PDF Oxu

Köşə

  • 3 877

Əvəz Zeynallının aqibətinə görə “subaşına” getməyə “qorxan” amerikalı Nina...

Əvəz Zeynallının aqibətinə görə “subaşına” getməyə “qorxan” amerikalı Nina...

"Xural" qəzetinin reket baş redaktoru, pula görə mənliyini də satmağa hazır olan (amma onda satmağa daha heç nə qalmayıb, çünki mənliyini də, şərəfini də namusunu da çoxdan satıb, hətta üzərindən su da içib-R.) Əvəz Zeynallı görmədiyi günlərə düşüb. "Xural"ın baş reketinin görmədiyi günlərdən biri həbsxanadır ki, hazırda böhtan, şantaj və rüşvət əməllərinə görə üç aylıq həbs cəzası alıb və qarşıda onu haqlayacaq 12 illik həbs cəzasının qara-qorxusunu çəkir. Daha bir görmədiyi gün isə, onun kimi şantajçılara açıq- aşkar dəstək verən, siyasi sifarişlər əsasında fəaliyyət göstərən beynəlxalq təşkilatın "narahat" olmasıdır. Və əslində, bu kimi "narahatçılıqları" gördüyüm zaman, ağlımda sual yaranır ki, görəsən, belə təşkilatların işləri-gücləri ancaq şərəfsizlərə görə "narahat" olmaqdanmı ibarətdir?

Məsələ ondadır ki, həmin beynəlxalq təşkilat-mərkəzi Nyu-Yorkda yerləşən "Jurnalistləri Müdafiə Komitəsi" bəyanat yayıb ki, bəs "Ə.Zeynallının həbsindən narahatdır və Azərbaycan hakimiyyətini jurnalisti dərhal azad etməyə çağırır" və s...

Birincisi demək lazımdır ki, mərkəzi Nyu-Yorkda yerləşən "Jurnalistləri Müdafiə Komitəsi", axı sənin nə azarına qalıb ki, haranınsa reketinə görə bu qədər "narahat" olursan, hələ üstəlik, qabağa gedib Azərbaycan hakimiyyətinə çağırış edirsən ki, dərhal həmin dılğır reketi azad etsin?! Vallah, əgər bir dılğır reketə görə, özünə hörmət "qoydurmaq" istəyən təşkilat "reputasiyasını" bu qədər alçaldırsa, demək, nə həmin təşkilat "Xural" qəzetindən, təşkilat təmsilçiləri də Ə.Zeynallıdan qətiyyən fərqlənmirlər. Çünki onların özləri də şərəf və mənliklərini pula-paraya satan şəxsiyyətsizlər toplumudurlar.

Məsələn, adıçəkilən "komitə"nin Avropa və Orta Asiya üzrə proqram koordinatoru (mən deyərdim, Avropa və Orta Asiya üzrə REKET koordinatoru-R.) Nina Ogianova Ə.Zeynallının həbsindən "qorxduğunu", hətta gecələr yata bilmədiyini, hətta subaşına çıxa bilmədiyini deyir: " Biz qorxuruq ki, Ə.Zeynallı və onun "Xural" qəzeti müstəqil yazılarına görə cəzalandırılıb. O, azad edilməlidir".

Məncə, Avropa və Orta Asiya reketlərinə görə gecə-gündüz yata bilməyən Nina bu qədər narahat olmamalıdır. Ən azından ona görə ki, Ə.Zeynallı adlı dılğır reket ömrü boyu müstəqil yazı-filan yazmayıb. O öz reket ömrü boyu yalnız şantajçılıqla, qara yaxmaqla, böhtan piarları ilə, həmçinin, pula görə "ana əmcəyi kəsməklə", sifarişli yazılar yazıb, nəticədə də layiqli yerini tapıb. Onun bundan sonra daha 12 il fikirləşmək imkanı ola bilər. Nina Ogianovanın isə, yəqin ki, Ə.Zeynallıya görə öncə üç ay, sonradan isə 12 il "qorxu" içində yaşaması elə də inandırıcı görünmür. Qorxub-eləməsin, gəlsin və görsün ki, Azərbaycanda hələ heç kim, heç bir jurnalist müstəqil fikir yazmağı ilə həbs olunmayıb!

Digər xəbərlər