PDF Oxu

Köşə

  • 911

“NDR”- “Azadlıq” qəzeti qədər ucuz satılan media

“NDR”- “Azadlıq” qəzeti qədər ucuz satılan media

Bu gün daxilində neonasizmin, irqçiliyin və etnik azlıqlara qarşı dözümsüzlüyün cərəyan etdiyi Almaniyada, daha dəqiq desək, Avropanın mərkəzində Azərbaycana qarşı yönəlmiş qərəzin, böhtanın aşkar şəkildə ayaq tutub yeriməsi, bilavasitə, dövlətə və onun rəhbərliyinə qarşı yersiz, lüzumsuz mətbuat hücumlarının baş qaldırması bir çox məsələlərdən xəbər verir. O məsələlərdən ki, öz gözündəki tiri, hətta şalbanı görməyən bu ölkənin bəzi siyasi və media dairələri davamlı, tükənməz inkişafı ilə dünyanı heyrətləndirən Azərbaycana qarşı qara piar kampaniyasına başlayıblar. Amma müəyyən araşdırmalardan sonra, bir daha bəlli olur ki, burada radikal müxalifətin və xaricdə fəaliyyət göstərən erməni lobbisinin əli var və necə deyərlər, "fitilə od qoyanlar" da məhz erməni lobbisi və onlara nökərçilik edən AXCP (i)-Müsavat partiyalarının rəhbərləridirlər. Məsələ ondadır ki, Almaniyanın "ARD" telekanalının ardınca, bu ölkənin digər media qurumu - "NDR" də korrupsiya və rüşvətxorluq çirkabına bulaşaraq, anti-Azərbaycan meyilli proqramlar hazırlayıb, alman ictimaiyyətinə sırıyır. Bununla da, həmin ölkənin - Aalmaniyanın demokratik baxışlarını sual altında qoyur. Guya ölkəmizdə "Eurovision-2012"-nin keçirilməsi ərəfəsində insanların hüquqlarının pozulduğunu iddia edən telekanal daha da irəli gedərək, onlara verilən pullu sifarişlərin öhdəsindən canla-başala gəldiyini sübuta yetirmək istəyib. Amma nə dərəcədə?

Sirr deyil ki, başqa ölkələrdə "xəta" axtaramağa cəhd göstərən Almaniyanın spekulyant telekanalı "NDR" bütün mənalarda, öz rəzilliyini, ən ucuz qiymətə satılan siyasi fahişəlik xarakterini sərgiləmiş olur. Və nədənsə bu telekanal Almaniyanın sual doğuran büdcəsi barədə bir kəlmə də olsun fikir söyləmir. "NDR"-də göstərilmir ki, Almaniya büdcəsi korrupsiya və rüşvətxorluğa görə ildə 6-8 milyard avro dəyərində pul itkisinə məruz qalır. Hətta Almaniya prezidenti həmin hallara görə istefaya getməyə məcbur qalıb.

Amma adıçəkilən telekanal əlinə düşən sifarişi boşa verməməkdən ötrü həmin həqiqətləri bir kənara qoyaraq, Azərbaycan həqiqətlərini Ə.Kərimli kimi ucuzların güdazına verməyə səy göstərir. Çünki burada da, necə deyərlər, ortaq maraqlar mövcuddur. Həmin otraq maraqlardan həm Ə.Kərimli, həm də bu kimi media qurumları kifayət qədər mənfəət götürür.

Görünür, "NDR" telekanalının "Azadlıq" qəzeti qədər minbir cür sifəti mövcuddur və həmin sifətlərin içində siyasi fahişəlik kimi məsələlər öndə gedir.


Q.ZƏNGİBASARLI

Digər xəbərlər