Əslində, müxalifətin "həssas" mətbuatı son zamanlar öz qəzetçilik imicini dəyişmək yolunu tutubdur desək, yanılmarıq. Yəni bu günə qədər müxalifət mətbuatının yazdığı ikicə cür mövzu olub: biri filankəsin qarnına bıçaq girdi və qan töküldü, ikincisi isə qələbə budur, aha, lap burnumuzun ucundadır və biz hakimiyyətə gəlirik. Ancaq nə o yazılar, nə də ki, bu yazılar insanlarda maraq doğurmamaqla yanaşı, cəmiyyətin də, sözün əsil mənasında, zəhləsini töküb. Ona görə ki, yazmağa başqa şey tapa bilməyiblər binəvalar.
Amma indi hər şey dəyişir. Məsələn, "Azadlıq" qəzeti son günlər daha dərin həssaslıqlara qapılaraq adı bədnam olan eşşəkdən yazır. Necə deyərlər, müxalifət mətbuatında əməlli-başlı "eşşək" sevgisi sindromunu xatırladan təzahürlər yaranıb. Bunlar həmin məzlum heyvanın dərdinə o qədər alışıb-yanıblar ki, quruca heykəllərinə olan sevgilərini də canlı olaraq izhar edirlər. Görünür, eşşəyə minmək, yaxud da eşşəyi minmək kimi hadisələrdən zövq alan müxalifət yazarları bunu bir növ adətkərdə ediblər. Hətta "Azadlıq" qəzetinin rəhbərliyi jurnalistlərinin və onların eşşəklərə qarşı olan sevgi həssaslıqlarının daha qabarıq fonda təşkil olunması üçün eşşəksevər jurnalistlərinə ezamiyyətlər yazırlar. Yazırlar ki, onlar da getsinlər və öz sevgilərini daha yaxından bildirsinlər. Daha daş eşşək heykəllərinə sarılıb-durmasınlar. Axı hər nədirsə, ayıbdır camaatdan-filandan...
MİNMƏK BİR AYIB, DÜŞMƏK İKİ AYIB
"Azadlıq" qəzetinin bu kimi əziyyətlərə qapılaraq ora-bura eşşək minməyi sevən müxbirlərini göndərməkdənsə, onlara daha özəl məsləhət vermək istərdim. Yəni hər halda, heç kimə sirr deyil ki, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov həmin vəzifəsini müqəvva olaraq icra edir. Yəni oranın rəhbərliyi bilavasitə AXCP (i) sədri Əli Kərimovun əlindədir. Hətta onun yazdığı məqalələr "siyasət şöbəsi" imzası ilə gedir. Bu səbəbdən də "Azadlıq" eşşəksevərləri yaxşı olardı redaksiyalarının və partiyalarının qarşısına gözəl-göyçək eşşəklər bağlasınlar. Nə vaxt kefləri istəyəndə də rayonlara-zada getməsinlər. İstədikləri qədər minsinlər öz eşşəklərini və təzədən qayıtsınlar öz işlərinə-güclərinə. Bəlkə bu vasitə ilə içərilərindəki eşşək sevgisi sindromuna qalib gəlməyi bacardılar. Hətta bu azlıq etsə, qayıdıb öz sədrlərini, yaxud da sədrlərinə də minə bilərlər. Axı bir zamanlar onun özü də minilməyi xoşlayanlardan olub. Hərgah, o bundan imtina etsə də, faktlar bunu söyləyir. Ya da bu yaxınlarda "Azadlığ"ın Xədicəsinə minmiş cavan oğlan təki uzağa getməyərək, onun hərəkətlərini təkrarlaya bilərlər. Yox, əgər öz sədrlərinə və Xədicələrinə minmək istəməsələr, onda necə deyərlər, "eşşəyə minmək bir ayıb, düşmək isə iki ayıbdır" misalını yadlarına salsınlar. Onsuz da hamı bilir ki, bunların hamısı ucdantutma eşşəkminənlərdir.