PDF Oxu

Köşə

  • 2 671

“Xural”ı atdım xarala...

“Xural”ı atdım xarala...

Əhməd Oruc:


Oldu cəmiyyətdə illət sevgisi,

Reketçilik oldu millət sevgisi,

Əvəz Zeynallının dövlət sevgisi,

Millətə hörməti hayanda qaldı?!


Əvəz Zeynallı:


Diqqət cəlb eylədim öz zavalımla,

Maraqdan uzağam bədxah halımla,

Düşdüm ayaqlara öz "Xural"ımla,

Qohum-əqrəbalar ziyanda qaldı.


Əhməd Oruc:


Olub redaksiyan dönər ocağı,

Yandıran deyilsən sönər ocağı,

Yerin cəhənnəmin isti bucağı,

Qazancın qaynar qır tiyanda qaldı.


Əvəz Zeynallı:


Çoxları xaricdə, yal qazanırlar,

Reytinq qazandıran xal qazanırlar,

Bu otla xaricdə pul qazanırlar,

İştaham yabanı biyanda qaldı.


Əhməd Oruc:


Haramın faizi çoxdu mayanda,

Gözün də doymadı qarnın doyanda,

Faydalar, xeyirlər qaldı bu yanda,

Vurduğun ziyanlar o yanda qaldı.


Əvəz Zeynallı:


Qazanc gətirməkdə mənə "Xural"ım,

İstərəm ki, pulu ölkədə alım,

İçki güzəranım, pul idealım,

Sərxoşluq xumarı piyanda qaldı.

Əhməd Oruc:


Hər tində ayağın dəydi min daşa,

Əməlin ölkədə gəlmədi xoşa,

Məmurlar çıxardı əlini boşa,

Qazanc çirkli pulu yuyanda qaldı.


Əvəz Zeynallı:


Gərginlik bir əsəb tarımlarında,

Narahatlıq oldu durumlarında,

Borcunsa öz həmkar qurumlarında,

Ayağın altını oyanda qaldı.


Əhməd Oruc:


Məramın, məqsədin dağıldı yerə,

Planın pozulub qaxıldı yerə,

"Xural"ın xar olub yıxıldı yerə,

Əzəmət dağında, qaynada qaldı.


Əvəz Zeynallı:


Töküldü başımdan pullar-paralar,

Dollar görən kimi çöhrəm saralar,

Qaysaq bağlamadı açıq yaralar,

Qəlbində özülü qoyanda qaldı.


Əhməd Oruc:


Həyəcandan düzdə maral saraldı,

Əvəzi görəndə xaral saraldı,

Xarala atılan "Xural" saraldı,

Vurduğu zərər də duyanda qaldı.

Əvəz Zeynallı:


Mən neçə porsiya pay, linç itirdim,

Qapandı gözlərim, inanc itirdim,

Reketçilik edib qazanc itirdim,

Gəlir təşviqata uyanda qaldı.


Əhməd Oruc:


Reketi dəf etmək tam qəti oldu,

Damaqda çox cüzi ləzzəti oldu,

Pullar başqasının qisməti oldu,

Əziyyət Əvəzdə-soyanda qaldı.


Əvəz Zeynallı:


Qazanc yeri təzə, qənimət təzə,

Damaq-dodaqlarda daim mey-məzə,

Əvəzlər yollandı gedər-gəlməzə,

Üstünlük onlara qıyanda qaldı.


Əhməd Oruc:


Nəhsə yuvarlanar əmi, xalalar,

Sənin kimi çoxu susub-malalar,

Həyatda ən qorxunc dərdlər-bəlalar,

Sənin tək ilanda-çayanda qaldı.


Əvəz Zeynallı:


Qəzetim çox şeyi boyat çıxartdı,

Zeynallı soyadım soyad çıxartdı,

"Xural"ım saraldı, pis ad çıxartdı,

Ağrılar-acılar həyanda qaldı.

Əhməd Oruc:


Həmişə dayandım səbrim daralı,

Reketçilikdən qaç, dayan aralı,

Saraldıb həmişə "Xural" xaralı,

Sənin oğurluğun mayanda qaldı.


Əvəz Zeynallı:


Sən də bu mövzuda, danışma, yetər,

Mənim ruzumuda yetirər Qədər,

Sənin "Azadlığ"ın "Xural"dan betər,

Bu nəzər "DUİ"-nə qıyanda qaldı.


Əhməd Oruc:


Sənin əməlinə gülürəm qas-qas,

Əyninə dar gəldi geydiyin libas,

Sənin "Xural"ını çulğadı iflas,

Papağın mıxlanıb payanda qaldı.


Əvəz Zeynallı:


Neyləyək, su axır cırıqdı kisə,

Odur ki, "Xural"la gedirəm kəsə,

Səndən qisas almaq istəyi isə,

Haqlı məmurlarda, əyanda qaldı.


Əhməd Oruc:


Seli yarıb keçdin, alova çıxdın,

Kabab bəyənməyib, plova çıxdın,

Sən özün "Xural"la çox ova çıxdın,

Qənimət səndə yox, doyanda qaldı.


Əvəz Zeynallı:


Hər bir zəhirmarı içdi "Xural"ın,

Pulu zəmi kimi biçdi "Xural"ın,

Reket hücumuna keçdi "Xural"ın,

Onun zənguləsi Ayanda qaldı.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər