Nüşabə Sadıxova:
Liderlər döşündə xarici sancaq,
İdarə eləyir çoxunu "Qnçaq",
Hər biri cibini düşünür ancaq,
Bunlardan uzaqdı milli maraqlar.
Tofiq Yaqublu:
Demişdin ilanla yola gedirsən,
Zirvədən sürətlə nola gedirsən,
İçimizdə olub sola gedirsən,
Səni tovlayıblar bizdən qıraqlar.
Nüşabə Sadıxova:
Qərbi özlərinə zır peyk deyərək,
Dığa salamına əleyk deyərək,
Xaricə həmişə ləbbeyk deyərək,
Saqqal sığallayır saqqal daraqlar.
Tofiq Yaqublu:
Uğur qazanmadı "İP" də bu turda,
Qrant qismət olub yenə də qurda,
Ağlayıb-sıtqayan liderlər burda,
Keçmiş günlərini anıb varaqlar.
Nüşabə Sadıxova:
Sifətlər dirənib üzü divara,
Lider tənbəlliyi çıxıb civara,
Cibi boş liderlər olub avara,
Hər biri imkanlı bir boss soraqlar.
Tofiq Yaqublu:
Xaric verməyəcək heç sement belə,
Bizi xilas etməz hətta ment belə,
Heç ala bilməyək bircə sent belə,
Qorxuram çevrilə bizə yaraqlar.
Nüşabə Sadıxova:
Daim bir-birini basıb yeyərlər,
Pul üstə dostu da basıb döyərlər,
Çarpmır heç nəzərə sivil dəyərlər,
Süfrədə düzülüb saysız araqlar.
Tofiq Yaqublu:
Hələ damaqlarda qrantın dadı,
Təəssüf ki, bolluca verən olmadı,
Sivillik vücudda, ruhumuzdadı,
Burda gur yanmaqda indi çıraqlar.
Nüşabə Sadıxova:
Bizim başqanımız olubdu xitri,
Başımın üstündə ayın da bədri,
İstərdim mən olam Müsavat sədri,
İşləyər xeyrimə yəqin oraqlar.
Tofiq Yaqublu:
Atmışıq aradan çox ayıb şəxsi,
Problem daxildə qalmayıb şəxsi,
Bizdə ambisiya olmayıb şəxsi,
Bizi yamanlayır bizdən iraqlar.
Nüşabə Sadıxova:
Çoxu radikala mövqesiz deyib,
İsaya, Əliyə qoy olsun eyib,
Onları heç zaman düşündürməyib,
Dövləti maraqlar, himn, bayraqlar.
Tofiq Yaqublu:
Onları tərpətməz ən yoğun çomaq,
Hər bir ambisiya sədrlərə yamaq,
Hər lider istər ki, çəksin kef-damaq,
Yaman tez dəyişdi indi növraqlar.
Nüşabə Sadıxova:
Ötürür estafet ənənə kimi,
Yapışır qranta bir gənə kimi,
Ağır durumdaydı dünənə kimi,
Qarın doydurmaqda bu gün qıvraqlar.
Tofiq Yaqublu:
Bosslar çox demişdi bu bəyə əyil,
O, Qərbə salardı həmişə meyil,
İsanın sevdiyi vətən, xalq deyil,
Puldan ayrı salıb onu fəraqlar.
Nüşabə Sadıxova:
Pul olsa, olardı çəkic-oraqlı,
Onların hər günü viski-araqlı,
Nə Əli, nə İsa deyil maraqlı,
Qalıbdı, gedibdi yoxsa torpaqlar.
Tofiq Yaqublu:
İndi əllərində sərvət yoxsa da,
Çoxu postundadı səhv buraxsa da,
"Bəylər" tərpənməyib, çox su axsa da,
Tökülüb o vaxtdan xeyli yarpaqlar.
Nüşabə Sadıxova:
Bossdan alınacaq barat çoxalır,
Mənlik yoxsullaşır, arat çoxalır,
Ambisiya artır, irad çoxalır,
Gözlərində bir dağ düzlər-irmaqlar.
Tofiq Yaqublu:
Hamıda hər şey var, üzündən başqa,
Hər şeyini verər gözündən başqa,
Sevməz təmtəraqdan, özündən başqa,
Bosslar pul verməsə, dönüb cırmaqlar.
Nüşabə Sadıxova:
Qıfılı itirmiş paslı açardı,
Pul görsə, bosslara doğru qaçardı,
Hər lider cibini geniş açardı,
İstərdi pul vursun sulu şırnaqlar.
Tofiq Yaqublu:
Deyirlər gedirik birgə zəfərə,
Acdılar, meyil edir hər biri zərə,
Beş sent basdırsaydı boss möhkəm yerə,
İşə salınardı dərhal dırnaqlar.
Nüşabə Sadıxova:
Yemək də az yeyir, dişi olsa da,
İşləmir çoxusu, işi olsa da,
Liderlərin çoxu kişi olsa da,
Zərifdi zəhmətdən uzaq barmaqlar.
Tofiq Yaqublu:
İtirib liderlər boss dartımını,
Sədr də göstərmir öz artımını,
İşə verdiyindən Qərb yardımını,
Artıb-çoxalardı qrant sormaqlar.
MİRZƏ QƏRƏNFİL