Deyilənə görə almanlar dünyada ən punktual millətdir. Yəni bu millətin hansı həyati üslubları olmasa da, punktuallıq üslubları mövcuddur. Amma mənə elə gəlir ki, qoy düşüncəmdə hər şeyə ədalət prizmasından yaxınlaşmaq, düzə-düz, əyriyə-əyri baxmaq kimi üslub olsun, amma punktuallıq olmasın. Çünki punktuallıq həyati baxımından elə də ciddi təsir imkanına malik olan mövcudluq forması deyil. Ancaq hadisələrə ədalətli yanaşma tərzi, məncə, insan həyatında mühüm rol oynaya biləcək mühüm amillərdən biridir. Ona görə ki, məhz həmin vasitə ilə insanlar digərlərinin yanında hörmət qazanmaq üçün şans əldə edirlər. Və bu yazıma əbəs yerə almanların punktuallıqlarından, eləcə də, həmin punktuallığın ədalət olmayan yerdə lazımsızlığından başlamadım. Çünki məsələnin məğzi də həmin mövzunu əhatə edəcək.
TAP TAPMACA, KİMDİR ATA?
Mövzu isə budur ki, bu gün Azərbaycanda gedən yüksək və hərtərəfli inkişaf, sözsüz ki, bəzi siyasi dairələrin ciddi narazılıqlarına səbəb olmaqdadır. Axı Azərbaycan həm də Şərqlə Qərbin birləşdiyi həssas və əhəmiyyətli məkandır. Görünür bundan ehtiyat edənlər qorxurlar ki, müstəqilliyinin 20 ili ərzində bu qədər kosmik sürətlə irəliləyən məmləkətimiz yaxın bir neçə ildə Avropanın ən inkişaf etmiş dövlətlərindən biri olacaq və həmin əzmini bütün gücü, iradəsi ilə ortaya qoyub. Və nədənsə bundan ən çox ehtiyat edənlərdən biri də Almaniyada fəaliyyət göstərən müxtəlif siyasi məqsədli fondlar, siyasi fiqurlar və siyasi messenatlardır. Ona görə də həmin tərəflər ədalətsiz mövqe nümayiş edib, Azərbaycanda 20 ildən artıqdır ki, müxalifətçilikdən o tərəfə gedə bilməyən dağıdıcı ünsürlərin tərəflərini müdafiə etməyə başlayıblar. Adını da qoyublar ki, "biz tərəfkeşlik etmirik, sadəcə, alman punktuallığını ortaya qoyaraq, mövqeyimizi nümayiş etdiririk" (?!)
Yaxşı, bunu necə başa düşmək olar ki? Məgər mövqe nümayiş etdirməyin özü elə tərəfkeşlik deyilmi?
Məsələn, Almaniyanın Fridrix Nauman, Konrad Adenauer, Fridrix Ebert fondları nəyə görə məhz radikal müxalifətin "dədəsi" rolunda çıxış edirlər? Hansı ki, üç fond arasında "dədəlik" iddiası varsa, onlardan hansının müxalifətin atası olması bəlli deyil. Yəqin ki, "ana müxalifət"in ayağı o qədər sürüşkən olub ki, indi də atasının kim olması haqqında məlumatlara malik deyil. Buna isə punktuallıq demək mümkün deyil. Hər halda, bunu "Şərq-Qərb Araşdırmalar Mərkəzi"nin rəhbəri, "İctimai Palata" adlanan qurumun koordinasiya şurasının üzvü Ərəstun Oruclu daha yaxşı bilər ki, həmin fondların hansısa müxalifətin əsil atasıdır.Bəlkə bunların dədələri elə bu ilin yanvarında Almaniyanın xarici işlər nazirinin müavini M.Linkdir? Yəni əsas odur ki, müxalifətin atasının milləti bəllidir- alman!
Və təsadüfi deyil ki, məhz həmin fondların təşkilatçılığı ilə Azərbaycanda səfərdə olmuş Almaniya KİV-lərinin təmsilçiləri AXCP (i), Müsavat rəhbərləri, hakimiyyətə qarşı sərt mövqeləri ilə seçilən siyasiləşmiş QHT təmsilçiləri, müxalifətçi media nümayəndələri ilə görüşlər keçirirlər. Necə deyərlər, bunların dədələrinin sayı ayn (bir), svayn (iki), drayn (üç) deyil, bəlkə də çoxdur. Bu amil isə alman punktuallığından tamamilə kənara çıxmış bir haldır. Lakin müxalifət burada da Azərbaycan hakimiyyətini günahlandırmağa səy göstərsə, bax, onda lap ağını çıxarmış olacaqlar. Əşşi, kimin borcunadır ki, müxalifətin dədəsi hansı ayn, hansı svayn, yaxud da hansı drayndır? Öz dədələrini özləri seçsinlər...