PDF Oxu

Köşə

  • 1 363

Müxalifətin mənfi imici onun siyasi intiharını qaçılmaz edir

Müxalifətin mənfi imici onun siyasi intiharını qaçılmaz edir

Mais Səfərli:


Basıb radikalı zillət, zəlalət,

Bədbin passivliklər buna dəlalət,

Müxalif durumu bassa ətalət,

Siyasi intihar qaçılmaz olur.


Qabil Hüseynli:


Radikalın kefi deyildi yaman,

Şimşəklər gurlayıb gur çaxan zaman,

Hamı yaxşı bilir qış çıxan zaman,

Hava istiləşir, bahar-yaz olur.


Mais Səfərli:


Radikal nəzərlər görür bir yeri,

O yer qəhrəman yox, Kirli Kir yeri,

Alt dodaq əyilib süpürür yeri,

Radikal qaş-qabaq açılmaz olur.


Qabil Hüseynli:


Elə zənn edirlər dönməz, uludu,

Hər biri elin yox, Qərbin quludu,

Bosslar öz puluyla örtür buludu,

Bu məqamda günəş saçılmaz olur.


Mais Səfərli:


Heç düzələn deyil, kütsə ifratlar,

Zaman ki, dayanmaz bitsə ifratlar,

Qırılmağa doğru getsə ifratlar,

Radikalı kəsən küt almaz olur.


Qabil Hüseynli:


Gülürdülər, pullar hərbdən axanda,

Ağladı hər biri zərbdən axanda,

Pullar cibişdana Qərbdən axanda,

Radikalda həvəs azalmaz olur.

Mais Səfərli:


Tutduğu kəndiri vurub kəsəndə,

Qərblə əlaqəni durub kəsəndə,

Bosslar maliyyəni xırıp kəsəndə,

Pulsuzluğun ömrü qısalmaz olur.


Qabil Hüseynli:


Radikal olmadı heç yaxşı bəndə,

Çevirmədi zəhər dilini qəndə,

Hər ifrat özünü günə verəndə,

Dollarlar ciblərə həm dolmaz olur.


Mais Səfərli:


İfrat keçmək istər giriş görəndə,

Halı fənalaşır kiriş görəndə,

Adam fərəhlənib bir iş görəndə,

Məqsədlər, məramlar tam solmaz olur.


Qabil Hüseynli:


Qapı arasında quyruq qalanda,

İştirak etmədi ifrat talanda,

İşlər fənalaşıb alt-üst olanda,

Olanlar da dönüb lap olmaz olur.


Mais Səfərli:


Ay ifrat, nə gedir qaydandan gedir,

Nə gedir iblisdən, şeytandan gedir,

Belə müxalifət meydandan gedir,

Siyasi meydanda çox qalmaz olur.

Qabil Hüseynli:


Haqqa-ədalətə çox oldu asi,

Bu gün radikalın başlayıb yası,

Molla Nəsrəddinə kim ki, abbası

Vermədi, tütəyi o, çalmaz olur.


Mais Səfərli:


Dosta bədxah tələ hörmürsə ifrat,

O, ifrat sayılmaz, hürmürsə ifrat,

Çox danışıb bir iş görmürsə ifrat,

Siyasi meydanda iz salmaz olur.


Qabil Hüseynli:


Hələ də gətirmir ifratın baxtı,

Zaman baş aşağı çevirib taxtı,

Müsəlmanam deyib, orucluq vaxtı,

Radikallar namaz da qılmaz olur.


Mais Səfərli:


İfrat çarpır gözə bir haqsız kimi,

Çarpışır yaş ötmüş nazsız qız kimi,

Pul üçün yapışır qır-saqqız kimi,

Radikal bosslara dönüb paz olur.


Qabil Hüseynli:


Radikallar üçün pis gündür nəsə,

İflasın sonluğu kəskindir nəsə,

Xaricdən qoparmaq mümkündür nəsə,

Görəndə, radikal bossa maz olur.

Mais Səfərli:


Əlbəttə, bossların qaralır qanı,

Radikal "bəylər"in isinmir canı,

Radikal doldurur cibişdanını,

Nə qədər alsalar, yenə az olur.


Qabil Hüseynli:


İmic enişini görk eyləyirik,

Siyasi süqutu dərk eyləyirik,

Bizlər bossumuza ərk eyləyirik,

Bunun yumşaq adı, sözsüz, naz olur.


Mais Səfərli:


Bosslar ifratları diş-diş görməsə,

Siyasi iflası gərdiş görməsə,

Radikal, ətövbə, bir iş görməsə,

Bossun qabağında dönüb qaz olur.


Qabil Hüseynli:


İmic azalırsa, kütləyə əhsən,

Radikaldı bossun üstündə əsən,

Əlidən, İsadan nə istəyirsən?

Onların başları keçəl, daz olur.


Mais Səfərli:


Bossun ciblərinə qonub büzüşsə,

Mənfi imiclərdən donub büzüşsə,

Kim həqiqi sazın sehrinə düşsə,

Sözsüz, onun kefi dönüb saz olur.


Qabil Hüseynli:


Radikal xaricin girinə düşür,

Siyasi ölümün mehrinə düşür,

Kim ki, gitaranın sehrinə düşür,

Bunun nəticəsi, sözsüz, caz olur.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər