"ACP" lideri Rəsul Quliyevin gah bu, gah da digər formalarda yuxusunda gördüklərini real həyatda gerçəkləşdirmək cəhdlərinə daha birisi əlavə olunub. Budəfəki cəhdin adı isə rus "qulyanka"sıdır. Əslində, eks-spikerin anidən Amerikasayağı düşüncədən Rusiyasayağı düşüncəyə transfer etməsi özündə bir çox maraqlı suallar oyadır. Axı ən azından R.Quliyev neçə illərdir ki, amerikalıların çörəyini yeyib, suyunu içir. İndi də durub rusiyalıların folklorlarını siyasiləşdirməyə çalışır.
AMERİKALILAR RƏSUL "QAĞALARINDAN" İNCİK DÜŞƏCƏK
Bəs amerikalılar deməzlərmi ki, ay Rəsul "qağa", bəs utanmırsan, verdiyimiz çörəyə şıllaq atırsan? Sən ən azından Azərbaycan müxalifətində ruslara məxsus folkloru deyil, amerikalılara məxsus folkloru, məsələn, "hallouen" (qorxuzmaq) bayramını təbliğ edə bilərdin. Niyə axı sənin çörəyin hər zaman dizinin üstündə olub?
Ancaq hələ ki, amerikalılar "ACP" liderinə bu suallarla müraciət etməyiblər. Görünür, onun müxalifətçilərə etdiyi Rusiyapərəst "qulyanka" təklifi hələ ki, amerikalı dostlarına çatmayıb.
Bəs eks-spikerin həmin azarı hardan qaynaqlanıb? Bəlkə "cəmiyyətə açıq" olan "ACP" sədri indi də Rusiyaya köçməyi qərara alıb? Ona görə də başlayıb rusların milli folklorları olan "qulyanka"nı Azərbaycan müxalifətinə təbliğ etməyə, özü də siyasi cəhətdən. Hələ bu azmış kimi "qulyanka"nı keçirməkdən ötrü saat da müəyyənləşdirib. Deyib ki, "camaatı, məsələn, saat 12-dən 4-ə qədər gəzintiyə çağırın".
Birincisi, bu boyda xalqı camaat adlandırmağı özü millətə yuxarıdan-aşağı baxmaq deməkdir. İkincisi, ay "badbaxt", o biri müxalifət "liderləri" axı sənin hansı sözünə qulaq asıb ki, budəfəki sözünə də hay versin?
"EUROVİSİON" QALA-QALA
"QULYANKA" KİMİN NƏYİNƏ
LAZIMDIR?
Üçüncüsü isə, Azərbaycan xalqı "qulyanka"ya deyil, daha mötəbər hadisəyə hazırlaşır. Bilmirsənsə, hələ də fil qulağında yatmısansa, agah ol ki, həmin mötəbər yarışmanın adı "EUROVİSİON"DUR. Daha heç kim sənin bu kimi "siyasətinə", "ağıl-dərrakənə" hay vermək fikrində deyil.
Bu biri müxalifətçilərə qaldıqda isə, onların nə edib, nə etməmələri, ümumiyyətlə, xalqı qətiyyən maraqlandırmır. Çünki xalqın həm onlara. Həm də, ay Rəsul, sənə maraqları itib, yoxdur! Bir də ki, "Eurovision" qala-qala "Qulyanka" kimin nəyin lazımdır axı?!
Arzuladığın "qulyanka"ya isə özünün təkbaşına çıxıb-çıxmayacağına da elə özün qərar ver. Amma sonra demə ki, amerikalılar səndən küsdü, üz döndərdi. Məndən deməkdir, sonra demədi demə, ay Rəsul "qağa", daha dəqiq desəm, Rəsul "mujik".