Kommunist müsavatçıya müraciətlə "biz 70 il hakimiyyət sükanı arxasında olduq, siz isə cəmi bir il ərzində dövləti idarə edə bilmədiniz" iradını bildirdikdə, qarşı tərəf "biz də sizin ləğv etdiyiniz Azərbaycan Cümhuriyyətini bərpa etdik" cavabını verdi. İki ideoloji düşmənin mübahisəsi bizi əsla maraqlandırmır. Ancaq kommunistin sualına müsavatçının yarımçıq cavabının üstünə qayıtmaq istərdik. Yaxşı, tutaq ki, siz cümhuriyyəti bərpa etdiniz. Bəs sonra qaçmaq nəyə lazım idi? Müsavatçı bu suala ancaq Koroğlunun misalı ilə cavab verə bilərdi. Məşhur Koroğlu demişdir: "İgidlik ondur. Onlardan doqquzu qaçmaqla canını qurtarmaq, biri isə heç gözə görünməməkdir".
AXC hakimiyyəti hələ İsa Qəmbərovun Müsavatı möhkəmlənməmiş dağılmışdı. Dağılmanın səbəbi məhz bu cür ikitirəliklər oldu. İ.Qəmbərov Əbülfəz Elçibəy AXC-sinə alternativ partiya yaratmışdı. Digərləri də bir neçə liderin rəhbərliyi altında cəbhələşmə yolu tutmuşdular. Hakimiyyətin dağılması üçün məhz bu yolu tutmamaq lazım idi. Bir bayraq altında olan hakimiyyət daha möhkəm olur. Atalarımız da "birlik haradadırsa, dirlik oradadır" demişlər.
Hakimiyyət sükanı əlində olan müxalifətçi bu cür nəzəriyyəni başa düşmək iqtidarında olmur. Beləsinin başlıca məqsədi həmkarının yox, məhz özünün hakimiyyət sükanının ön pilləsində olmasıdır. Toplumun hər bir fərdinin bu cür düşüncə tərzi istənilən hökuməti iflasa apara bilər. AXC-nin də aqibəti belə oldu. Çünki Əbülfəzi Kələkiyə, İsası Mələkiyə, Əlisi isə Fələkiyə doğru dartırdı. Lap Krılovun təmsilindəki kimi. Durna arabanı göyə qaldırmaq, balıq suya salmaq, xərçəng isə arxaya aparmaq istədiyindən, araba yerindən tərpənmirdi.
İndi gələk cümhuriyyəti "bərpa" edənlərin üstünə. Xatırladırıq ki, nəyisə bərpa etmək işin bir tərəfidir. İşin ikinci və çətin tərəfi onu təkmilləşdirmək və qoruyub saxlamaqdır. Müxalifətdə olmayan xüsusiyyət məhz bu ikincidir. İndi onlar kişilənib "İctimai Palata"da birləşdiklərini nümayiş etdirmək istəyirlər. Əslində, simasızlıqlarını göstərmiş, xarici ölkə havadarlarına işləmələrindən başqa faydalı nəyisə nümayiş etdirməyə nail olmamışlar. Ancaq təəssüf ki, onlar bu əskik hərəkətlərini faydalılıq kimi qələmə verirlər.
Qul xislətli müxalifət gələcək nəsillərə hansı faydalı əməli miras qoymaq istəyir? İnandırım sizi ki, bu sual "İP"-çiləri qətiyyən narahat etmir. Onları gələcək nəsillərin yaddaşında hansı qiyafədə qalacaqları yox, bu gün qaz vurub, qazan doldurmaq daha çox qayğılandırır. Çalışırlar ki, vurduqları qaz kök və yağlı olsun ki, Qərb qazanında yaxşı bişsin. "İP"-çiləri Qərb dərdi, Qərb azarı, demokratiyanın pərakəndə bazarı qəbrə göməcək. Necə deyərlər, qəbirləri zülmətlə dolsun, son mənzilləri cəhənnəm olsun. Allah hamısına lənət eləsin. Xeyir-duaları şər duasına çevrilsin, "İctimai Palata"ları devrilsin. Lənət-nifrin yollarına, kirli yamaq çullarına, gücdən düşmüş qollarına zərər dəysin, Qərbdən axan pullarına duzlu sulu Xəzər dəysin...