PDF Oxu

Köşə

  • 1 285

Müsavatda əvəzedilməz funksioner yoxdur

Müsavatda əvəzedilməz funksioner yoxdur

Arif Hacıyev:


Sifəti o köntöy çillər qocaldıb,

Səni kütlə, sizi ellər qocaldıb,

Məni də, onu da illər qocaldıb,

Məndən müdir çıxmaz, İsadan başqan.


İsa Qəmbərov:


Dərsimi veribdi Berklilər, Bekon,

Sərsəm təklifindən qoxur kor zakon,

Səndən başqan çıxmaz, məndən "vor zakon",

Eybi yox, türmədə çatlayar qaşqan.


Arif Hacıyev:


Gedirsən, yükünü tezcə bükmələ,

Çox boss qabağında olmusan kölə,

Bu qoca vaxtında çox da yükləmə,

Bossun bol yükündən qırılar taçkan.


İsa Qəmbərov:


Zövq aldım Kurilin yosun rublundan,

Jirinovski kimi bossun rublundan,

Doymadım dollardan, rusun rublundan,

Bol dram göndərər məniçün İşxan.


Arif Hacıyev:


Təəssüf, xəyalın qaz almaqdadı,

Rəngin-ruhun qaçıb, sozalmaqdadı,

Yürüş-mitinqlərin azalmaqdadı,

Küçə-meydanlarda çoxalır toçkan.


İsa Qəmbərov:


Avazın yaxşısa əzanı çək gəl,

Nəşə göndərərəm, dozanı çək gəl,

A zalım, barı get cəzanı çək gəl,

Əlindən alındı, nəhayət, ruçkan.

Arif Hacıyev:


Gələcək bir lider sənin adda yox,

Sənin bərabərin bu həyatda yox,

Burda həqiqət var, Müsavatda yox,

Vallah, keçməyəcək gəldiyin paçkan.


İsa Qəmbərov:


Başın dəyəcəkdi daşa, yeməkdən,

Axırda edərsən haşa yeməkdən,

Qarnın cırılacaq kaşa yeməkdən,

Türmə xörəyilə dolacaq loşkan.


Arif Hacıyev:


"İP"-lə "Altılar" tək çox tayfa deyir,

Bunu Müsavatda hər qafa deyir,

Yetkililər xorla istefa deyir,

Yəqin ki, rütbəndə artacaq lıçkan.


İsa Qəmbərov:


Səni xəyallara yaz daldırarlar,

Xeyli sıradarlar həm soldurarlar,

Göstəriş verərəm tez doldurarlar,

15-20 günə boşalsa boçkan.


Arif Hacıyev:


İşimi əl altdan yastı tutaram,

Səndənsə, düşməni-dostu tutaram,

Özüm gəlib sədr postu tutaram,

İnşallah, tezliklə boşalar lojkan.

İsa Qəmbərov:


Türmədə xəyala dalasan səni,

Cəzanı lap on qat alasan səni,

Türmədə ömürlük qalasan səni,

Bol salam göndərir sənə kroşkan.


Arif Hacıyev:


Sənin istefana il-gün də keçmir,

Daşı mum eyləyən gözün də keçmir,

İndi qocalıbsan hökmün də keçmir,

Əlindən düşübdü kompüter mışkan.


İsa Qəmbərov:


Məni sən tək göydən məhrum ediblər,

Türmədə hər şeydən məhrum ediblər,

Orda səni meydən məhrum ediblər,

Bilirəm, türmədə dolmur krujkan.


Arif Hacıyev:


Təsəvvür yaratdın ki, bal-yağsan çim,

Oldun Qaraqulaq, həmçinin, Ağ Bim,

Onu sənin üçün qaldırmaz heç kim,

Tezliklə başından düşər furajkan.


İsa Qəmbərov:


Bişmişin yanıbdı, çiyin qalmayıb,

Artıq Müsavatda iyin qalmayıb,

Dərinin altında piyin qalmayıb,

Dərinin üstüylə gedir murajkan.

Arif Hacıyev:


Sənin də işlərin tam fırıq çıxdı,

Tale nəsibim də lap qırıq çıxdı,

Qurban bayramında çox arıq çıxdı,

Ələ də gəlmədi sənin barajkan.


İsa Qəmbərov:


A səfeh, qabağa sizi kim dartıb?

Sizin hamınıza nifrətim artıb,

Səni üsulluca mənə qabardıb,

Sənin o eybəcər sarsaq drujkan.


Arif Hacıyev:


Səni bizim yumruq və tiyə gömdü,

Bədxah niyyət bizi dürməyə gömdü,

Məni və bizləri türməyə gömdü,

Sənin yaltaqlanan qoca duraşkan.


İsa Qəmbərov:


Daim cin atına məni mindirir,

Yönümü süquta düz yönləndirir,

Məni də həmişə çox cinləndirir,

Özünə oxşayır o kobud çuşkan.


Arif Hacıyev:


Türemşik qoxusu çıxır içindən,

Hələ ki, vaxt-bivaxt küt gedir kündən,

Biz möhkəm durmuşuq, qorxmuruq səndən,

Çətin silkələsin bizləri puşkan.


İsa Qəmbərov:


Ömrün də payızın selləri kimi,

Aqibətin xəzan yelləri kimi,

Sənin öz ömrünün illəri kimi,

Azalmağa doğru getməkdə kuçkan.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər