Uzun müddət xəyanətkar, satqınçılıq fəaliyyətinə görə həbsdə olan, lakin sonradan dövlətin humanizm prinsiplərindən yararlanaraq azadlığa çıxan erməni aşiqi Eynulla Fətullayev artıq "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktorluğunu etməsə də, bu gün o daha betər işlə, jarqon ifadəsi ilə desək, "səydullalıq"la məşğuldur. Mən bu gün "səydulla" ifadəsi haqqında uzun-uzadı danışmaq istəməzdim. Çünki bu barədə danışsam, əsas mövzudan kənara çıxa bilərəm. Ona görə də düşündüm ki, sadəcə "səydulla" ifadəsinin kökünə-SƏY sözünə diqqətinizi çəkim. Fəqət, burada "səy" sözünün sonrasına "dulla" ifadəsini artıqmaqla iki ifadəni bir-birinə bənzətmək istərdim. Fikir verin, Eynulla və "səydulla". Maraqlıdır, elə deyilmi? Həm maraqlı, həm də uyğun...
Ancaq bu uyğunluğun haradan qaynaqlanmasına da hörmətli oxucularımızın diqqətini çəkmək istərdim. Belə ki, bu günlərdə özünü "hüquq müdafiəçisi" kimi də təqdim edən Eynulla (adıçəkilən "səydulla" hazırda "İnsan haqları uğrunda" ictimai birliyinin sədridir-R) ABŞ-da yerləşən "Jurnalistlərin Müdafiə Komitəsi"nə, "Dünya Naşirlər və Qəzetlər Assosiasiyas"ına, PEN-Kluba və "Beynəlxalq Amnistiya Təşkilatı"na müraciət ünvanlayıb. Soruşula bilər ki, bunun "səydullalığa" hansı dəxli var? Burada həmin suala cavab olaraq, demək mümkündür ki, dəxli çoxdur, hətta artıqdır.
Belə ki, ictimai birlik sədrinin xarici ictimai birliklərə ünvanladığı müraciət sən demə özü ilə bağlı deyilmiş. Yəni budəfəki müraciət "Yeni Müsavat" qəzeti ilə əlaqəliymiş. Daha dəqiq desək, bir "səydulla" digər "səydulla"ların "müdafiəsinə" qalxıb. Axı o, həbsdə olarkən, "Yeni Müsavat" "səydulla"ları da onu müxtəlif qrantlar müqabilində "müdafiə" etmişdi. Bir sözlə, atalar demişkən, uzunqulaq anqırıb, öz tayını tapıb...
Lakin baxaq görək, həmin müraciətdə nə deyilib? Məsələn, deyilib ki, guya "Yeni Müsavat" qəzeti Azərbaycanda ifadə azadlığı və söz azadlığı dəyərlərinin son təminatçılarından biridir və bu qəzetə qarşı səlib yürüşü aparılırmış (?!)
Fikir verin, "Yeni Müsavat" qəzeti hər gün istədiyi şər-böhtan yazılarını dərc edir, istədiyi insanlara, dövlət, elm və incəsənət xadimlərinə qarşı SƏLİB YÜRÜŞÜ edir. Bunun müqabilində bu qəzetə "gözün üstündə qaşın var" sözünü deyən yoxdur. Hətta dövlət tərəfindən bu qəzetin dəfələrlə külli miqdarda olan borcu silinib, bu nəşrə mütəmadi olaraq yardımlar ayrılır. Bəs nədən indiki halda Eynulla adlı "səydulla" birdən-birə xarici həmsəydullalarına ağız açıb, hönkür-hönkür ağlayır?! Hələ üstəlik deyir ki, "Yeni Müsavat"a qarşı "səlib yürüşü" aparılır?!
Digər tərəfdən, adıçəkilən SƏYDULLA bir az da qabağa gedərək, həmin xarici təşkilatlara deyir ki, bəs Azərbaycan hökumətinə beynəlxalq təşkilatların müdaxiləsi zəruri hesab olunur. Əşşi, ay "səydulla"ların ən "səydulla"sı olan SƏYDULLA Eynulla Fətullayev, Sən haranın nəyisən, zadısan ki, hələ bir nəyin zəruri olmasını vaxtilə murdar erməni dodağına yapışmış xəyanətkar dodaqlarınla (burada Qukasyanla öpüşmə səhnəsini xatırladıram-R) ifadə edirsən?!
Vallah da, billah da, bu məmləkət Eynulla Fətullayev qədər SƏYDULLA ilə rastlaşmamışdı. Amma məlumdur ki, onun kimi "anasının əmcəyini kəsənlərin" də əlbət bir gün kökü kəsiləcək və cəmiyyətdən daha bir SƏYDULLA təcrid olunacaq...