PDF Oxu

Köşə

  • 1 269

“İP” qırılmaqdadır, “liderlər” didişməkdə

“İP” qırılmaqdadır, “liderlər” didişməkdə

Rauf Arifoğlu:


Burda hər birinin sancır dalağı,

Liderlər taxıblar kağız qulağı,

Burada eşitmir ağız qulağı,

"İP" sınıb-dağılıb, çərxi dönübdü.


Vurğun Əyyubov:


İsaya Əli də olmur sadağa,

Biri digərinə qoyur qadağa,

Heç kəsi buraxmır kimsə qabağa,

Burada çilçıraq, lampa sönübdü.


Rauf Arifoğlu:


Əlisiz, İsasız məqsədə çatdım,

Yaxşı ki, onları vaxtında atdım,

Ondan geri qalmır Əli bir addım,

Həyatın dibinə İsa enibdi.


Vurğun Əyyubov:


Yaman azalbdı, "İP"-in kəsəri,

Çoxusu ölüdü, yoxdu bir, diri,

Yerində uçunur burda hər biri,

Məlum deyil kimlər kimi yenibdi.


Rauf Arifoğlu:


Plansız qalıbdı plan deyənlər,

Filan-filan olub filan deyənlər,

"İP"-də susqun düşüb yalan deyənlər,

Burda doğru deyən yalnız dinibdi.


Vurğun Əyyubov:


Bir ləpir qoymadı özü az deyən,

Heç özü də dözmür burda döz deyən,

Burda uyuşmayıb iki söz deyən,

Biri o birini "İP"-də minibdi.

Rauf Arifoğlu:


Burda azalıbdı lider həvəsi,

Ərəbxislətlinin ölüb dəvəsi,

Kəsilməyə gedir "İP"-in nəfəsi,

Məkan dayanıbdı, zaman çönübdü.


Vurğun Əyyubov:


Əlinin, İsanın əlində giriş,

Günbəgün-aybaay qırılmaqda diş,

Burda gəl deyin az, çox deyən kiş-kiş,

İş yoxdu, "İP"-də də birinci rübdü.


Rauf Arifoğlu:


Ən cüzi ideya vurur beyinə,

Ağırlıq düşməkdə iri düyünə,

Burda hətta dişər pəri düyünə,

Burda dolaşığa düşən bir "İP"-di.


Vurğun Əyyubov:


Burda ehtiyatlı tərpəndi biclər,

Sanma ki, birləşdi qüvvələr, güclər,

Qurumu özləri dağıtdı giclər,

Hər tədbir ruhlara soyuq su səpdi.


Rauf Arifoğlu:


Bir lider burada digərni satıb,

Hər səfeh onlara bir addım atıb,

Əlbəttə, dərmanı hər lider dadıb,

Burda içirilən zəhərli həbdi.

Vurğun Əyyubov:


Burda çoxalmaqda qurbağa, bağa,

Gah sola şığıyır, kah da ki, sağa,

Biri o birini qoymaqda lağa,

Bu lider oyunu çox yaxşı dəbdi.


Rauf Arifoğlu:


Saya oturubdu təkərləri də,

Uyğun xasiyyəti, şakərləri də,

Onlardan fərqlənmir digərləri də,

Əlisi, İsası eyni bir tipdi.


Vurğun Əyyubov:


Səmaya ucalar alqışlar, tostlar,

Vaxtında hədəfə dəyəcək koslar,

Bura pul buraxar xarici-bosslar,

"İP"-ə dəstək verən İvandı, Cekdi.


Rauf Arifoğlu:


Həya, mərifət yox onlarda damcı,

İndi hər birinin qarnında sancı,

Yoxdu radikalın halal qazancı,

Onların qazancı həmişə müfdü.


Vurğun Əyyubov:


Yox əsgər, zabitə, polka bağlılıq,

Kifayət bunlara halqa bağlılıq,

Onlarda əsla yox xalqa bağlılıq,

Radikal hökumət uydurma mifdi.

Rauf Arifoğlu:


"İP"-də qalmayıbdı heç bircə şanslı,

Hamısı pəjmürdə, kədərli, yaslı,

Həmişə olublar xaricdən aslı,

Onların güddüyü yarıboş cibdi.


Vurğun Əyyubov:


İsadan dad döyür xarici şirkət,

Əlinin əlindən çıxıb bərəkət,

Bura gələnlərdə yoxdu hərəkət,

"İP" sınmaqda olan bir saman çöpdü.


Rauf Arifoğlu:


"İP" liderlərini çökdürüb zərbə,

Öz aralarında başlayıb hərbə,

Əli də, İsa da gedəndə Qərbə,

Bolssun qarşısında döşəmə öpdü.


Vurğun Əyyubov:


Bunlar girişiblər möhkəm xaşlara,

İsalar, Əlilər hədəf daşlara,

"İP" özü olubdu qaxınc başlara,

Hər lider qarnına yığılan köpdü.


Rauf Arifoğlu:


Nə bir kəs görübdü bunlarda təpər,

Bossun hesabına çoxusu köpər,

Sözsüz, çıxmayacaq bundardan rəhbər,

Ürəyə yığılan xılt, pasdı, kifdi.


Vurğun Əyyubov:


İflas həddindədi, üzləri gülmür,

Heç biri utanıb-qızarıb ölmür,

Özləri kürsüdə otura bilmir,

Bunların qəlbinə şeytan giribdi.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər