PDF Oxu

Köşə

  • 1 162

Erməni mətbuatı “Azadlıq”  jurNADÜRÜSTlərinə qonorar ödəyir

Erməni mətbuatı “Azadlıq” jurNADÜRÜSTlərinə qonorar ödəyir

Belə bir şey heç harada görünməyib, heç yerdə eşidilməyib! Və həmin belə bir "şeyin" adı "Azadlıq" qəzetidir. Həmin "Azadlıq" qəzeti ki, ona hazırda qəzet deyil, sadəcə, işlənmiş tualet kağızı desək, daha düzgün olardı. Bəs niyə məhz işlənmiş tualet kağızı? Məgər işlənməmiş kimi qələmə verilsəydi olmazdımı? Görünür ki, olmaz. Çünki bir "qəzet" ki, düşmən dövlətə işləyirsə, müqabilində düşmən dövlətindən kifayət qədər qonorar alırsa, həmin "qəzetə" daha hansı başqa adı vermək olar?!

Heç kimə sirr deyil ki, özlərinə müxtəlif cür pafoslu adlar qoşan, özlərinə məxsus və özləri kimi cır-cındırları "xalq qəhrəmanı" elan edən bu kimi kağız parçaları nəinki işlənmiş tualet kağızları hətta ağzıyırtıq aftafa təsiri də bağışlayırlar. Belə ki, olmayan problemləri belə şişirdərək, onları "real hadisə" qismində erməni mətbuatına sızdıran "Azadlığ"ın jurNADÜRÜSTləri, təbii ki, qarşı tərəfdən bir xeyli mükafatlar alırlar. Yəni yalanlarını, nadürüstlüklərini "doğru" edib, göndərirlər hayk qardaş-bacılarına, onlar da azdan-çoxdan, beş-on dollar düzəldib ermənisevər "azadlıqçılara" maaş ödəyirlər. Qəzet dili ilə desək, qonorar paylayırlar. Nəmxuda "Azadlıq" jurNADÜRÜSTləri də həmin pulları aparıb yedirdirlər öz yaxınlarına. Çünki Azərbaycanın çörəyi onların boğazlarından keçmir, həzm rabeələrində ilişib qalır. Çünki onlar daim DIĞA ÇÖRƏYİ yeməyə alışıblar. O qədər alışıblar ki, hətta həmin çörəyi yeməkdən ötrü özlərini erməni altına atamağa belə hazırdırlar.

Bu gün Ermənistanın iqtidarlı-müxalifətli bütün mətbu orqanları bilavasitə "Azadlığ"-dan bəhrələnərək, onun yazılarını işıqlandırır. Təki erməniyə sərf edən yazı olsun ki, həmin yazını Azərbaycanın əleyhinə işlətsin. "Azadlıq" isə bütün bu işlərdə erməni mətbuatına nökərçilik etməyə daim hazırdır.

Bu gün "Azq", "Azat Hayastan" kimi erməni qəzetlərinin elektron versiyalarına, "Reqnum" və bu kimi digər erməni informasiya agentliklərinə nəzər saldıqda, sanki "Azadlıq" adlı işlənmiş tualet kağızının erməni və rus dillərindəki tərcüməsini görürsən. Görürsən ki, erməni jurNADÜRÜSTləri heç də "Azadlıq" jurNADÜRÜSTlərindən fərqlənmirlər. Ona görə də "qarşılıqlı anlaşma şəraitində" iş birliyi qururlar. Hətta o da məlumdur ki, "Azadlıq"ın baş "xötəyi" Qənimət Zahid Fransada olarkən orada "Reqnum" agentliyinin erməni nümayəndələri ilə görüşərək, onlarla birlikdə restoranların birində yeyib-içib. Sonra da onlara təklif olaraq bildirib ki, "Azadlıq" qəzetinin elektron versiyasından istifadə edilsin, lakin "Azadlığ"a istinad olunmasın (?!)

Yaxşı, bu cür biqeyrətçiliyə başqa hansı adı vermək mümkündür? Bax, ona görə də bu gün "Azadlıq" adlı tualet kağızının satılmış yozanlarına (yazanlarına deyil, YOZANLARINA!) jurnalist deyil, JURNADÜRÜSTLƏR desək, daha haqlı olmazdımı? Əlbəttə ki, olardı. Bəlkə yaxın ərəfələrdə onlara yeni ad da düzüb qoşulacaq. Ancaq bu ad, hələlik, sirr olaraq qalsın...

Digər xəbərlər