PDF Oxu

Köşə

  • 1 173

Qrant almaq məqsədilə radikallar özlərini fəal göstərməyə cəhd edirlər

Qrant almaq məqsədilə radikallar özlərini fəal göstərməyə cəhd edirlər

Qabil Hüseynli:


Qərb bizi süst görsə, yazar qeyiblər,

Deyər hamınıza olsun eyiblər,

İsa bəy, Əli bəy şəxsən deyiblər,

Çoxlu qrant allıq biz fəal olsaq.


Əli Orucov:


Onlar Qərb önündə oynamaqda rol,

Pul ver sağa dönsün, pul ver getsin sol,

Bizə çəp baxarlar tutsaq başqa yol,

"İP" də dəstəkləyər radikal olsaq.


Qabil Hüseynli:


Bizə kömək edər İran, Rusiya, Çin,

Kütləylə keçərik biz minlərlə tin,

İxrac etməliyik hiddət, qəzəb, kin,

Xaric qiymət verməz, mağmın, mal olsaq.


Əli Orucov:


Heç "İP" də bizlərə tor hörə bilməz,

Tutan it də olsa, heç hürə bilməz,

Radikal qüvvələr iş görə bilməz,

Bizlər işimizdə ideal olsaq.


Qabil Hüseynli:


Xaricə yan allıq xoş səfər kimi,

Avro, dollar allıq xalis zər kimi,

Hay-küy salmalıyıq bir nəfər kimi,

Real dəstək verər Qərb, real olsaq.


Əli Orucov:


Nikbin səmimiyyət bizimçün ulu,

Dəf etməliyik biz İsa tək nolu,

Bizimçün deyildir, onların yolu,

İfratlar uduzar, xoş iqbal olsaq.

Qabil Hüseynli:


"İP" də, Müsavat da qəfəsdən uzaq,

Durmarıq xarici nəfəsdən uzaq,

Gəzməli Sərdardan, Əvəzdən uzaq,

Radikal olmarıq biz İqbal olsaq.


Əli Orucov:


Heç xaric də yumaz bu cür babalı,

Mərəzə tutulmuş bəylər vəbalı,

Yük yüklərlər olsaq saman çuvalı,

Gələn dınqıldadar boş qaval olsaq.


Qabil Hüseynli:


Bosslar xoşlayarlar Qərbə sürünsək,

Çadır göndərərlər şala bürünsək,

Çox az qazanarıq sağlam görünsək,

Qərbdə pul yığarlar biz topal olsaq.


Əli Orucov:


Qoyub başımıza tac qardaş kimi,

Verərlər bizlərə bac qardaş kimi,

Məhəbbət göstərər Rac qardaş kimi,

Onunçün biz sadiq dost-Qopal olsaq.


Qabil Hüseynli:


Qısa vaxtda real bir mif eyləyək,

Xarici biz neftlə təltif eyləyək,

Ölkə sərvətini təklif eyləyək,

Bir təpik vurarlar, boş çuval olsaq.

Əli Orucov:


Komiklik çatışmaz sırf dram olsaq,

Pisdi, Qərb gözündə biz qram olsaq,

Yaxınlaşan olmaz tam haram olsaq,

El bizi dəstəklər, biz halal olsaq.


Qabil Hüseynli:


Qərbə göməcəkdi ciyərlər bizi,

Qərb gözündən salıb dəyərlər bizi,

Başqa formalarda əyərlər bizi,

Əsla, əyilmərik biz oval olsaq.


Əli Orucov:


Güllə açılmazdı, giliz olmasaq,

Zülmət gizlənməzdi, gündüz olmasaq,

Bizdən yan qaçarlar, biz düz olmasaq,

El bizə qısılar, saf mahal olsaq.


Qabil Hüseynli:


Bizi incitməzdi polis-ment belə,

Xaric göndərməzdi bircə tent belə,

Əsla, qazanmazdıq bircə sent belə,

Bədxah, paxıl, qanmaz, cığal olmasaq.


Əli Orucov:


Dağı parçalardı göz babalımız,

Keçərsiz olardı söz babalımız,

Əsla, yuyulmazdı öz babalımız,

Bədxahlar üstündə babal olmasaq.

Qabil Hüseynli:


Bizi görən rəqib odda yanardı,

Xaric də, daxil də bizi danardı,

Bizim sözümüzə kim inanardı?

Qərbdən əllərinə sığal olmasaq.


Əli Orucov:


Radikal havada buludlar qatı,

Burda kara yetmir, əsla, bayatı,

Dərk etmək vacibdi gerçək həyatı,

Dözmərik, obyektiv sual olmasaq.


Qabil Hüseynli:


Bizə yardım edər bir vaxt Çin özü,

Tale həmkarımız şeytan, cin özü,

Bizləri sinirməz xaricin özü,

Kiməsə dərd, azar, məlal olmasaq.


Əli Orucov:


Dolları, avronu qoxuyarıqmı?

Radikala tələ toxuyarıqmı?

"Nərgizim" mahnısı oxuyarıqmı?

Səsi məlahətli Bilal olmasaq.


Qabil Hüseynli:


Çağırıb Obama Nyu-Yorka xaşa,

Əl ata bilmədi, düzü, "İP" Buşa,

Yəqin yem olmuşduq çoxdan qurd-quşa,

Özümüzdən razı, naxal olmasaq.


Əli Orucov:


"İP" öz işlərini görür kal kimi,

Əməli olmasa əsla bal kimi,

Çıxdaş edilərik, yerli mal kimi,

Tezliklə xaricə idxal olmasaq.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər