PDF Oxu

Köşə

  • 1 036

AY SİZİ, VƏLƏDÜZZİNALAR!

AY SİZİ, VƏLƏDÜZZİNALAR!

Ataların bir məsəli var, adımı qoyum sənə, səni də qoyum yana-yana. Qərbi Azərbaycan mahallarının birində Xeyrənsə arvad kolxoz sədri işlədiyi dövrlərdə bir qəpik də olsun "levıy" tikə yeməmişdi. Amma onun "levıy" tikə yeməməsi, qonşu erməni mahallarında vəzifədə olan erməni kolxoz sədrlərinin heç də xoşuna getmirdi. Ona görə də götürüb Mikoyan "yoldaşa" qəşəng bir inandırıcı məktub yollayırlar ki, bəs ay tovariş Mikoyan, Xeyrənsə aravad kolxozun büdcəsini talayır, "kulak"a işləyir, qolçomaqlara fəhlə-kəndlinin çörəyini yedirdir. Mikoyan "yoldaş" da "gözünə döndüyüm" dərhal Xeyransa arvadı məhkəməyə çəkir və deyir ki, sənin bu əməllərinin nəticəsi Stalinə məlumdur, ya Sibir, ya da qəbir! Bax, burada barmağını dişləyən binəva Xeyransə arvad həmin atalar sözünü işlədir. Dalınca da illərlə çörək verdiyi "məzlum" və xain ermənilərə aid bir bayatı deyir:


Əzizinəm mən gəldim,

Çörək verdim, mən gəldim,

Yemədim haram malı,

Yenə tuşa mən gəldim.


Bax, buradaca həmin zamanları tarixin hökmünə qoyub, keçirəm indiki zamanın hökmünə. Bu gün dövlətimiz xalqının, millətinin qeydinə qalır, əhalisinin daha yaxşı yaşaması üçün əlində olan bütün imkanlarını səfərbər edir və bunların hər bir uğurlu nəticəsi də göz qabağındadır. Hətta siyasi tərəfdən rəqib sayılacaq müxalifət qüvvələrinə də şans yaradılır ki, bacarırsan, sən də sivil yolla hakimiyyətə gəl və dövləti idarə et. Amma çifayda ki, çifayda! Nə müxalifət adam balası kimi qanır, nə də ki, həmin müxalifət adam balası kimi siyasi mübarizə aparmaq istəyir! Ona görə ki, həmin müxalifətin təməli üzdən qoyulub. Nəticədə, düşərgənin mətbuat orqanları da ağzına gələnləri yazmır, sadəcə yozur . Hansı ki, bunlar da Azərbaycan dövlətinin çörəyini yeyirlər. Ancaq halal tikə bunlarlıq deyil. Bu səbəbdən də, özlərini müxtəlif valyutalar timsalında ucuz-ucuz qiymətlərə satırlar, satdıqları mənəviyyatlarının haram pullarını isə tələm-tələsik təpirlər gözlərinə. Birdən o biri haramxorlar onların "levıy" tikələrini əllərindən basmarlayıb alırlar.


"Azadlığ"ın gözəgörünməz imzaları və gözəgörünən kadrları


Bu minvalla "Azadlıq" qəzeti daha çox canfəşanlıqlar törədir. Məsələn, bu sarı bulvar qəzeti özündə olan çatışmazlıqları ört-basdır etməkdən ötrü başqalarına da şər atmaqla məşğuldur. Lap erməni namərdlərinin kişi qeyrətli Xeyransa arvadı şərlədikləri kimi. İmzasız yazıları ilə dövlətçiliyə qarşı təhdid dilində danışmağı özlərinə peşə seçən "informasiya şöbəsi"nin, "siyasət şöbəsi"nin, əslində, kimin qaranlıq imzası olması gün kimi aydındır. "Azadlığ"ın həmin imzası imza daşımağa belə layiq olmayan AXCP (i) sədri Əli Kərimovundur. Və bu gün Ə.Kərimovun qarmağına keçən mərəzli jurnalisti bizlərdə hər hansı "səhv" axtarırsa, demək, bu vasitə ilə öz səhvlərini ortaya çıxarmış olur. Yəni öz dili ilə deyir ki, ay camaat, "Azadlıq" qəzetinin baş redaktoru "cəbhə" sədri Ə.Kərimovdur və o öz imzasını həmin qəzetdə qoymağa qorxur, biz isə onun buyruq qullarıyıq!

Başqa tərəfdən, sonda onu da deməyin yeri var ki, imza söhbətini ortaya atan "Azadlığ"ın qulları yaxşı ki, bir zamanlar kameralar önündə kifayət qədər erotik-pornoqrafik vələdüzzinalıqlardan çıxıblar. Yoxsa həmin biabırçılıqlarını da başqalarının üzərlərinə atmağa cəhdlər göstərərdilər. Ay sizi, vələdüznalar! Sizi deyə bilmərəm, amma Allah Xeyransa arvada min rəhmət eyləsin...

Digər xəbərlər