Araz Əlizadə:
İstərlər ki, avro axsın çay kimi,
Dram umur ermənidən pay kimi,
Onlar həm də düşünürlər hay kimi,
İfratların bənzəri var haylara.
İsa Qəmbərov:
Erməni dilənçi, bizlərsə bəyik,
Ola bilər bir az sərsəmik, səyik,
Müsəlmanıq, türkə bir nümunəyik,
Erməniyə bənzərimiz yox bizim.
Araz Əlizadə:
Açmaz səni əsla şöhrət, şərəf şan,
Vurulubsan dollarlara ay nadan,
Onlar ilə görüş yeri Gürcüstan,
İsa, sənin bənzərin var haylara.
İsa Qəmbərov:
Qurdalama nostalgiya yaramı,
Çox sevsək də Haykanuşu, Aramı,
Xərcləsək də avroları, dramı,
Erməniyə bənzərimiz yox bizim.
Araz Əlizadə:
Bir erməni olubsunuz vətəndə,
İmmunitet yaranıbdı bədəndə,
Londona da, Parisə də gedəndə,
İfratların bənzəri var haylara.
İsa Qəmbərov:
Yerevana bizim tək qul gərəkdi,
Belimizə qoyduğu çul gərəkdi,
Hayın bizə verdiyi pul gərəkdi,
Erməniyə bənzərimiz yox bizim.
Araz Əlizadə:
"Bit!" deyəndə, Yerevanda bitmisən,
Çağıranda Gürcüstana getmisən,
Öz dilinlə özün təsdiq etmisən,
İfratların bənzəri var haylara.
İsa Qəmbərov:
Mələkdənsə elə məlik yaxşıdı,
Bu enişdən ordakı dik yaxşıdı,
Türkçülükdən ermənilik yaxşıdı,
Erməniyə bənzərimiz çox bizim.
Araz Əlizadə:
Hay atları azdırardı ilxını,
Quyruğuna bağlayıblar çalğını,
Qoy ar olsun kim sevməsə xalqını,
İfratların bənzəri var haylara.
İsa Qəmbərov:
Haylar bizim, biz hayların gözüyük,
Dramın hər qramının üzüyük,
Elə əsil erməninin özüyük,
Erməniyə bənzərimiz çox bizim.
Araz Əlizadə:
Ümidlisiz payın dəyirmanına,
Qatıldınız xain dəyirmanına,
Su atdınız hayın dəyirmanına,
İfratların bənzəri var haylara.
İsa Qəmbərov:
Konyak içib, üstdən də yedik "pındıq",
Dram aldıq ermənidən bir sandıq,
Haylar ilə dəyirmanda "pırlandıq",
Erməniyə bənzərimiz çox bizim.
Araz Əlizadə:
Siz cumdunuz cəhənnəmin dibinə,
Erməniylə həm girdiniz kəbinə,
Hay çəkəndə göz dikdiniz cibinə,
İsa, sənin bənzərin var haylara.
İsa Qəmbərov:
Məhv edərlər geri dursaq biz əgər,
Xeyir verən iş gördürür şərə şər,
İş tutmuşam erməniyə bərabər,
Erməniyə bənzərimiz çox bizim.
Araz Əlizadə:
Haylar qarşısında durmusuz fağır,
Erməniyə xidmət etmək çox ağır,
Ay İsa bəy, gözlərindən kin yağır,
İfratların bənzəri var haylara.
İsa Qəmbərov:
Hayın qanı bənzər brat qanına,
Necə hopar dram, qrant qanına,
Ermənilik hopub ifrat qanına,
Erməniyə bənzərimiz çox bizim.
Araz Əlizadə:
Bizim ifrat şeytan, iblis ifratdı,
Onlar daim haya əziz ifratdı,
İfrat elə keçmiş xəbis ifratdı,
İfratların bənzəri var haylara.
İsa Qəmbərov:
Bu cür bədxah işi görməz bir ərən,
Vətəndaşları çox salmışıq pərən,
Hay da işverəndi, biz də işverən,
Erməniyə bənzərimiz çox bizim.
Araz Əlizadə:
Bu ifratlar nankor Qaloş ifratdı,
Sifətləri həm də padoş ifratdı,
Radikallar bir içi boş ifratdı,
İfratların bənzəri var haylara.
İsa Qəmbərov:
Cüzi pulla Qərbə dövləti satan,
Hay bir toplum, bizlər milləti satan,
O, işğalçı, bizlər sərvəti satan,
Erməniyə bənzərimiz çox bizim.
Araz Əlizadə:
Bəy ifratlar ərkə düşmən toplumdu,
Hayla ifrat görkə düşmən toplumdu,
Hay əzəldən türkə düşmən toplumdu,
İfratların bənzəri var haylara.
İsa Qəmbərov:
Çox pul alıb Qərbə satdıq sərvəti,
İstəyəndə pisləyirik dövləti,
Biz güdaza verrik haya milləti,
Erməniyə bənzərimiz çox bizim.
Mirzə QƏRƏNFİL