Ölkəmizdə bir çox formatlarda fəaliyyət göstərən müxtəlif istiqamətli təşkilatlar, qurum və cəmiyyətlər olsa da onların bir çoxlarının məqsəd və məramları ictimaiyyətə bəlli olmur. Çünki təsis olunarkən bir, təsis olunduqdan sonra isə digər fikirlərə düşən bu tip ictimai biriklərin iç üzü sonradan bəlli olur. Özü də elə bir tərzdə ki, adamın lap matı-mutu quruyur. Əslində, daha dəqiq desəm, burada başqa cür, bir növ sifariş xarakterli siyasi hoqqabazlıqlar meydana çıxır və məlum olur ki, təsis olunan qurum bilavasitə siyasi mövqelərdən çıxış edir. Məsələn, buna sübut kimi xüsusən, radikal müxalifət partiyaları ilə yaxından siyasi əməkdaşlıq edən QHT-ləri, hüquq müdafiə təşikilatlarını göstərmək mümkündür.
Belə ki, qanunvericilik müddəalarına əsasən, ictimai birliklər, QHT-lər ümumiyyətlə, siyasi mövqedən kənar dayanmalıdırlar. Əgər bu müddəaları pozurlarsa, demək qanuna zidd fəaliyyət göstərirlər. Eləcə də, parlament seçkilərindən sonra xalqın etimadını qazana bilməyən bir neçə lüzumsuzların "İctimai Palata" yaratmaq arzuları arxasında sonradan daha nələrin dayanması heç kimə sirr deyil. Xatırladım ki, hələ o zamanlar deputat kreslosuna tamarzı qalan lüzumsuz, xalq tərəfindən qəbul olunmayan şəxslər "İctimai Palata" yaradaraq, orada guya "səslərini" müdafiə edəcəklərmiş. Amma sonradan nə oldu? Sonradan o oldu ki, "İctimai Palata" sırf siyasi qurum, özü də dağıdıcı və radikal qurum kimi özünü ictimaiyyətə sırımağa cəhdlər göstərdi. Ora Müsavat başqanının, AXCP (i) sədrinin birgə çaqqal, xəyanətkarlıq yuvasına çevrildi və s. Yəni 2011-də olanlar unudulmayıb.
Bundan sonra üç-beş nəfər "ziyalı"nın xaricdən gələn siyasi sifarişlər fonunda satılaraq "forum" yaratmaları da gündəmə gəldi və məlum oldu ki, sırf anti-milli, anti-dövlətçi satqın siyasi baxışlar üzərində təsis olunmuş "ziyalılar forumu" bilavasitə kimlərinsə şəxsi maraqlarına xidmət edən qurumdur. Burada ziyalılıqdan əsər-əlamət belə yoxdur. Bir də ki, xalqın özünə ziyalı hesab etmədiyi mənfurların ziyalılığa hansı aidiyyəti ola bilər axı? Onlar sadəcə ölkənin həqiqi ziyalılarının adlarını hər vəchlə batırmaqdan ötrü "forum" yaradaraq, murdar siyasət girdabına baş vurublar. Amma həmin murdar siyasətə özləri mübtəla olublar. Orda-burda iclaslar keçirərək bütün ölkə ziyalılarının adından danışmağa isə onlara heç kim, xüsusilə də, Azərbycan xalqı haqq verməyib! Və bəlkə də Ermənistan xalqı onlara hər hansı haqqı veribsə, o zaman getsinlər Yerevanın Matandaran meydanına və istədikləri qədər qarıldasınlar! Amma burada onların heç bir haqları-filanları yoxdur!
Ölkədə cərəyan edən davamlı sabitlik və inkişafı həzm edə bilməyən bu "ziyalılar" "forum" şəklində xarici qüvvələrin nökərləri kimi pis fəaliyyət göstərmirlər. Bəli, yalnız NÖKƏR kimi yaxşı, hətta mən deyərdim ki, ƏLA fəaliyyət göstərirlər. Çünki onlar yoluxucu xəstəliklərin yayıcısı olan ziyanlı gəmiricilər kimi burunlarını hər yerə soxmağa cəhd göstərirlər. Ona görə də onlar ziyalı deyil, ZİYA(N)LIDIRLAR. Çünki ən azından xalqına, millətinə, dövlətinə qarşı çıxan istənilən şəxs ZİYA(N)LIDIR!