Əli Kərimov:
Töhfəm var sınaql, sirli maq üçün,
İsanın qəlbinə çəkmək dağ üçün,
Müsavatı içdən dağıtmaq üçün,
AMİP-"VİP" variantı ilk planımdı.
İsa Qəmbərov:
Öldürmədik, əvvəl çox gəzdi bizdə,
Çünki bir qurtum su içməzdi bizdə,
Əli variantı keçməzdi bizdə,
Məni qoruyanlar öz klanımdı.
Əli Kərimov:
Rəqibçün qapqara lövhələrim var,
Müsavata yeni "töhfələrim" var,
İsa üçün böyük fitnələrim var,
Dalda sürüdüyüm öz palanımdı.
İsa Qəmbərov:
Əlini göndərdim məhvə son yerə,
Tökülüb daima qəhvə son yerə,
Dağıldı bir zaman cəbhə on yerə,
"Yurd"u parçalayan bəd yalanımdı.
Əli Kərimov:
Lovğa dayanıbdı İsa Kant kimi,
Axıdaram seli lap krant kimi,
Mənim Müsavatda son variant kimi,
Bir təxribatım da sırf talanımdı.
İsa Qəmbərov:
Öz tilsimim ilə yendim çox kəli,
"Yurd" şefi felimlə olubdu dəli,
Əlimdə qurumu dağılan Əli,
Saralıb alma tək tez solanımdı.
Əli Kərimov:
Ay İsa, məkrimlə tez çez, qoşalan,
Müsavat adicə bir bez, boşalan,
İsanı minəndə o, tez boşalan,
Yenəndə zavallı tez dolanımdı.
İsa Qəmbərov:
İflasa uğradıb günahı onu,
Dörd əllə tutubdu əclafı onu,
Nifrətlə tərk edir ətrafı onu,
Əli tərəfimdən beh alanımdı.
Əli Kərimov:
Xaricdə-daxildə bilinmir qədri,
Bossları götürüb üstündən çətri,
O qədər bədxahdı Müsavat sədri,
Hamı ona deyir ki, filanımdı.
İsa Qəmbərov:
Süfrəmdə kişnəyən qulamım olub,
Mən qatır olanda, palanım olub,
Əli bəy saksafon çalanım olub,
İndi də yanımda dəf çalanımdı.
Əli Kərimov:
Hamı bilir Əli batırxislətdi,
Həmkarım daha çox qoturxislətdi,
İsa bəy atdan çox, qatırxislətdi,
O, dayça timsallı bir qulanımdı.
İsa Qəmbərov:
Belələri dolu çöllər-zəmilər,
Maşınlarla dolu, dolu gəmilər,
Yanımda-yörəmdə Əli kimilər,
İtinətök həddə, həm kalanımdı.
Əli Kərimov:
Rəqib cinahını tam haçalamaq,
İsanı postunda həm yaxalamaq,
Müsavatı yıxmaq, ya parçalamaq,
Nəyim var, o da var, bu, olanımdı.
İsa Qəmbərov:
Meyli uçurmaqdı yeliylə məni,
İstəyir qərq edə seliylə məni,
Əli götürərək əliylə məni,
Kədər girdabına nəhs salanımdı.
Əli Kərimov:
Qazı xeyli çoxdu, qazda gedəcək,
Pazıma keçibdi, pazda keçəcək,
İsa istefaya yazda gedəcək,
Məndən xeyli dalda mat qalanımdı.
İsa Qəmbərov:
Nə qədər büdrədim, fatihə deyib,
Arxamca danışıb, saymayıb eyib,
Atar sümüyümü ətimi yeyib,
Əli dərdə çarə həm qalanımdı.
Əli Kərimov:
Deyirəm ay Əli, dəymə topasın,
Axı uduzarsan, yoxdu zapasın,
"Yurd" Əli çox istər onu qapasın,
Açıq yollarımda o, dalanımdı.
İsa Qəmbərov:
Əlinin ümidi ancaq bu yazdı,
Qorxusu qızmar yay, qışda ayazdı,
Onun narıncıya meyli çox azdı,
Mavi xəyallara çox dalanımdı.
Əli Kərimov:
Ona qoyulubdu postda qadağa,
Başqan da iflasa getdi sadağa,
Qalmaqalda hamı getsə qabağa,
İsa dalda qalıb, saç yolanımdı.
İsa Qəmbərov:
O olub həmişə sinəsi dağlı,
Mən açmasam, olar qapısı bağlı,
Onun əlaqəsi xariclə bağlı,
Əli özümündü, əl ilanımdı.
Əli Kərimov:
Əgər qoşulmasa İsa marşıma,
Qatıb yeyəcəyəm onu farşıma,
İşdi, uğursuzluq çıxsa qarşıma,
Sığınacaq yerim öz Gilanımdı.
İsa Qəmbərov:
O adam yaz-yay yox, qış fəsli dostum,
"Yurd" Əli son günlər çox hirsli dostum,
Aram Manukunyan parisli dostum,
Ermənisevər də öz Milanımdı.
Mirzə QƏRƏNFİL