PDF Oxu

Köşə

  • 1 328

ERMƏNİ ZURNA HAVASI

ERMƏNİ ZURNA HAVASI

Onlar nə Hollivud (Qərb), nə də ki, Bollivud (Hindistan) kinoindustriyasının fantastika rolları oynayan tanınmış aktyorları deyillər və onlar heç həvəskar aktyorlar səviyyəsində epizodlara çəkilən beşmanatlıq artistlər də deyillər. Onlar sadəcə təlxəkdirlər. Elə bir təlxək ki, göstərdikləri məzhəkələr adi sirk səviyyəsində belə qəbul edilmir. Amma nə edəsən ki? "Kişilər" bu "sənətlərindən" əl çəkmək istəmirlər ki, istəmirlər. Çünki bunsuz onların qazancları olmaz. Kimdir onlar?

Bu suala cavab tapmaq elə də çətinlik yaratmır. Onlar siyasiləşmiş QHT-lərin rəhbərləri, "hüquq müdafiəçiləri" bir də ki, müxalifət partiyalarının sədrləridirlər. Hərəsinin ağzından bir avaz, hərəsinin qarnından bir səs çıxır. Lap erməni zurna havası kimi. Özü də istəyirlər ki, onların çaldıqları zurna havalarına hər kəs qulaq assın. Məgər cəmiyyət bunların zurna havalarına məcburən qulaq asmalıdır? Əlbəttə ki, yox, çünki çaldıqları zurnalar da yaman xaric səslər çıxarır. Cəmiyyət isə bezib, sadəcə, səsini çıxarmır. Ona görə ki, bunların səviyyəsinə düşmək məqbul hesab edilmir. Onların səviyyəsinə düşənlər isə həmin artistlərə rejissorluq edən Qərb rejissorlarıdır ki, zaman-zaman müxtəlif ssenarilər cızma-qaralayaraq, həmin ssenarilərini onlara oynadırlar. Məsələn, Leyla Yunusova, Eynulla Fətullayev kimi.

Bu günlərdə həmin bu Leyla Yunusova yenidən hazırlanmış növbəti ssenari ətrafında təlxəklik edib və deyib ki, onun ofisini və evini dinləyirmişlər. Yəni o öz evində hansı zurna havasını çalırsa, həmin hava dinlənilir. Daha gör nə var! Məgər camaatın işi-gücü qurtarıb ki, hələ bir gəlib sənin zəhlətökən züy-züyünə də qulaq assın? Bir də ki, sənin çaldığın havaların heç biri bizim havalara oxşamır. Daha çox erməni havalarına bənzəyir. Axı ssenarilərə görə bu tipli vasitələr ermənilərin xeyirinə hesablanmış artistizmin bariz nümunəsidir. Ona görə də L.Yunusovanın evini bəlkə də dinləyənlər var. Amma həmin dinləmələri onun Qərb ağaları həyata keçirir. Görmək istəyirlər ki, L.Yunusova həqiqətənmi aldığı pullar müqabilində onların verdiyi erməni zurna havası sifarişini çalır? Yəni L.Yunusova aparır zurnasını ağzına, havasını çalır və həmin züyültü düz gedir Yerevanın Matandaran meydanına. "Bərəkallah" Leyla, "qoy astvas köməyin" olsun! Çünki sən Allaha deyil, erməni astvasına inanırsan!

Eləcə də, Eynulla Fətullayev. Bu adam indi olub "hüquq müdafiəçisi" və gedib Qərb ağalarından göstərişlər alır. Sonra da gəlib deyir ki, "siyasi məhbus" belə gəldi, "vicdan məhbusu" da belə getdi. Hətta bu günlərdə durub deyib ki, Azərbaycanda "siyasi və vicdan məhbusları" azad olunacaqlar. Vallah da, billah da, bu Eynullanın da çaldığı zurna havası Leylanın çaldığına oxşayır. Bu "adam" hələ də qanmır ki, hələ 2000-ci illərdən başlayaraq, Avropa rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanda nə siyasi, nə də ki, vicdan məhbusları var. Bir də ki, kimsə gəlib vicdansızlıq edəcək, dövləti cinayət törədəcək, bu əməllərinə görə həbs olunacaq, sonra da Leyla kimi, Eynulla kimi təlxək zurnaçılar züy-züy züyüldəyəcəklər ki, vicdansızlıq edərək, dövləti cinayət törədənlər, "vicdan məhbuslarıdırlar?!

Türk qardaşlarımız demişkən, pəss vallahi, pəss! Ona görə pəss ki, çaldıqları erməni havaları azmış kimi, hələ bir vicdandan, namusdan, qeyrətdən danışırlar. Bir gün onlara ermənicə hava çalmağı öyrədən qərbli ağaları onlardan üz döndərəcək, bax, onda hansı instrumenti çalacaqları çox maraqlıdır. Şəxsən mənə çox maraqlıdır. Bəlkə bu barədə mətbuatda-filanda məlumat versinlər? Yoxsa yaman "mərak" etdim.

Digər xəbərlər