PDF Oxu

Köşə

  • 1 247

DİZ ÜSTÜNDƏKİ ÇÖRƏK

DİZ ÜSTÜNDƏKİ ÇÖRƏK

Bu ifadənin Azərbaycana, elimizə-obamıza, xalqımıza aid olmasına gərək heç kimin şübhəsi-filanı olmasın. Ona görə olmasın ki, müqəddəs diyarımızda müqəddəs sayılacaq məfhumlardan biri də məhz çörəkdir. Xalqımız çörəyi başı üzərində saxlayıb, hətta müqəddəs Qurani-Kərimdən də ötə qaldıraraq, onun müqəddəsliyini məhz bu cür izhar edib. Amma burada mənə ağsaqqallar tərəfindən danışılmış bir rəvayətül-hadisə yadıma düşdü. Kəndimizin ağsaqqallarından biri olan Seyfulla kişi öz mərdliyi, əliaçıqlığı ilə daim hər kəsə əl tutar, yetimlərə-yesirlərə dədəlik edərdi. Onların içində ermənilər də vardı. Milli ayrıseçkiliyə varmayan Seyfulla kişi erməni uşaqlarını azərbaycanlılardan heç də fərqləndirməzdi. Çünki o, həm də öz azərbaycançılığını, himayədarlıq eşqini qanında göstərirdi. Lakin vaxt yetişdi. Zaman çatdı ki, həmin o çörək verdiyi erməni dığalarından biri Seyfulla kişini Stalin NKVD-sinə satdı. Beləliklə də, o, öz ömrünün böyük hissəsini Kolımada keçirdi. Vaxt-vədə çatanda isə, öz kəndinə döndü. Döndü-dönməz, harada qarşısına erməni çıxdısa, yaxasından tutub dedi: "Sizin millətin çörəyi diz üstündədir, ay dığa filan-filan olmuşun uşaqları!"

İndi mətləbimi həmin bu diz üstündə çörək saxlayanların üstünə gətirmək istəyirəm ki, onlar nə erməni, nə də ki, farsdırlar. Onlar özlərini "azərbaycanlı" adlandıran lakin azərbaycanlı olmayan nakəslərdirlər. Onlar bu günün gədalardan dönmə "bəylər"idirlər.

Azərbaycanımızın böyük, möhtəşəm, qələbə və zəfər nəfəsi verən yarışmaya ("Eurovision"a) hazırlaşdığı bir dönəmdə, həmin bu "bəylər" qoca dədələrimiz demişkən, nemsilərlə, firənglərlə əlbir olub erməni çörəyi yeyirlər. Özü də elə yeyirlər ki, heç erməni köpəyoğlu da öz çörəyini bu cürünə yemir. Deyir birdən boğazında-zadında qalıb-eliyər. Amma Əli Kərimov, İsa Qəmbərov kimi gədalardan dönmə deyilən "bəylər" bu gün həmin "Eurovision" sayəsində erməni çörəyini ağızlarına dürtürlər. Özü də lap rəhmətlik Seyfulla kişinin payladığı çörəyi erməni gədaları gözlərinə təpdikləri kimi. Deyirəm ki, onlar erməni, bunlar da "azərbaycanlı", amma oxşar cəhətləri o qədər çoxdur ki, sadalamaqla qurtarmaz. Erməninin də çörəyi diz üstündədir, həmin bu gədaların da çörəkləri dizləri üstündə dayanmır. Belə yerdə isə daha bir rəvayət yadıma düşdü. Erməniyə qohum kəsilən qanıqarışıq məsələsi. Bir gün həmin bu rəhmətlik Seyfulla kişi...

Digər xəbərlər