Əli Kərimov:
Kremlə etiqad qatı çıxıbdı,
Son vaxtlar dramın dadı çıxıbdı,
Ermənipərəst tək adı çıxıbdı,
Biz ondan betərik, Leyla şükürdü.
Leyla Yunusova:
Baxıb Yerevanın mayakından o,
Bir qullab vuraraq sərt "mak"ından o,
Dəmlənib erməni konyakından o,
Əli bəy haylarçün nəşə bükürdü.
Əli Kərimov:
Atıb piylərinin qramlarını,
Piyada dolaşıb xramlarını,
Sayaraq erməni dramlarını,
Hər məni görəndə Leyla hürkürdü.
Leyla Yunusova:
İstəməzdim onu mən danam, vallah,
Bilmişdim dost-doğma öz anam, vallah,
Mənim o erməni qaynanam, vallah,
Yunusun anası bir başqa cürdü.
Əli Kərimov:
Leyla, yadındamı uğruna basıb,
Dram gətirmişdin sağrına basıb,
Parisdə daşnakı bağrına basıb,
Març-marçla İsa bəy qucub öpürdü.
Leyla Yunusova:
Elə ki, dığaya etdin gileylər,
Onlar da badənə süzdülər meylər,
Qərbdə, Türkiyədə erməni "gey"lər,
Səni qarşılayıb eşqdən köpürdü.
Əli Kərimov:
Daim ucuz satdın yada öpüşü,
Ermənilər sənə dedilər üşü,
Soxdular çantana qızıl-gümüşü,
Sən elə zənn etdin adi çöpdülər.
Leyla Yunusova:
İsa çox pul aldı, kənarda qaldın,
Sənə az verdilər, xəyala daldın,
Ermənidən ipli bağlama aldın,
Sən elə bildin ki, qızıl ipdilər.
Əli Kərimov:
İfratlar keçirdi mıxa qurumu,
Bizimki İsayla ağa qurumu,
Sənin təşkilatın dığa qurumu,
Əsil qurumlarsa "SİDSUH", "İP"-dilər.
Leyla Yunusova:
Unutma Gümrüdən gələn yuxanı,
Çox kənara çəkmə sən də yaxanı,
Ciddi qoruyuram hər bir dığanı,
Pulsuz blokların bomboş, gopdular.
Əli Kərimov:
Canda hər tükünü möhkəm tıx etdin,
Dığayla aranı xeyli sıx etdin,
O qədər yalmanıb yaltaqlıq etdin,
Haylar lap ruhuna çöküb hopdular.
Leyla Yunusova:
Həmin an oluram şən, hay verəndə,
Dərhal götürürəm dən, hay verəndə,
Dığa pul göndərər, mən hay verəndə,
"İP"-də liderlər də dollarsız ular.
Əli Kərimov:
Salıblar canına haylar vəlvələ,
Get-gedə dalında yoğnuyur şələ,
Alverin, deyəsən, gur gedir hələ,
Vaxt gələr kütlələr saçını yolar.
Leyla Yunusova:
Elə ki, Yerevan qazandırdı bal,
O zaman, sözsüz ki, düzələr əhval,
Sən kimsən, mən kiməm, bilinər dərhal,
Darıxma, durular bulanıq sular.
Əli Kərimov:
Qoparıb alırdın tavan olanda,
Baxmırdın dığaya, İvan olanda,
Bir şey öyrənmədin cavan olanda,
Altmışda öyrənən gorunda çalar.
Leyla Yunusova:
Ayları, illəri həftə edərək,
Nə vaxt sevinmisən siftə edərək?
Mənim qazancıma qibtə edərək,
Gəl çalışıb vermə min mənfi çalar.
Əli Kərimov:
Ərdən üstün tutdun Aram dadını,
Daddın təkrar-təkrar haram dadını,
Tezliklə unudan dram dadını,
Erməni bortundan kənarda qalar.
Leyla Yunusova:
Boos verdiyi pulun dadını sevməz,
"İP"-dəki liderlər adını sevməz,
Erməni kişisi qadını sevməz,
Gey olub, geydən də, o, ləzzət alar.
Əli Kərimov:
"Zvarnots" səmtinə uçan civildər,
Vaxtını bilərsən haçan civildər,
Hazırda çantanda siçan civildər,
Bizim cibimizdə pullar balalar.
Leyla Yunusova:
Erməni yaxşıdı, pisdi Cimmilər,
Dram gətirərlər mənə gəmilər,
Sizin tək əmilər qəbrə gömülər,
Sizdən çox qazanar mən tək xalalar.
Əli Kərimov:
Sağında bir dığa, biri solunda,
Dığa qolbağı var iki qolunda,
Sən onu ağartdın dığa yolunda,
Qorx ki, o seyrəlmiş saçı yolalar.
Leyla Yunusova:
Dığa qəbul etməz sənin tək bəyi,
Xeyli narıncıdı dığa köynəyi,
Ona lazım olmaz dığa köməyi,
Ağzını İsa bəy "İP"-də malalar.
Mirzə QƏRƏNFİL