PDF Oxu

Köşə

  • 921

BBC-NİN “İNFORMASİYA” ZİBİLİ

BBC-NİN “İNFORMASİYA” ZİBİLİ

Dünyanın müxtəlif bucağında müxtəlif cür mətbuat, informasiya agentlikləri, telekanallar mövcuddur. Hətta həmin media qurumları o qədər çoxdur ki, onların birinin verdiyi xəbər digərlərinə çatınca hadisələr bir-birini sürətlə əvəz edir, informasiyalar ani qaydada yenilənir. Ancaq elə media qurumları da var ki, onlara baxanda üstü bəzək, altı da təzək kimi görünür. Lap BBC kimi. Bəlkə də BBC yaradılarkən, Qərbin digər nüfuzlu informasiya dairələri onun gələcəkdə-21-ci əsrdə hansı cür əməllərə yol verəcəyini heç təsəvvürünə belə gətirmirdi. Yəni onlar bilmirdilər ki, vaxt gələcək, BBC kimi nüfuzlu media mərkəzi bu qədər cılızlaşaraq, sadəcə, kimlərinsə sifarişləri hesabına fəaliyyət göstərəcək.


Əgər bu gün demokratiya beşiyi sayılan Qərbdə, həqiqətən də, demokratiya mövcuddursa, bu zaman BBC-nin həmin demokratik plüralizmə heç bir aidiyyəti yoxdur və yəqin ki, bundan sonra da olmayacaq. Çünki BBC artıq həqiqi informasiya yayan deyil, şər, böhtan, şantaj yayan rəsmi media qurumu kimi tanınır. Bir görün rəsmiyyət nə günə qalıb ki, artıq Qərbdəki "demokratiya" şər-böhtan kampaniyaları sayəsində "qorunur". Adıçəkilən media qurumu isə rəsmi qaydada onu təbliğ edir.

Bu gün BBC -nin Azərbaycan əleyhinə iyrənc, sifarişlər əsasında hazırlanmış kampaniyalara rəvac verməsi arxasında öz içimizdəkilərin də, yəni radikal müxalifətin "xalq təəssübkeşlərinin" də "xüsusi əməyi" var. Özü də elə bir "əmək" ki, orada daha hansı çirkabların dayandığını görsək, vallah da, billah da heyrətlənərik. Yəni o mənada heyrətlənərik və sual verərik ki, yəni insanlar nə qədər alçaq və rəzil olmalıdırlar ki, ən aşağılıq və ən alçaqlıq səviyyələrinə qədər düşsünlər? Ancaq təəssüflər olsun ki, bunu da edənlər var . Təki pul olsun, təki para olsun, rəzil, şərəfsiz olmaq heç də "problem" deyil. Bu gün istənilən qədər sifarişli anti-Azərbaycan istiqamətli məqalələr dərc edən "azadlıq aşiqləri" bununla da BBC-dəki bişərəflərə "informasiyalar" ötürür, həmin "informasiyalar" adıçəkilən kanalda düzülüb-qoşulur, daha dərindən "istehsal" edilir, nəticədə, məlum olaylar baş qaldırır. Azərbaycanın Boks Federasiyası haqqında uydurulanların, "Eurovision" musiqi yarışması barədə yaradılan əsassız söyləntilərin də kökündə radikal müxalifətin xəyanətkar fərdləri dayanır desək, heç də yanılmarıq. Hətta vəziyyət o qədər "inkişaf" edir ki, radikal müxalifət mətbuatının erməni qardaş-bacıları da qeyri-həqiqətlərə istinadlarını məhz Azərbaycan müxalifətindən götürdüklərini bəyan edirlər.

İstər BBC olsun, istər radikal müxalifət qəzetləri, istərsə də erməni mətbuatı olsun, onların hamısı bir zibildir. Zibil isə, təbii ki, tullantıdır. Tullantılar isə çürüyür. Lap həmin bu şər-böhtan kampaniyalarının tullantı informasiyaları kimi...

Digər xəbərlər