PDF Oxu

Köşə

  • 1 693

Pənah Hüseynov “politoloji bilik” dağarcığı kimi

Pənah Hüseynov “politoloji bilik” dağarcığı kimi

Tahir Kərimli:


Xarici not üstdə köklənib avaz,

Az danış, siyasi mövzuda az yaz,

Qabarmaz sinəni az qabart bir az,

Sənin kimilərin yeri tindədi.


Pənah Hüseynov:


Siyasi mətləbdən bəhs etmə, qağa,

Əgər yığmamısan bilik tabağa,

Heç kəs qoy deməsin məndən qabağa,

"Politoloji elm" ancaq məndədi.


Tahir Kərimli:


Artıq heç deyilsən ceyil, ay Pənah,

Sən "İP"-ə az gəl et meyil, ay Pənah,

Qazanc siyasətdə deyil, ay Pənah,

Pul yas yerindədi, həm də dindədi.


Pənah Hüseynov:


Özüməm radikal zirvə mərkəzi,

Məndədi erməni kirvə mərkəzi,

Mənəm ideyalı qüvvə mərkəzi,

Əlbəttə, güc ideyada, dindədi.


Tahir Kərimli:


İfrat var böyrünə dığa cəmləşir,

Radikal siyasi buğa cəmləşər,

İfrat var radikal yağa cəmləşər,

Kiminin də meyli bala, qəndədi.


Pənah Hüseynov:


Bossun göndərdiyi bəhərə sığın,

Gözün yaşaranda qəhərə sığın,

Eybi yox, sən möhkəm şəhərə sığın,

Meylim Muğanadı, doğma kəndədi.

Tahir Kərimli:


İstər AXP-də 10 kişiyə söy,

İstər dirinə döy, lap leşinə döy,

Sən hey sağ əlinlə öz döşünə döy,

Qüvvələr birliyi, meyl həpəndədi.


Pənah Hüseynov:


Qum olub Vəhdətdə tökdüyün daşın,

Vaxt olanda bir get Basqalda qaşın,

Siyasi elmdən çıxmaz heç başın,

Pənah da siyasi yönlü bəndədi.


Tahir Kərimli:


Hazırsan getməyə hərbə xaricə,

Sən vurdun ən ağır zərbə xaricə,

Bağla ümidini Qərbə, xaricə,

Tale nəsibimsə bu vətəndədi.


Pənah Hüseynov:


Xoşhal olluq, "İP"-i qucsa Vaşinqton,

Sevinərik, qucaq açsa Vaşinqton,

Bizlə əlaqədən qaçsa Vaşinqton,

Nəzərim Üsamə Laden bindədi.


Tahir Kərimli:


Bu gün biz hamımız söhbətli-sözlü,

İfrat cərgəsinə şən gələr üzlü,

Nərə də çəkmirəm mən gülərüzlü,

Sənin emosiyan qəzəb, kindədi.


Pənah Hüseynov:


Tərsinə hərlənir hələ də təkər,

Elmi əxz edərdim, getsəydim əgər,

Gedərdim, mən yəqin etsəydim əgər,

Elm Pakistanda, hindi-Çindədi,


Tahir Kərimli:


Bildim ölüsüsən araqla xaşın,

Bədnam niyyətindən barı tez daşın,

Başın dolmayıbdı keçsə də yaşın,

Aqillik başda yox, yaşda, sinndədi.


Pənah Hüseynov:


Bacarığın varsa, titulu qoru,

Zərbən güclüdürsə, silkələ toru,

Mən yeni "ideya generatoru",

Politoloq kimi bilik fənndədi.


Tahir Kərimli:


İqtidarda Qərbə olmuşdun yedək,

Xaricdən qonorar aldın beş ətək,

AXP etmədi qəbul sədr tək,

Niyyətin mənzilin olan hindədi.


Pənah Hüseynov:


Radikal yönlülər əzilib yenə,

Çox məxfi planlar çözülüb yenə,

Pivə bakallara süzülüb yenə,

Araq qədəhdədi, çaxır çəndədi.


Tahir Kərimli:


Əlində əyləncə həbin olmusan,

Xəyalın "yüksəkdə", çibin olmusan,

Özünə qapılıb, bədbin olmusan,

Sevinc həyatsevər kəsdə-şəndədi.


Pənah Hüseynov:


İnsan alır gündən, həm Aydan gücü,

Çox cəlbediciydi on meydan gücü,

Səndə ola bilməz bir şeytan gücü,

Qədim çıraqdadı qüvvə-cindədi.


Tahir Kərimli:


Səndə olan uçuş quşda olmayıb,

İlhamın da cavan yaşda olmayıb,

Sənin heç vaxt gücün başda olmayıb,

Nəzərdə tutduğun qüvvə göndədi.


Pənah Hüseynov:


Dedin zirvədəsən, ancaq alçaldın,

Tam keçid dövrünü xəyala daldın,

Özün Vəhdətinlə arxada qaldın,

Bu qara lələşin daim öndədi.


Tahir Kərimli:


Pənahın girdiyi kolu olmadı,

Sağı oldusa da, solu olmadı,

Mənəvi təkərin dolu olmadı,

Dərdin boşaldılmış qoşa şindədi.


Pənah Hüseynov:


Keçmişdə dərdi də, səri də qalıb,

İndi o, bir sümük-dəridə qalıb,

Vəhdətin Tahiri geridə qalıb,

Tahirin Vəhdəti yaman gündədi.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər