PDF Oxu

Köşə

  • 2 427

Kommunistlər Müsavatı və AXCP (i)-ni tənqid edirlər

Kommunistlər Müsavatı və AXCP (i)-ni tənqid edirlər

Rauf Qurbanov:


Cəbhə zilə qalxmır, vurmaqdadı bəm,

Müsavat gün-gündən çökür, olub nəm,

AKP sədriyəm, tam səmimiyəm,

İsa da, Əli də milləti sevmir.


Nurəddin Məmmədli:


Kommunistçün birdi, düzü, çöl-bayır,

Haqqımızda yanlış məlumat yayır,

Onlar bu həyatı maddi sayır,

Kommunist olanlar xilqəti sevmir.


Rauf Qurbanov:


Qranta bağlıdı onlar yek dəfə,

Sevdikləri yerlər çayxana, kafe,

Onlarda üstündü şəxsi mənafe,

İsası, Əlisi töhməti sevmir.


Nurəddin Məmmədli:


İndi gözdən düşüb AKP adı,

Getdi Qorbaçovla kommunist dadı,

Onlar kommunizmə sadiq tayfadı,

Leninçilər kafi qiyməti sevmir.


Rauf Qurbanov:


Bəylər karıq-lalıq deyib dururlar,

Mücərrəd sualıq deyib dururlar,

Onlar radikalıq deyib dururlar,

Radikal izzəti-hörməti sevmir.


Nurəddin Məmmədli:


Gurhagür gurladı selin dünyada,

Ay kommunist, gəzdi felin dünyada,

Qələt qarışdırdı Lenin dünyada,

AKP bu real qələti sevmir.


Rauf Qurbanov:


Radikal liderlər verməz vergilər,

"İP" qrant eşqilə yatar, mürgülər,

"Yurd" Əli alətə sevgi sərgilər,

İsa bəy heç zorba aləti sevmir.


Nurəddin Məmmədli:


Kommunistlər seçmir ağı-qaranı,

Daim qurdalarlar diktat yaranı,

AKP sevməkdə diktaturanı,

Müstəqil uddatmaq haləti sevmir.


Rauf Qurbanov:


Bəzən batırırlar qoşa diş pula,

Bədbəxtlər ediblər çox vərdiş pula,

Əli, İsa edir pərəstiş pula,

Siyasətdə heç də xoş xətti sevmir.


Nurədin Məmmədli:


Gömgöydü bunlarda venalar, damar,

Qəlbini qanatsan qara qan damar,

Yolları olmamış heç zaman hamar,

AKP nahamar illəti sevmir.


Rauf Qurbanov:


Etiqad etmirlər heç dinlərinə,

İsa, Əli verir hey enlərinə,

Çöküb radikallıq tam genlərinə,

Həmməslək yolunda zilləti sevmir.

Nurəddin Məmmədli:


Kommunist qarnını dərd-azar alır,

Onları əllərdən Qərb, bazar alır,

Bunlar kimdən olsa qonorar alır,

Əsil kommunistlər xələti sevmir.


Rauf Qurbanov:


Küncdə-bucaqlarda mənafe izlər,

Az pul verən bossu hamısı pislər,

Radikallar Qərbdən bol nemət istər,

Bunlar yoxsulluğu, qəhəti sevmir.


Nurəddin Məmmədli:


Hər biri oraqla taxıl biçəcək,

Bu uzun zamanı yavan keçəcək,

Onlar kommunizmdə yeyib-içəcək,

AKP faydalı cəhəti sevmir.


Rauf Qurbanov:


İsanı qoltuqda narın böyüdüb,

Əlini də yekəqarın böyüdüb,

Qərb bu yazıqları harın böyüdüb,

Odur ki, heç biri qələti sevmir.


Nurəddin Məmmədli:


Kommunist görübdü yüz minlərlə üz,

Spiral həyatı görməkdə dümdüz,

Kommunist işləyir gecə və gündüz,

Sağlam yaşamağı, səhhəti sevmir.


Rauf Arifoğlu:


Hər biri gününü-gününə satır,

Az pul verən bossa bir şıllaq atır,

Bunlar ömrü boyu qəflətdə yatır,

Deyə bilmərəm ki, qəfləti sevmir.


Nurəddin Məmmədli:


Qərbdən pul gözləyir hey ətək-ətək,

Ancaq leninçilər alırlar kötək,

AKP kommunist varisləri tək,

Yaxşı yaşamağı, neməti sevmir.


Rauf Qurbanov:


Məhvə sürükləyir İsa kamalı,

Gah Qərbi hürküdür, gah da Şimalı,

Real düşüncəni, real amalı,

Həm də real olan xidməti sevmir.


Nurəddin Məmmədli:


İsa, Əli edir bir cibə xidmət,

Çox çətin cinlərə və divə xidmət,

Xidmət doğurmaqda əlavə xidmət,

Heç biri məntiqli nifrəti sevmir.


Rauf Arifoğlu:


Onlar donoslarla verir sorağı,

Pul yoxsa, onların sönər çırağı,

İtidi dollar və avro marağı,

Nə xalqı, milləti, qeyrəti sevmir.


Nurəddin Məmmədli:


Tarixdən keçiblər leşlər görərək,

Qorxublar çox qaba dişlər görərək,

Həmişə lüzumsuz işlər görərək,

Kommunist lüzumsuz heyrəti sevmir.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər