PDF Oxu

Köşə

  • 1 003

Rauf Arifoğlu Rəsul Quliyevi təbliğ edir

Rauf Arifoğlu Rəsul Quliyevi təbliğ edir

Rəsul Quliyev:


Burdan ora məxfi qul keçirirəm,

Narıncı rəngində çul keçirirəm,

Raufa aybaay pul keçirirəm,

O, təbliğ etməzdi məni boş yerə.


Rauf Arifoğlu:


Qarşıma qrantlı, nemətli çıxdı,

Onun maliyyəsi sürətli çıxdı,

Rəsul yenə ondan cürətli çıxdı,

Gələydi İsanı görüm tuş yerə.


Rəsul Quliyev:


Göndərdiyim dollar ilk təsir olub,

Önümdə Rauf da yek əsir olub,

Tezliklə əmrimə müntəzir olub,

İsaya, Əliyə deyər aş yerə.


Rauf Arifoğlu:


"İP" çürümüş bədən, İsa bit-birə,

Əli də əlində adi saz, cürə,

Rəsul qoşa ayaq qoyduğu yerə,

Qoyar o bölgədə Rauf baş yerə.


Rəsul Quliyev:


Bu gün bir Raufdu Rəsulun dostu,

Çox aydın göründü, "İP"-də qan qusdu,

Çox təsir göstərdik Əli bəy susdu,

İsa da qoymadı əsla daş yerə.


Rauf Arifoğlu:


Bir bossu görəndə mil durur ancaq,

Güclü yetkilini soldurur ancaq,

Bu adam cibini doldurur ancaq,

İsa üzüqoylu gələ kaş, yerə.

Rəsul Quliyev:


İsa bəy ağzında bişirmir sözü,

Son vaxtlar pis görür Əlinin gözü,

Güclü bir liderdi Raufun özü,

"İP" də çökməkdədi artıq yaş yerə.


Rauf Arifoğlu:


İsa skeletdi, sal qaya Rəsul,

Gələr hər əlində bir paya Rəsul.

Qədəm qoyan kimi Bakıya Rəsul,

Dərhal ötürərik onu xoş yerə.


Rəsul Quliyev:


Qürbətdə dərd-kədər, sitəm basıram,

Çoxu elə bilir gödən basıram,

O yerə ki, özüm qədəm basıram,

Orda qanad qoymaz bircə quş yerə.


Rauf Arifoğlu:


Əlləri heç çatmır Herkel, Qrossa,

Şikayətləri də heç çatmır bossa,

Əsla, fəal deyil nə Əli, İsa,

Hamısı dolanır "İP"-də puç yerə.


Rəsul Quliyev:


Halı yaxşılaşar bizi görənin,

İşləri fırıqdı "İP"-çi törənin,

Mən sənin başlıca qrantverənin,

Marsda-Aydasansa, ordan uç yerə.

Rauf Arifoğlu:


"İP" yolsuz qalıbdı, düz yol istəyir,

Pis futbol oynayır bol qol istəyir,

Qərbdən yal, yalı da çox, bol istəyir,

Tökülür ətəkdən plov, aş yerə.


Rəsul Quliyev:


Yorulub liderlər, "İP"-i basıb kif,

Gözlərdən açılan deyildir tənzif,

Əlinin, İsanın gözləri zəif,

İndi hər ikisi baxır çaş yerə.


Rauf Arifoğlu:


Qaçıb dağılışdı çoxu əlindən,

Qopardı "İP"-i də öz təməlindən,

Xoş büsat görmədik biz əməlindən,

Onlar göz çıxarıb, qoydu qaş yerə.


Rəsul Quliyev:


Xaricə göz dikin siz yalavac tək,

Nərildə yalandan Beyrək, Buğac tək,

Kökündən kəsilmiş nəhəng ağac tək,

Ay İsa, ay Əli, çök yavaş, yerə.


Rauf Arifoğlu:


Çörək gətirmədi sənə sənətin,

Xalqın dilindədi nifrin, lənətin,

Qızarmaqdan uzaq padoş sifətin,

Duru palçıq kimi gəl suvaş yerə.


Rəsul Quliyev:


Qızarmaq da bilmir bunlar həyadan,

"İP"-çilər ayılmır hələ röyadan,

İsa da, Əli də dönsün xülyadan,

Gərək endirilsin hər savaş yerə.


Rauf Arifoğlu:


Qalın tısbağa tək çanağınızda,

Siyasi səbat yox tabağınızda,

Lider Rəsul olsa, qabağınızda,

Səpməyə hazırdı çox lavaş yerə.


Rəsul Quliyev:


Güzəşt etsəydiniz mənə məkanı,

Düzü, bağladardım bazar-dükanı,

Mənə verilsəydi "İP"-in sükanı,

Hətta mən düzərdim qızıl tac yerə.


Rauf Arifoğlu:


Heç Qərb də Rəsula bəd şər deməyib,

Ona yüz hörmətlə gəl ser, deməyib,

Nə qədər Rəsula lider deməyib,

Əli, İsa qoysun başı ac, yerə.


Rəsul Quliyev:


"İP"-çilər versəydi mənə qiyməti,

İmtina etməzdim gəlməkdən qəti,

İçinə doldurub saciçi əti,

Qoyardım onlarla iri sac yerə.


Rauf Arifoğlu:


Rəsulu gətirib arzuya çataq,

Təşkil etsə idi İsa da yataq,

Ayıra bilsəydi "İP" ona otaq,

Verərdi könüllü Rəsul bac, yerə.

Mirzə QƏRƏNFİL

Digər xəbərlər