PDF Oxu

Köşə

  • 946

Radikal gənclər İsa Qəmbərovu Pənah Hüseynova qarşı mübarizəyə çağırırlar

image

İsa Qəmbərov:


"İP"-də, düzü, cəbhə-cinah kükrəyib,

Rəzilliklər artıb, günah kükrəyib,

Gənclər deyir Qarpız Pənah kükrəyib,

Radikalı çökürdəcək bəd yeli.


Pənah Hüseynov:


Tez-tez istəyərlər Qərbdən bal-pətək,

Qrant versin istər boss ətək-ətək,

Başqan qalmaq istər Qiyamətədək,

Yığıbdı başına İsa kor-şili.


İsa Qəmbərov:


Pənah çayxanada daim dardadı,

Mənə çatdırdılar o, bulvardadı,

Axı bu Pənahda o güc hardadı

Ki, yıxsın mənim tək azman bir fili?!


Pənah Hüseynov:


Həm gündüz qısılıb, gecə qısılıb,

Qısılıb, özü də, incə qısılıb,

İsa Müsavatda küncə qısılıb,

Totuq vurmaqdadı son vaxtlar dili.


İsa Qəmbərov:


Məcnunu Leyli ki, dirçəldəcəkdir,

Bizi qrant meyli dirçəldəcəkdir,

Sözsüz, məni xeyli dirçəldəcəkdir,

Pənahı yeyəcək Əjdaha ili.


Pənah Hüseynov:


Başqanın ardınca hürüyəcəyəm,

Üstünə çıxaraq yürüyəcəyəm,

İsanı yıxaraq sürüyəcəyəm,

Gənclərin gözünə çəkəcəm mili.


İsa Qəmbərov:


Burnundan gəlmişə çox verdim çörək,

O, mənim arxamda olmadı dirək,

Vuraram Pənahın başına zirək,

Yerdən götürərək kürəkli beli.


Pənah Hüseynov:


Müsavat budağı bir quş gətirməz,

Bu mövqe başqana quruş gətirməz,

İsa qarşısında duruş gətirməz,

Sapdırmaz önündən mənim tək seli.


İsa Qəmbərov:


Bu adam dolaşır boşuna qəfil,

Zəhər də qatarıq aşına qəfil,

Tökərik Pənahın başına qəfil,

Xeyli qarışdırıb betonlu gili.


Pənah Hüseynov:


Son senti götürüb İsa son bossdan,

Biçdirir əyninə neçə don bossdan,

Mükafat götürür gündə on bossdan,

Odur ki, artıbdı üzünün çili.


İsa Qəmbərov:


Əta edəcəkdir boss paydan bizə,

Dram axacaqdır bu haydan bizə,

Tezliklə dəryadan o taydan bizə,

Yardım göstərəcək Ekvador, Çili.

Pənah Hüseynov:


Bu adam qudurdu Qərbdən axından,

Bir tük də verməmiş başqan bağından,

İsanın gənclərə yaxşılığından,

Daha çox pisliyi, məkri və feli.


İsa Qəmbərov:


Sırsıdar sis duman, həm də çən onu,

Çıxarıb atmışam ürəkdən onu,

O, məni eşitmir, sözsüz, mən onu,

Mən Əli olmuşam, Pənah da Vəli.


Pənah Hüseynov:


Radikal gənclərlə olub tən kimi,

Göstərir özünü xeli şən kimi,

Mənim planımı eşidən kimi,

İsa Müsavatda olubdu dəli.


İsa Qəmbərov:


Girib siyasətə qolumun üstdən,

Keçdi ora-bura pulumun üstdən,

Mən onu atsam da yolumun üstdən,

O, mənə qurubdu sarsılmaz pəli.


Pənah Hüseynov:


Nə bir məramı var, amal cəhənnəm,

İsada baş yoxdu, kamal cəhənnəm,

Cənub sola getsin, Şimal cəhənnəm,

Heç Qərbə də çatmır İsanın əli.

İsa Qəmbərov:


Başqan boyun qırdı, əsil sırt, Əli,

Onunla "İP"-də çox vurdu mırt Əli,

İsa çaqqal, tülkü, əsil qurd Əli,

Toya getməmişdi bizim "Yurd" Əli.


Pənah Hüseynov:


İsaya çevirib çoxdan dal, gənclər,

Gömüb onu qəbrə radikal gənclər,

Yanında boynunu büküb mal gənclər,

Öküzü andırır İsa, mən kəli.


İsa Qəmbərov:


Pənah dəstəklədi harınlarımı,

Bosslardı dolduran qarınlarımı,

Məhv etmək istəyir qurumlarımı,

Olub mənim üçün Pənah bir zəli.


Pənah Hüseynov:


Haqsızdı önündə İsanın dinən,

Ondan tədbirlidi Nüşabə zənən,

Hazırda İsa bəy ölübdü mənən,

Heç ola bilərmi başqan da ölü?


İsa Qəmbərov:


Pənah sönük şamdı, İsa mayakdır,

Özümə radikal gənclər dayaqdır,

Gənclərin gözündə o, baş-ayaqdır,

Əsil vələdüzna, Pənah bəy tülü.


Pənah Hüseynov:


Dilində həmişə andlar-amanlar,

İsanın başının üstü dumanlar,

Qapıdan içəri girən zamanlar,

Həmkarlar göstərir İsaya çölü.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər