PDF Oxu

Köşə

  • 1 459

Ötgünlə Mirzə Qərənfilin müxalifətin son durumu mövzusunda deyişməsi

Ötgünlə Mirzə Qərənfilin müxalifətin son durumu mövzusunda deyişməsi

Ötgün


Gəl sənə söyləyim, Mirzə Qərənfil,

Müxalif dediyin saxta düşübdü,

Donublar, heyləri yox danışmağa,

Qışın at çapdığı vaxta düşübdü.


Mirzə Qərənfil:


Sənə cavab verim, ay şair Ötgün,

Radikal qurumlar pulta düşübdü,

Qarın-çovğunun bu qızğın çağında,

Onların könlünə Yalta düşübdü.


Ötgün:


Hərəsi bir atda, meydan, siyasət,

Adları nə oldu, nə? Müxalifət?

Deyəsən, bunlara ediblər sünnət,

Qanları şalvardan laxta düşübdü.


Mirzə Qərənfil:


Çoxusu tərsinə olunub sünnət,

Pul ödəyən Qərbə qoydular minnət,

Hər biri çıxıbdı bossa müxənnət,

Çoxu bu səbəbə kolta düşübdü.


Ötgün:


Xəlvət pillələrin üstə çıxırlar,

Əllərdə ləbləbi, püstə çıxırlar,

Hər gecə yuxuda üstə çıxırlar,

Ayılıb görür ki, alta düşübdü.


Mirzə Qərənfil:


Müxalifət adlı bu miskin banda,

Xeyli azğınlaşır yolu azanda,

Ayılıblar süqut astanasında,

Zorba boyunlara xalta düşübdü.

Ötgün:


Ərəb baharıdır, Misir yayıdır,

Ötənlər zənn etmə, dönüb qayıdır,

Birisi xaladır, biri dayıdır,

Gör necə firəvan vaxta düşübdü.


Mirzə Qərənfil:


Dinirlər cəmiyyət quranlar kimi,

Ağır davranırlar Turanlar kimi,

Qalıblar cərəyan vuranlar kimi,

Sanki bu ifratlar volta düşübdü.


Ötgün:


Buşa əl açdılar Buş quşa döndü,

Corca olan alqış qarğışa döndü,

Çiçəkli baharlar qar-qışa döndü,

Dondurdu iliyi şaxta, düşübdü.


Mirzə Qərənfil:


Üzləri-gözləri palçıq, çamırlar,

Bosslar gətirəndə, yala cumurlar,

Bunlar Obamadan qrant umurlar,

Yadlarına Qərbdə Malta düşübdü.


Ötgün:


Əlinin əlindən düşməz ənbəri,

Ətri məst eyləyib İsa Qəmbəri,

Zaman ötənləri döndərməz bəri,

Dur, al nəfəsini, taxta, düşübdü.

Mirzə Qərənfil:


"Bəylər" üz görəndə həddi aşırlar,

Pul adı eşitcək coşub-daşırlar,

Yürüş-mitinq deyib xosunlaşırlar,

Yerləri bir qədər dalda düşübdü.


Ötgün:


Yenə o tərəfdə Quliyev Rəsul,

Kimə don biçdirib, kimə verib çul,

Biri namaz qılıb hey edir qüsul,

Ona su daşıyır yaxta, düşübdü.


Mirzə Qərənfil:


Radikal "bəylər"i vurub şaxta, don,

Morqa aparırlar onları on-on,

Rəsul da uzaqdan götürüb razqon,

Dərin uçuruma salto düşübdü.


Ötgün:


Uzanır əlləri pulta, nə yaxşı,

Yaraşır boynuna xalta, nə yaxşı,

Soçi nə yaxşıdı, Yalta nə yaxşı,

Zənən axtarırlar, çatla, düşübdü.


Mirzə Qərənfil:


Bunların məntiqsiz gülüşü saxta,

Elə hamısını vurubdu şaxta,

Hər biri olubdu quruca taxta,

Əyindən narıncı palto düşübdü.

Ötgün:


Göz yaşı sünidi, soyuqdu qanı,

Burnundan tutun ki, çıxacaq canı,

Ay Mirzə, görmürsən, Azərbaycanı

Kəsməyə əlində balta düşübdü.


Mirzə Qərənfil:


İndi hər birində vəziyyət naçar,

Tezliklə dəstəkçi bossları qaçar,

Kömək etməyəcək bunlara açar,

Hər biri qaykasız bolta düşübdü.



Ötgün:


Xəttinə nə deyim, pisdi, ay İsa,

Dumandı, çiskindi, sisdi, ay İsa,

Özünü yelə ver, öskür, ay İsa,

Saymağa əlindən şotka düşübdü.


Mirzə Qərənfil:


Birinə də dəyməz bunların beşi,

Qida tuta bilmir ağrıyan dişi,

İsa görməkdədi, dediyin işi,

Əli xumarlanıb, balda düşübdü.


Ötgün:


Bunun Əlisi bu, İsası budu,

Qabili, Yaqubu, Musası budu,

Nə deyim, a Mirzə, qısası budu,

Bir bax, boyunlara noxta düşübdü.


Mirzə Qərənfil:


Bunların "MAP"-ları "VİP"-ləri budu,

Mayadan ayrılan tipləri budu,

Sapları o cürdü, "İP"-ləri budu,

Ayaqları altdan nal da düşübdü.

Digər xəbərlər