PDF Oxu

Köşə

  • 1 012

“İP” İ.Qəmbərovu Müsavat sədri postundan məhrum etmək üçün bir vasitədir

“İP” İ.Qəmbərovu Müsavat sədri postundan məhrum etmək üçün bir vasitədir

Rauf Arifoğlu:

Gecələr də işıq saçmır ona Ay,
Qocaldıqca xasiyyəti olub zay,
Onu yaman qorxudubdu qurultay,
İsa Qəmbər dilxor olubdu yaman.

Qabil Hüseynli:

Sırındın bizlərə bir qovğa kimi,
Səni çəkib atdıq zay sovka kimi,
Atıldın bayıra probka kimi,
Sənin kimiləri susdurar zaman.

Rauf Arifoğlu:

İsanın xülyası hələ dikdədir,
Kürsüsü başına devrilməkdədi,
İsa diktatora çevrilməkdədi,
Onun yatacağı olacaq saman.

Qabil Hüseynli:

Onu sındırmamış qilu-qalçılar,
Gəmisini təmir edib salçılar,
İsaya təsəlli verib falçılar,
Başqan qalacaqsan deyibdi şaman.

Rauf Arifoğlu:

Sevinər, kürsüyə tez mindirsələr,
Susacaq, başına kül əndərsələr,
Ondan həmkarları üz döndərsələr,
Qərbmi verəcəkdi İsaya aman?

Qabil Hüseynli:

Qrantı sevməyin xalis dəmidi,
Ona kömək edən "İP"-də Əlidi,
Hələ ki, İsanın gəlhagəlidi,
Yenə sən olmusan xəyala cuman.
Rauf Arifoğlu:

Xeyli ahıllaşıb, ağırlanıbdı,
Başqanın görkəmcə fağırlanıbdı,
Artıq başqanlıqdan dığırlanıbdı,
İsa uğuruna etmirəm güman.

Qabil Hüseynli:

Onun planından üfunət qoxdu,
Qərb qrant göndərir, gözü də toxdu,
İsada kiçicik bir qüsur yoxdu,
Öz başın üstündə sıxlaşıb duman.

Rauf Arifoğlu:

Odur Müsavatda küt gedən kündə,
Bu adam Allaha olub pis bəndə,
İsa quyruq bular xaric önündə,
O oldu xaricdən vəsait uman.

Qabil Hüseynli:

Arzundu tərsinə fırlansın təkər,
İstərsən, sən Qərbə olasan nökər,
Tərsanə İsaya məxsussa əgər,
Sənə nə verəcək kiçicik liman?

Rauf Arifoğlu:

Sənin nəzərində pələng, şir odu,
Bizim gözümüzdə çirk, pas, kir odu,
Haqsız biz deyilik, yalnız bir odu,
İsa olacaqdı ağzını yuman.
Qabil Hüseynli:

Qrant, pul ağzının dadından çıxıb,
Başqanlıq sənin də adından çıxıb,
Bəlkə də keçmişdə yadından çıxıb,
Mürdəşir rolunda ölünü yuman.

Rauf Arifoğlu:

Səsin boğulacaq, ha savaş, vuruş,
İsa güdməkdədi sent, qəpik-quruş,
Başqanlıq postunda gətirməz duruş,
Onu xilas etməz boss papan, maman.

Qabil Hüseynli:

Qrant mərəzidi şərlədib səni,
İsa problemi tərlədib səni,
Başqanlıq arzusu çərlədib səni,
Başına uçacaq "Vosmoy"da koman.

Rauf Arifoğlu:

İsa tiyəsini versə çarxa da,
Öz bığ-saqqalını hətta qırxa da,
Narıncı ideal qalıb arxada,
Gəlməz əyninizə narıncı tuman.

Qabil Hüseynli:

Adın çəkilməyib heç bir dəvətdə,
Ürəyin qalacaq daim xiffətdə,
Başqan ola bilməz bu sir-sifətdə,
Başına gələcək qəlbində daman.
Rauf Arifoğlu:

Mane olan yoxdu fikrə dalmağa,
Arzu etsə ağır lövbər salmağa,
İsa israr etsə, postda qalmağa,
Laxta qan olacaq gözünə daman.

Qabil Hüseynli:

Daim yemək üçün müs-müftə əppək,
Əliylə açılıb xaricə ətək,
İsanın qaməti dümdüz çinar tək,
Boynunuz olubdu əyri bir kaman.

Rauf Arifoğlu:

Xəzər sularından paltar biçilməz,
Bulanıq suları Qərbin içilməz,
İsa bundan sonra başqan seçilməz,
O vaxt üzə çıxar məkrli siman.

Qabil Hüseynli:

İsa bəy firəvan ömür sürəcək,
Qərbdən də, Şərqdən məhsul dərəcək,
Söz verib İsaya dəstək verəcək,
Livan, Qətər, bir də Bəhreyn, Oman.

Rauf Arifoğlu:

O sədr seçilərsə, hələ də dözər,
Başqanın əlindən Şərq edər həzər,
Elə Qərb bossu da İsadan bezər,
Sizdən üz döndərər həm Cekin, Foman.

Qabil Hüseynli:

Sən elə əzəldən qaynatdın kaşa,
Adın uduzmaqla çəkilər qoşa,
Ümidin tezliklə dəyəndə daşa,
Zəhər dadı verər ağzında xaman.

MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər