PDF Oxu

Köşə

  • 1 472

Etibar Məmmədov və Rəsul Quliyev radikal cinahda yeni qurum yaratmaq haqda razılığa gəliblər

Etibar Məmmədov və Rəsul Quliyev radikal cinahda yeni qurum yaratmaq haqda razılığa gəliblər

Rəsul Quliyev:


AMİP-lə "ACP" birləşən kimi,

Bizim üzvlərin azalar qəmi,

Lotu qurumların başlar sitəmi,

Yüksək reytinq ilə keçərik önə.


Etibar Məmmədov:


Atalar da lənət deyiblər bədə,

İstəməzdim bu xoş məqamlar bitə,

Hər şey yaxşı oldu son nəticədə,

Deyirəm ürəkdən, şükür bu günə.


Rəsul Quliyev:


Biri Qərbə baxır, biri Şimala,

Səcdə edən yoxdu ali amala,

Üstünlük verərik ağla, kamala,

İsa, Əli "İP"-də güc verib kinə.


Etibar Məmmədov:


Heç zaman getmərik pərt, uçuruma,

Gedənlə gedərik mərd - uçuruma,

Onlar meyl etməkdə sərt uçuruma,

Üzdə bel bağlarıq guya biz dinə.


Rəsul Quliyev:


İsa da, Əli də, "İP" də solacaq,

Bizim sıralara üzvlər dolacaq,

Ən böyük blok da bizim olacaq,

Çətin ki, bu maraq bizlərdə sönə.


Etibar Məmmədov:


Qüssə və kədərə dalar arxada,

Xaricə quyruq da bular arxada,

Sərsəm radikallar qalar arxada,

Olarıq qabaqda, sözsüz ki, yenə.

Rəsul Quliyev:


"İP"-di, "6-lar"dı bir cücü qurum,

Yalnız bizdən alar hər gücü qurum,

Bizlər ütülənmiş sveji qurum,

Çətin çürümüşlər bizləri yenə.


Etibar Məmmədov:


Qrantlar həmin o vaxtdan tükənib,

Radikal qurumlar baxtdan tükənib,

Əli də, İsa da çoxdan tükənib,

Bizim iradəylə olacaq binə.


Rəsul Quliyev:


Onlar bir-birinə, bil, fəndlə baxır,

Yardım fondları da min zəndlə baxır,

Bosslar da onlara rişxəndlə baxır,

Radikal liderlər cırıbdı sinə.


Etibar Məmmədov:


Bədəndə Rəsulla mənəm tən kimi,

Bizim partiyalar bir bədən kimi,

AMİP-lə "ACP" birləşən kimi,

Liderlər kol-kosda çətin ki, sinə.


Rəsul Quliyev:


Canı gicişməkdə harınların da,

Qurdlar qaynaşmaqda qarınlarında,

Kəsilib nəfəsi "6-lar"ın da,

"İP"-in də üstünə daraşıb gənə.

Etibar Məmmədov:


Hər cür hadisənin Qədər içində,

Qaysaqlı yaralar, xətər içində,

Çoxusu qüssə və kədər içində,

İçlərində gözüm dəymədi şənə.


Rəsul Quliyev:


Radikal önündə məhşər dayanıb,

Bizim kimi azman cüt şər dayanıb,

Xeyirə Qara Qoç qənşər dayanıb,

Qorxuram çaşqınlar Ağ Qoça minə.


Etibar Məmmədov:


Radikal liderlər kərgədan, öküz,

Onlarla birlikdən əllərini üz,

Digər qurumlarda problem yüz-yüz,

"İP"-in problemi çatıbdı minə.


Rəsul Quliyev:


Darıxardıq ifrat məbud içində,

Çətindi bu qədər kobud içində,

Hamısı donublar sükut içində,

İnana bilmərəm hansısa dinə.


Etibar Məmmədov:


Cüzi qrant alıb tamam azdılar,

Siyasi meydanda dayaz, qazdılar,

Onlar iş görən yox, boşboğazdılar,

İsa da, Əli də çərənçi çənə.

Rəsul Quliyev:


Filin qulağında qafil yatdılar,

Hər biri tündməcaz və boyatdılar,

Onlar aydınlıqda itib-batdılar,

Biz sinə gərərik dumana-çənə.


Etibar Məmmədov:


Arada olan son hörmət də bitdi,

Hər biri məqsədli maraq yeritdi,

Onların mitinqi, piketi bitdi,

Hər biri toplaşar dalana, tinə.


Rəsul Quliyev:


Yeyib başlarını Çin fəlsəfəsi,

Yatmır taktikaya min fəlsəfəsi,

Yorub hər birini hin fəlsəfəsi,

Onların "İP" yeri bənzəyir hinə.


Etibar Məmmədov:


Təpədən-dırnağa çirkli, kifdilər,

Elə bilirlər ki, böyük şefdilər,

İsası, Əlisi əhlikefdilər,

Vardır bənzərləri şeytana, cinə.


Rəsul Quliyev:


Onlardan kütləyə fayda çox azdı,

Qrantdan hər biri yolunu azdı,

Onların hamısı siyasətbazdı,

Bu mərəz, sözsüz ki, işləyib genə.


Etibar Məmmədov:


Boslara həddindən çox yarındılar,

Qrantçün xaricə həm sırındılar,

"İP"-çilər, "6-lar" çox harındılar,

Sifət padoşlaşıb, verirlər gönə.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər