İkinci Dünya müharibəsi veteranlarının öz savaş epizodlarından danışarkən, alman faşistlərinə qoyduqları bu ayama zamanında çox işlədilən ifadə olub. Yəni onların faşizmə və faşistlərə qarşı olan nifrətləri məhz "nemsi köpəyoğlu" ilə əxz edilirdi. Hətta sonradan həmin ifadə ədəbiyyatda, kinofilmlərdə də geniş yer almışdı. Ancaq mən hazırda faşistlərdən deyil, tamamilə başqa "nemsidən" danışmaq istərdim ki, həmin "nemsinin" adı Folker Bekdir. Və həmin bu fon Folker Azərbaycana qarşı neofaşizm (faşizmə pərəstiş) ideologiyasından doğan nəzəriyyə ilə baxmağa səy göstərir. Bu səbəbdən də "Azadlığ"ın qələmiqırılmışları onun (Folker Bekin-R.) Azərbaycan haqqında dediyi "kəlamlarını" öz dədələrinin kəlamlarından artıq hesab edərək, yazıblar baş səhifələrinə.
Yazıblar ki, həmin bu "nemsi köpəyoğlu" "Eurovision"u Azərbaycana yaraşdırmır (?!) Və həmin yazdıqlarından sevincək hala düşüblər. Axı Azərbaycan onlar üçün vətən deyil, axı onlar nəinki "nemsi", hətta erməni köpəyoğludan da betər mənşəyibilinməz məxluqlardılar. Ona görə də Azərbaycana qarşı deyilmiş ifadələr onları bu qədər çox sevindirir. Ancaq "Azadlığ"ın mənşəyibilinməz məxluqlarına söz demək, divara söz demək kimi bir zad olduğuna görə, deyirəm bəlkə həmin bu "nemsi" F.Bekə nəsə təsir edə və o da həmin fikirlərinə görə mənşəyini xatırlayaraq xalqımızdan üzr istəyə.
Həmin bu F.Bek adlı "nemsi" "Eurovision"u gözəl Bakımıza, müqəddəs Azərbaycanımıza yaraşdırmırsa və bu yaraşdırmamalarını "Azadlıq" qəzetinin səhifəsində yerləşdirirsə, demək, mütləq "torbada pişik var". Həmin "pişik" isə onun bəzi qaranlıq məsələlərini üzə çıxarmağa məcbur edir. Kimdir F.Bek? F.Bek Almaniya bundestaqındakı "Yaşıllar" fraksiyasının icra katibidir. Amma onun ətrafa baxdığı nəzərləri ağ, qırmızı və qara faşizm svastikasından o tərəf getmir. Onun faşizm ideologiyasına pərəstiş etməsi haqqında müxtəlif zamanlarda fikirlər səslənmişdir. Ölkəmiz haqqında kifayət qədər məlumatlı olmayan həmin bu "nemsi köpəyoğlu", əslində, öz ölkəsində baş verən bir çox məsələlərdən də, görünür, xəbərsizdir. Məsələn, F.Bek bilməlidir ki, Almaniyanın bir çox əyalətlərində başda türk milləti olmaqla, digər millətlərin nümayəndələrinə qarşı iqrçi kampaniyalar aparılmaqdadır. Həmin kampaniyalar nəticəsində son illərdə qeyri-alman millətindən olan bir çox insan qətlə yetirilib, evləri mülkləri yandırılıb, onlar ölkədən qovulub. Yaxud da fon Folker Bek bilməlidir ki, Almaniyada sosial baxışlarına görə həbs edilən insanlara qarşı polis tərəfindən zorakılıqlar törədilib, həbsə atılanlara qarşı kobud rəftarlar haqqında dünya mətbuatına məlumatlar yayılmaqdadır. Və F. Bek onu da unutmamalıdır ki, ötən il Düsseldorfda keçirilən "Eurovision" yarışması öncəsi yuxarıda qeyd olunan bu kimi hadisələr qabardılmamışdı. Çünki bu faktlar həm "Eurovision"un, həm də Almaniyanın nüfuzuna kifayət qədər ləkə gələ bilərdi.
Amma bu gün öz ölkəsi qala-qala Azərbaycanda nəsə axtarmağa cəhd edən alman deputatın belə bir çağırışlar etməsi məndə istər-istəməz ona qarşı antipatik hisslər oyadır. Axı "Azadlıq"dakılardan fəqli olaraq Azərbaycan mənim vətənimdir, mənim dövlətimdir! "Eurovision" da məhz mənim müqəddəs məmləkətimdə keçiriləcək! Ona görə də həmin antipatik hisslərdən qaynaqlanan "nemsi köpəyoğlu" məsələsini də bilavasitə qabardaraq, "Yaşıllar"ın nümayəndəsi F.Bekə ünvanlayıram! Deyirəm ki, ay "nemsi köpəyoğlu", kimlərinsə sifarişlərini "Azadlıq" adlı pornomətbuat səhifəsində ifadə etməkdənsə, gedib öz siyasi qeyri-normal baxışlarını düzəltsən, yaxşı olmazmı?