PDF Oxu

Köşə

  • 1 199

Rəsul Quliyev bütün müxalifətin baş lideri olmalıdır

Rəsul Quliyev bütün müxalifətin baş lideri olmalıdır
Vaqif Mahmudov:

Bizə çatmalıdı Qərb verən kasa,
Əlinin altından qaçıbdı masa,
Aşağı cərgəyə düşməli İsa,
Rəsul olmalıdı "İP"-də birinci.

Fuad Qəhrəmanlı:

"SİDSUH"-ADP-də çox az dayandı,
Rəsul siyasətdə alışdı yandı,
Əli İsa bəyi tamamlayandı,
İsa sayılmaqda "İP"-də bir inci.

Vaqif Mahmudov:

Hazırda Müsavat ölü məskəni,
İndi uçurumdu Əli məskəni,
"Palata" olmaqda dəli məskəni,
Bizim "ACP"-də Rəsul ən dinci.

Fuad Qəhrəmanlı:

Başqa bostanına iznsiz girmə,
Bağında Rəsul tək qanqal bitirmə,
Şər-böhtan söyləyib əmək itirmə,
Quruma cəlb edib İsa çox gənci.

Vaqif Mahmudov:

Rəsulda hər şey var bir postdan başqa,
"İP" işə yaramır donosdan başqa,
İsada hər şey var donuzdan başqa,
Çatmır "palata"da bir qara zənci.

Fuad Qəhrəmanlı:

Sevirik punş içib fikrə dalmağı,
Mitinqdə, yürüşdə haray salmağı,
Siyasətdə çoxlu qrant almağı,
Nərddə biz sevirik şeş qoşa, pənci.

Vaqif Mahmudov:

İsanın, Əlinin qaçıbdı rəngi,
"İP"-də qaçardılar çalınsa cəngi,
Önə buraxırıq Rəsul pələngi,
Siz dəstəkləyirsiniz hər sərsəm gici.

Fuad Qəhrəmanlı:

Çox şey arzuladıq, ona yetmədik,
Biz qaça bilərdik, bunu etmədik,
Çətinə düşəndə qaçıb getmədik,
Xaricə qaçıbdı Rəsul tək bici.

Vaqif Mahmudov:

Kömək axtarmadı Rəsul cəddində,
Xeyli əyrilik var Əli qəddində,
İsanın qüvvəsi sıfır həddində,
Rəsuldan almışıq biz Antey gücü.

Fuad Qəhrəmanlı:

Yerinə olsaydım çəkməzdim xiffət,
Sizdəki vəziyyət oyadır nifrət,
İsa da, Əli də tanınmış sifət,
Siyasi meydanda Rəsulun cücü.

Vaqif Mahmudov:

Rəsulun puluyla olmuşuq qoçaq,
Sönəcək, yandırsa "İP"-iniz ocaq,
Nə İsa, nə Əli ağarmayacaq,
Üzünə sürtsən də ağappaq gəci.

Fuad Qəhrəmanlı:

Qurban da kəsərik sənə qoyundan,
Bosslar artırmaqda bizə payından,
Rəsul da dəryanın lap o tayından,
Qoy davam eləsin baxmaqda kəci.

Vaqif Mahmudov:

İflasa aparan nəhs yolunuz var,
Belinizdə bossçün xam çulunuz var,
Rəsulun lütfündən nəqd pulumuz var,
Biz komedyanəfis, sizlərlə fəci.

Fuad Qəhrəmanlı:

Sevinərik, Qərbə paket keçirsək,
Yeni layihəylə maket keçirsək,
Yaxşı bir mitinq, ya piket keçirsək,
Qonaqlıq yolunu gözləyir Fici.

Vaqif Mahmudov:

"İP"-də küncdə bürüş, alınmayacaq,
İstər yeri sürüş, alınmayacaq,
Rəsulsuz bir yürüş alınmayacaq,
Elə günü bu gün başlayın köçü.

Fuad Qəhrəmanlı:

Ayaq altını ki, görmədi gözü,
O, geridə qoydu dərəni-düzü,
Sən özün "ACP" sədrinin özü,
Mümkünsə cavab ver, bəs Rəsul nəçi?

Vaqif Mahmudov:

Xəstəhal olublar dalağa kimi,
Yetişə bilmirlər bulağa kimi,
Palçığa batıblar qulağa kimi,
Rəsul müxalifət üçün bir elçi.

Fuad Qəhrəmanlı:

Bahar gələn kimi stolu bəzə,
Novruz bayramını gətirmə gözə,
Keçəli, Kosanı verərik sizə,
Bizim "İP"-ə qalar mal, qoyun, keçi.

Vaqif Mahmudov:

Düşüb çox başlara külü, Rəsulun,
Ruhu dipdiridi ölü Rəsulun,
Özgəni yandırır çölü Rəsulun,
Əfsus ki, özünü odlayır içi.

Fuad Qəhrəmanlı:

Dəryadan o tayda alışar-yanar,
Sonra da gücənib, içindən sınar,
Rəsul çoxdan çıxıb ölçüdən kənar,
Bizə uyuşmadı bir ölçü-biçi.

Vaqif Mahmudov:

Kosa, Keçəl, Keçi "İP"-i yenəcək,
"İP"-in öləziyən odu sönəcək,
Bir vaxt Qərb bossu da bizə dönəcək,
Rəsulu dəstəklər erməni-gürcü.

Fuad Qəhrəmanlı:

Sizin "ACP"-niz topal qurumu,
İdarə elədik normal qurumu,
Bu "İP" gələcəkdə fəal qurumu,
Bunu bizə deyib falçı, görücü.

Mirzə QƏRƏNFİL

Digər xəbərlər