PDF Oxu

Köşə

  • 1 217

İsa Qəmbərov Rusiyada dəstək axtarır

İsa Qəmbərov Rusiyada dəstək axtarır

İsa Qəmbərov:


Daxili dönüşü etsə, qəlb edir,

Qərb nə eyləyirsə, xeyli qəlp edir,

Rusiya düzləri məni cəlb edir,

Moskvadan gizli gözləntilər var.


Etibar Məmmədov:


20 il ərzində sən neçə kərə,

İfratı apardın böhtana-şərə,

Daim göz dikmisən birinci yerə,

Sənin hər cəhdində ciddi xətər var.


İsa Qəmbərov:


Yaraşmaz nə hiylə, nə riya bizə,

Milyon verəcəkdi Qərb guya bizə,

Qucaq açmaqdadı Rusiya bizə,

Qərbin bəxş etdiyi neçə kədər var.


Etibar Məmmədov:


Təqdim olunaraq bir yiyə kimi,

Batdın gözümüzə bir tiyə kimi,

Kürsü-kürsü dedin indiyə kimi,

Gələcək yolunda iflas - betər var.


İsa Qəmbərov:


Bizlərə yem verər əritmək üçün,

Rubl verər bizləri kiritmək üçün,

Boss ürəklərinə yeritmək üçün,

Jirinovski deyir iri neştər var.


Etibar Məmmədov:


Rusla sövdə üçün böyükmü morda?

O, sənə rahatlıq verməz heç gorda,

Rus müftə verməmiş heç nəyi, orda

Qan qusmağın üçün iri teştlər var.

İsa Qəmbərov:


Orda baş işlədib həmişi İsa,

Odur ki, çətin ki, teştə qan qusa,

Əsla, yanaşmırıq orda hər rusa,

Bəzi qüvvələrlə məxfi işlər var.


Etibar Məmmədov:


Ermənipərəsti Volodya özü,

Boğaza dirəyər liberal dizi,

Müşayiət edər çıxışlar sizi,

Reytinqi azaldan çox girişlər var.


İsa Qəmbərov:


Bürüyər bizləri qızıla, tülə,

Volodya bizləri heç verməz yelə,

Liberallar qılınc olsalar belə,

Bizdə qalxanmisal sadiq "5-lər" var.


Etibar Məmmədov:


Volodyadan çıxmaz sizə bir dirək,

Sizə nə su verər, o, nə də çörək,

Qalın liberala pərçimlənərək,

Ağzınızda sına bilən dişlər var.


İsa Qəmbərov:


Volodya deyəcək qus, tapşırığı,

Əmr verərəm ki, pus, tapşırığı,

Yerinə yetəcək rus tapşırığı,

Güngörməz yerimdə küt kirişlər var.

Etibar Məmmədov:


Bir neçə məhbusu əfv etməmisən,

Ömründə bir dəfə kef etməmisən,

Hələ sən birini dəf etməmisən,

Qarşıda hələ çox keşməşkeşlər var.


İsa Qəmbərov:


Yumadıq nə qanı, irini belə,

Biz qəbrə gömürük dirini belə,

Heç başa vurmadıq birini belə,

Rusun üfüqündə çox örüşlər var.


Etibar Məmmədov:


Gözləmə, Volodya qüsul eyləsin,

Qorx ki, çoxunuzu o, qul eyləsin,

Çətin Volodyanı məşğul eyləsin,

Siyahıda ötkəm bol hürüşlər var.


İsa Qəmbərov:


Özünə fikir ver, itirmə izi,

Biz qoymarıq yerə hətta bir dizi,

Yaxşı qarşılayar Volodya bizi,

Qarşıda 10-larla nəhs görüşlər var.


Etibar Məmmədov:


Ağzını açaraq ulduzlu göyə,

Həmişə yalandan basmısan küyə,

Mən daim nümunə oldum kütləyə,

Həyatda sənin tək miskin heçlər var.

İsa Qəmbərov:


Yaxmadan üstümə çirkabı, kiri,

Onlar mənə verib ən üstün yeri,

Misalçün, Rusiya onlardan biri,

Tabe olunmalı supergüclər var.


Etibar Məmmədov:


Sizin ziddinizə işləyir zaman,

Çökəcək başına min çiskin, duman,

Olma özünüzdən belə bədgüman,

Başınızı üzən sərt ülgüclər var.


İsa Qəmbərov:


Çəkilib pivnoya fikrə dalardıq,

Xeyli rus pulundan ləzzət alarıq,

Biz də Moskada lövbər salarıq,

Tezliklə başlayan köçəköçlər var.


Etibar Məmmədov:


Sanma ki, halına çox yanasıdı,

Sənin kimiləri tez danasını,

Bu ölkə bir dünya həbsxanasıdı,

Ayaqlar altında çoxlu leşlər var.


İsa Qəmbərov:


Azalır beyində xeyli kədər-qəm,

Burda araq içib olmaq olar dəm,

Sən hansı kafeyə basırsan qədəm,

Orda qadınlarda iri döşlər var.


Etibar Məmmədov:


Şimala baxırsan özün qorxudan,

Yenə həzz alırsan müdhiş qoxudan,

Sən bir özünə gəl, ayıl yuxudan,

Payızdı, mitinqlər, bol yürüşlər var.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər