PDF Oxu

Köşə

  • 953

Gerçəkləşməyən xülyalar və ya düyünə düşmüş “İP”...

Gerçəkləşməyən xülyalar və ya düyünə düşmüş “İP”...

Arzu və xəyalların hüdudu yoxdur. "İctimai Palata"da da, liderindən tutmuş ən adi yetkilisinədək hər biri bir xəyalplov arzusundadır. Burada bütün işlər Qərbin maliyyə dəstəkçilərinin planları əsasında gerçəkləşdirilir. Necə deyərlər, "ağa dedi sür dərəyə, sür". Qərb bossları necə məsləhət görürsə, toplum şəkildə "İctimai Palata"da birləşmiş müxalifətçilər o cür də hərəkət etməlidirlər. Başqa cür mümkün deyil.

"İctimai Palata"da boğazdan yuxarı demokratiya prinsiplərindən, insan hüquqlarından danışsalar da, əslində, idarəetmədə totalitar sistem mövcuddur. Yəni Qərb maliyyəçiləri "İP"-in liderlərinə pul verib, iş tələb edirlər. Onlar da verilən pulların böyük hissəsini ciblərinin dərinliklərində gizlədərək, cüzi hissəsini aşağılara ötürüb müştərək iş tələb edirlər. Bu zaman imkanla gerçəklik arasında antoqonist ziddiyyət yaranır. Yəni aşağılar az pula qane olmayaraq, yuxarıların əmrlərini icra etməkdən imtina edirlər. Bu zaman qlobal görüləcək işə əməl olunmur. Bosslar da maliyyə dəstəyini dərhal kəsirlər.

Deyir şeytan həmişə şər işlərlə tən olar. Qərbin maliyyə dəstəkçiləri də demokratik təşkilatlara yardım kampaniyası adı altında yeni iblisanə təklif irəli sürürlər: müxalifət birlik və blokları vahid bir namizəd seçib, onun əmrlərini icra etsinlər. Bu da bizim müxalifətin ağrılı yeridir. Necə ki, dəliyə dəli olduğunu bildirdikdə, cin atına minir, bizim blok və birlik liderləri də təxminən həmin səviyyəyə gətirilirlər. Son vaxtlar "İP"-də də eyni vəziyyət yaranıb.

Son 20 ildə vahid namizəd məsələsinin həlli bir növ düyünə düşüb. Səbəb hər bir partiya sədrinin özünün vahid namizəd olmaq xülyasını gerçəkləşdirməkdir. İndiyədək bu problemin həllinin tapılmaması bundan sonra da işıq ucunun görünməyəcəyi nəticəsinə gəlməyə imkan verir. "İP"-də İsa deyir "qoy mən olum almadərən", Əli də ağına-bozuna baxmadan analoji müddəanı bayılanadək təkrarlayır. Nəticədə, namizədlik alması nə Əliyə (Ə.Kərimova), nə də Vəliyə (İ.Qəmbərova) qismət olur. Bu nifaq alması ağacın başında dərilməmiş qalıb növbəti namizədini gözləyir.

"İP"-dəki ikihakimiyyətlilik fonunda İ.Qəmbərov əlinə dəmir əsa götürüb, ayaqlarına dəmir çarıqlar keçirərək, bu və ya digər xarici ölkələrin maliyyə bosslarının qapılarını döyməyə gedir. Bugünədək xarici pasportu olmayan Ə.Kərimov isə köks ötürərək, dərin xəyallara dalmaqdan uzağa gedə bilmir. Pasportu olsaydı, o, ilk növbədə, Almaniyadakı nasist dostlarının yanına gedər və onlarla birlikdə pərəstişkarı olduğu füreri Adolf Hitlerin qəbirini ziyarət edib, qrant qazanardı. "İP"-dən və "Yurd"dan qopa bilməyən Ə.Kərimov arzu edir ki, özünə dost hesab etdiyi Fridrix Nauman, Henrix Böll, Fridrix Ebert, Konrad Adenauer fondlarının nümayəndələri və xüsusilə, dostu Mixael Link qrant töhfələri ilə onu yoluxsunlar. O, bu cür qarabasma ilə müşayiət olunan xülyalarının gerçəkləşəcəyinə inanmaq istəyir. Biz isə öz adımızdan "inanan daşa dönsün" deyirik.

Digər xəbərlər