PDF Oxu

Köşə

  • 1 053

“Əli Kərimov olmasaydı, müxalifət olmazdı”

“Əli Kərimov olmasaydı, müxalifət olmazdı”

Xaliq Bahadır:


Yeni kürsüsündə o, düz söz yazıb,

"Facebook"a onu o, gündüz yazıb,

Güləhmədin oğlu Natiq düz yazıb,

Yeganə radikal lider Əlidir.


Əli Kərimov:


Qaldım qarşısında çox əziyyətin,

Natiqə post verdim, olmadı mətin,

İdeoloji iş Xaliqçün çətin,

Məni postdan qovan xalis dəlidir.


Xaliq Bahadır:


Artıq qapamısan "Yurd"da girişi,

Səni cəlb eyləyir bossun görüşü,

Beynində boşalır "Xəzan yürüşü",

Səni dingildədən payız yelidir.


Əli Kərimov:


O, heç vaxt ifrata olmadı dayaq,

İsanı lider tək az edin bayraq,

Başınız üstündə mən olmuşam dağ,

Sizləri aparan dağın selidir.


Xaliq Bahadır:


Tezliklə bürüyər al qan postunu,

Onun dəbdəbəsiz, "siqan" postunu,

Deyəsən, atacaq başqan postunu,

Artıq İsa bəyin gəlhagəlidir.


Əli Kərimov:


Şübhə yox, İsanın başı xarabdı,

Batareyasının daşı xarabdı,

Postunu atırsa naşı, xarabdı,

Yəqin ki, yazığın gətirmir əli.


Xaliq Bahadır:


Onu təhdid edib ömürlük gic baxt,

Üzünə gülübdü onun da gec baxt,

Bu adam obyektiv olmayıb heç vaxt,

İsa postdan getsə, əsil ölüdür.


Əli Kərimov:


Yediyi suxarı, bir də ki, kilkə,

Çevrilib olubdu son vaxtlar kölgə,

Başqanlıq postundan getməzdi bəlkə,

Əyilən bədbəxtin əyri belidir.


Xaliq Bahadır:


İki dənə badam, bir cür qozdu bu,

Bizi qarsıyacaq qatı tozdu bu,

Müsavatdaxili psixozdu bu,

Əli əleyhinə düşmən felidir.


Əli Kərimov:


Hər badalaq alan yıxıla bilər,

Bizim "Yurd" bir anda dağıla bilər,

Müsavatda hamı boğula bilər,

Bu, Baykaldan böyük Xəzər gölüdür.


Xaliq Bahadır:


Başa çatmayıbdı burda dava, cəng,

Üzvlər İsanı eyləyirlər dəng,

Müsavatda solğun görünməkdə rəng,

"Yurd" Əli narıncı ifrat gülüdür.


Əli Kərimov:


Onun dözümsüzdü neçə adəti,

Xaça meyil onda olduqca qəti,

Başqanın sifəti Məsih sifəti,

Onu pis göstərən acı dilidir.


Xaliq Bahadır:


Bəzən də işləri Qərbdə əyirlər,

Son vaxtlar qorxubdu İsa, deyirlər,

İsa mesajında çoxdu xeyrlər,

Əlinin dilində ancaq bəlidir.


Əli Kərimov:


Bəzən xaç arayır, bəzən də türbə,

Reputasiyasına vurubdu zərbə,

Pis cəhət İsanın Nyu-Yorka, Qərbə,

Mütəmadi tərzdə gedi-gəlidir.


Xaliq Bahadır:


İsa zaman-zaman olmaqda girdə,

Əlidəki qüvvə heç yoxdu şirdə,

İsa lider kimi ikinci yerdə,

"Yurd" Əli ifratın güclü kəlidir.


Əli Kərimov:


Onun başındakı yüngül çalmadı,

Sədr kürsüsündən bir kam almadı,

Hətta otuz il də başqan olmadı,

Diriykən ölübdü İsa, ilidir.


Xaliq Bahadır:


Doldurub quruma hər cür naşını,

Qaraltdı gözünü, cırdı qaşını,

İsa öz əliylə kəsdi başını,

Başına tökülən süqut külüdür.


Əli Kərimov:


Cırılmağa layiq İsadakı əng,

Nahamar çıxışı bizi edib dəng,

Əlbəttə, meydanda mən azman nəhəng,

İsa nəhənglərin adi dölüdür.


Xaliq Bahadır:


Əli bəy təkədən alıbdı gücü,

İsa qarşısında dılğır bir keçi,

Təlatüm içində qurumun içi,

Ürək bulandıran "İP"-in çölüdür.


Əli Kərimov:


Bosslar ancaq mənə olarlar dayı,

Başqan tülküdüsə, Əli bir ayı,

İsanın meydanı dayaz dağ çayı,

Mənim ambisiyam Misir Nilidir.


Xaliq Bahadır:


Qərb Müsavat ilə açıb bazarı,

Boss ona yönəldib sərvəti-varı,

İsanın istefa haqda qərarı,

Qorxuram ki, onun yeni pəlidir.


Əli Kərimov:


Demə ki, başıboş, həm zır liderəm,

Heç kəsə bənzəməz nadir liderəm,

Radikallar içrə qadir liderəm,

İsalar yanımda gic, əfəlidir.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər