Əli də xəstəhal naçar,

Basım gözlərinə mən iti bıçaq.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər