PDF Oxu

Köşə

  • 918

ƏLİ KƏRİMOVA AĞIR SUAL

ƏLİ KƏRİMOVA AĞIR SUAL

Bu günlərdə "İctimai Palata"nın keçirdiyi "möhtəşəm sessiya"da AXCP (i) sədri Əli Kərimov heç bir haqqı olmadan növbəti dəfə mənəviyyatdan "dərs keçmək" arzusu ilə dilə-boğaza qoymayıb. Hətta onun bu kimi ləyaqətdən kənar çıxışını "trasa çıxaran" "Azadlıq" qəzeti həmin çıxışı "mühüm mesaj" kimi qələmə verməyə səy göstərib. Görünür, sözügedən "mühüm mesaj", həqiqətən də, mavi rəng vurğunları olanlara (aktiv və passiv kərimovsevərlərə-R.) xoş təsir bağışlayıb. Hətta həmin mesajlar o qədər çox olub ki, onun altında qalanlar sonradan altdan çıxmağa yamanca çətinlik çəkiblər. Maraqlıdır, bəs bu mesajında nə deyib Ə. Kərimov? Deyib ki, "biz (yəni qoluboylar-R.) Avropaya qürur duyaraq getmək istəyirik" (?!) Guya bunların qarşısını kəsən var və onlar Avropaya getməkdə əziyyət çəkirlər, özü də qürur duymadan. Yəqin ki, Ə.Kərimovun həmin "qüruru" artıq Azərbaycana sığışmır və onu hazırda Avropaya sığışdırmaq fikrindədir. Getsin eləsin, nə deyirik? Amma unutmasın ki, oralarda da onun əməllərinə yan baxanlar tapılacaq. Hər halda, Avropada da namus-qeyrətli adamlar az deyil.

Nə isə, birini qoyum, başqasını deyim. "Azadlıq" Ə.Kərimovun "qürurundan" o qədər cuşa gəlib ki, özünü itirərək yazıb: "Alqışlarla qarşılanan çıxışında AXCP(i) sədri "İctimai Palata"nın 2011-ci ilin dekabrında keçirilmiş sonuncu sessiyasından bəri yaşanan bir sıra hadisələrə toxundu, həm demokratik düşərgəyə, həm Azərbaycan hakimiyyətinə, həm də beynəlxalq birliyə mühüm mesajlar ünvanladı".

Yazmağına yazsın. Çünki bu günə qədər yazıb nə edib ki, hələ bir yazmayıb da nə edəcək? Bir görün. Bir baxın mənəviyyatsızlığın ən aşağı səviyyəsinə! Axı ay Kərimov, sənin nə haqqın və hüququn var ki, hələ hakimiyyətə, beynəlxalq aləmə mesajlar ünvanlayırsan? Yəni o qədər sadəlövhsən ki, beynəlxalq aləm sənin səsini duyacaq? Əlbəttə ki, yox. Çünki sənin kimilərin nə isə deməsi beynəlxalq birliyi qətiyyən maraqlandırmır. Ona görə ki, beynəlxalq birlik hazırda düşdüyü qlobal problemlər məngənəsində sıxılır. Azərbaycan isə, çox şükür ki, bu cür qlobal problemlərdən qat-qat uzaqdır. Məhz bu səbəbdən də Ə.Kərimovun haraya və kimə səslənməsi qətiyyən maraqlı deyil. Maraqlıdır, sadəcə, "Azadlıq" qəzetinə, o da, nəmxuda bunu qəşəngcə şəkildə şişirdir, pafoslaşdırır.

Və nəticə olaraq, mən Ə.Kərimova ağır sual ünvanlayıram: nə vaxta qədər Azərbaycan ictimaiyyəti sənin kimi "ehtiraslı"ların ah-naləsini eşidib? Məgər bu sənə bəs deyilmi?

Digər xəbərlər