PDF Oxu

Köşə

  • 1 242

Əvəz Temirxan radikalları qərəzçilikdə suçlayır

Əvəz Temirxan radikalları qərəzçilikdə suçlayır

Əvəz Temirxan:


İfratlar elə bil, korla danışır,

Ölüb-öldürməklə, gorla danışır,

Hamısı bir səslə, xorla danışır,

Biri o birini eşitmir daha.


Qiyas Sadıxov:


Çox su süzəcəkdir hələ bu ləyən,

Lider olmur qəfil özünü öyən,

Elə başa düşər səni dinləyən,

Lalənin yanında az cırdın yaxa.


Əvəz Temirxan:


Qərbin hesabına yekəldir qarın,

Bossa ağız açan hamısı harın,

Bu avam və naqis qərəzkarların,

Hər biri özünü tutmaqda baha.


Qiyas Sadıxov:


Hər biri düşünür Allaha bənzər,

Əslində, müdhiş bir günaha bənzər,

Mənəm-mənəmlikdə Pənaha bənzər,

Ancaq sifətindən oxşamır toxa.


Əvəz Temirxan:


"İP"-çiyik deyirlər "Yurd"dan olsa da,

Zahirdə bir iblis, xortdan olsa da,

Hər biri adi bir "cırtdan" olsa da,

Guya bənzəri var deyirlər şaha.


Qiyas Sadıxov:


Daimi yerləri səki, çöl-bayır,

Bu bədəməl kəslər olsa da çayır,

Hər biri işini çox yüksək sayır,

Elə ver deyirlər, baxmırlar yoxa.

Əvəz Temirxan:


Çıxır başlarından soyuq buğları,

Çoxunun ömürü olubdu yarı,

Hamıya məlumdu kobudluqları,

Guya qəlbləridi nazik, çox yuxa.


Qiyas Sadıxov:


"MBH"-də taxçan, piştaxtan kobud,

Elə çoxusu da iştahdan kobud,

Onların hər biri Pənahdan kobud,

Bənzədir özünü ay üzlü şuxa.


Əvəz Temirxan:


Səndələr viskidən yüz mıxlar kimi,

Hər gün deyişirlər aşıqlar kimi,

İfrat yuyulmamış qaşıqlar kimi,

Hər biri cəhd edir başını soxa.


Qiyas Sadıxov:


Hamısı saysa da özünü kişi,

Çoxunun rəqibə batmır heç dişi,

Olmamış daimi peşəsi-işi,

Onların peşəsi kətmən, ya toxa.


Əvəz Temirxan:


O qədər çox üzdə qalmasa belə,

Meyli sabitliyə salmasa belə,

Bunları boynuna almasa belə,

Bir çoxu, nəhayət, ilişib mıxa.


Qiyas Sadıxov:


Biri o birinə vurmaqda sillə,

Bunlar qalxmaq istər bir neçə pillə,

Bircəciyini də tutmamış güllə,

Onları görüm ki, gəlsinlər oxa.


Əvəz Temirxan:


Biz elə bilirdik xərək gözləyir,

Bollu təam istər, xörək gözləyir,

Hər biri bosslardan çörək gözləyir,

Burda əlimizdən yesə də yuxa.


Qiyas Sadıxov:


Aludə olublar mala-tavara,

Pulçün dırmaşardı uca divara,

Onlar istəmirlər əsla az para,

Ətək uzadırlar ancaq ki, çoxa.


Əvəz Temirxan:


Nə yaxşı plan var, nə də layihə,

Bunların dilindən çıxmaz bəli, hə,

Birinin əməli çox olur rayihə,

Əminəm, niyyətlər üfunət qoxa.


Qiyas Sadıxov:


Xarici bosslara beyətlər bədnam,

Təşkil etdikləri heyətlər bədnam,

Məqsədlər, amallar, niyyətlər bədnam,

Belə şəraitdə cırılır çuxa.


Əvəz Temirxan:


Bunlarda faciə hər gediş-gəliş,

Əvəz vəsait tap, sonra da iliş,

Yeməkçün ağızda görünmür bir diş,

Bədnamlar damağı ilişib tıxa.


Qiyas Sadıxov:


Öz qəzəb xoduna sən gəl aram ver,

Viski içənlərə xrustal cam ver,

Zavallı, iştaha xeyli xitam ver,

Ayıbdı, toxtaq ol, həm də az tıxa.


Əvəz Temirxan:


Aldı lideriniz ən alçaq mizi,

Siz itirmədiniz, əsla, bu izi,

Bu gün bildirdiniz kimliyinizi,

Əlbəttə, kar etməz sözlər hər loxa.


Qiyas Sadıxov:


Hər biri amansız, hər biri qəsdçi,

Axtarar dəstəkçi, köməkçi, dəstçi,

Olmadı heç biri pis siyasətçi,

Bunlardan çətin ki, bir adam çıxa.


Əvəz Temirxan:


Daxili bir qüvvə tapın siz barı,

Biabır eyləyir türkü, hunları,

Paytaxt əhalisi saymır bunları,

Bu cür bədnamları bəyənməz Nuxa.


Qiyas Sadıxov:


Biri demir bura əsil vətənim,

Bu tiplərə Allah qoy olsun qənim,

Bunlar çox bədheybət, qorxum var mənim,

Bunları daxili tamahı yıxa.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər